BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xəbər verildiyi kimi, iyun ayının 18-dən Rusiya Federasiyasında iqtisadi və biznes məsələlərinin müzakirəsi üçün ən böyük beynəlxalq platforma olan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna (SPIEF 2025) start verilib. Forumda “Xəzər Biznes Təşəbbüsü” təşkilatının prezidenti Gülnarə Rəhimova-Dəniz də iştirak edib.

Gülnarə Rəhimova-Dəniz forumla bağlı təəssüratlarını saytımıza açıqlayıb: “Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF), Rusiya və dünya iqtisadiyyatı üçün mühüm hadisələrdən biridir. Forum qlobal iqtisadiyyatın sürətləndirilmiş rəqəmsallaşma ehtiyacından başlayaraq iqlim dəyişikliyi ilə mübarizəyə qədər ciddi problemlərlə üzləşdiyi bir vaxtda keçirilir. Forum təkcə bu məsələlərin müzakirəsi üçün yer deyil eyni zamanda qlobal iqtisadiyyatı yeni şəraitə uyğunlaşdıra biləcək xüsusi praktik həllərin işlənib hazırlanması üçün platformaya çevrilib. SPIEF dünyanın müxtəlif ölkələrindən siyasətçiləri, iş adamlarını, iqtisadçıları və ekspertləri bir araya gətirən nüfuzlu tədbirdir. Forum qlobal iqtisadi tendensiyaların müzakirəsi, müxtəlif ölkələrin iqtisadi siyasətlərinin təqdimatı, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi üçün şərait yaradır. Biznes və sərmayə əlaqələrinin qurulması baxımından da forumun əhəmiyyəti böyükdür. Belə ki, forum yeni investisiya layihələrinin təqdimatı, dövlət-özəl sektor tərəfdaşlıqlarının təşviqi, Rusiya və digər ölkələr arasında birbaşa işgüzar əlaqələrin inkişafı üçün imkanlar yaradır. Bu forumda çox vaxt milyardlarla dollarlıq müqavilələr imzalanır. Xüsusilə Qərb sanksiyalarının mövcud olduğu bir dövrdə, SPIEF Rusiya üçün yeni iqtisadi tərəfdaşlar tapmaq, Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikası kimi regionlarla əlaqələri dərinləşdirmək üçün önəmlidir. Həmçinin bu platforma Qərbdən kənar iqtisadi əməkdaşlıqları gücləndirmək üçün vasitə rolunu oynayır”.

“Rusiya-Azərbaycan” sessiyasında iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni sahələr müzakirə olunub”

 

Gülnarə Rəhimova-Dəniz deyib ki, Forumda süni intellekt, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat, rəqəmsal texnologiyalar və logistika kimi sahələrdə müzakirələr aparılıb: “Bu müzakirələr qlobal iqtisadi gələcəklə bağlı istiqamətlər təklif edir. Yeni yanaşmalar və texnologiyalar üzrə əməkdaşlıq imkanlarını üzə çıxarır. Builki SPIEF xüsusilə əhəmiyyətlidir, çünki post-COVID və yeni geosiyasi reallıqlar fonunda keçirilir. Rusiya iqtisadiyyatının “yenidən yönəldilməsi” prosesi diqqət mərkəzindədir. BRICS, ŞƏT və Afrika ölkələrinin iştirakçılarının artan sayı forumun daha çox Qərbdən asılı olmayan bir müstəvidə inkişaf etdiyini göstərir”.

Xatırladaq ki, forum çərçivəsində iyunun 19-da “Rusiya-Azərbaycan” sessiyası da keçirilib. Gülnarə Rəhimova-Dəniz “Rusiya-Azərbaycan” sessiyası ilə da bağlı fikirlərini bölüşüb: “Sessiyada Rusiya və Azərbaycanın yüksək vəzifəli şəxsləri iştirak edib. Bu il Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri və “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarovu ilk dəfə olaraq Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda spiker olaraq görmək çox xoş oldu. Forum iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün strateji platforma rolunu oynayıb. Sessiya çərçivəsində xüsusilə ticarət, enerji, logistika və maliyyə sahələri üzrə dialoq qurulub.

Rusiya-Azərbaycan münasibətləri davamlı inkişaf edir. Hazırda müsbət dinamika və müttəfiqlik xarakteri nümayiş etdirməkdə davam edir. Bununla belə birgə layihələrdə şəraitin, hüquqi bazanın yaradılması, maneələrin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? Səhiyyə, süni intellekt, logistika, tikinti və inkişaf layihələrinin inkişafı sahələrində hansı imkanlar var? Ölkələr arasında turizm mübadiləsinin inkişafı üçün hansı potensial var? Sessiyada bu kimi suallara cavab  axtarılıb.  Ümumi olaraq sessiyada Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni sahələr müzakirə olunub.

Statistik məlumatlara da nəzər yetirsək, son illər bir çox sahələrdə ticarət dövriyyəsinin artdığnı görərik. Bununla belə, rəqəmləri daha da artırmaq üçün ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni məqamlar tapmaq üçün bu kimi sessiyaların mühüm əhəmiyyəti var”.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər