BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bu gün Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib. Həm regional, həm də qlobal geosiyasət baxımından bu, çox əhəmiyyətli tədbirdir. Bu hadisə bir daha sübut edir ki, Azərbaycan regionun həm iqtisadi, həm də siyasi baxımdan çox əhəmiyyətli oyunçusuna, nüfuzlu söz sahibinə çevrilib, nəinki Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısı kimi, həm də Yaxın Şərqdə mühüm rola malik etibarlı platforma kimi çıxış etmək iqtidarındadır. 

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli söyləyib. O bildirib ki, bu gün Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verən Azərbaycan Suriyaya qaz nəql etməklə enerji ixracı coğrafiyasını Yaxın Şərq regionu istiqamətində genişləndirir. Azərbaycan qazının ixrac edildiyi ölkələrin sayı 14-ə çatıb. Bu da ölkəmizin enerji ixracı tarixində yeni mərhələ olaraq, Cənubi Qafqaz ilə Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoymaqla yanaşı, gələcəkdə daha böyük planlarından, bu cür layihələr çərçivəsində yeni istehlakçı ölkələri əhatə edəcəyindən xəbər verir. 

“Bu hadisənin digər diqqətçəkən və həssas məqamı isə Azərbaycanın mümkün risk və itkiləri göz önünə alaraq, müharibə şəraitində olan iki ölkənin – Ukrayna və Suriyanın enerji təminatını həyata keçirmək kimi çətin bir missiyanı da öz üzərinə götürməsidir. 

Azərbaycan bir daha sübut edir ki, müstəqil və ədalətli xarici siyasət sərgiləyən dövlət olaraq etibarlı tərəfdaş, çətin və dar vəziyyətdə olan dostlara yardım etməyi bacarır. Yəni, Ukraynadan sonra uzun illər davam edən vətəndaş müharibəsi nəticəsində, demək olar, tamamilə dağılan, çox ağır vəziyyətdə olan Suriya da diqqətdən kənarda qalmadı. Qeyd etmək lazımdır ki, xalqının qatili, diktator və Rusiyanın oyuncağı olan Bəşər Əsəd ölkəni tərk etdikdən sonra Suriyanın yeni hakimiyyətinə beynəlxalq aləmdə münasibət birmənalı deyildi. Suriya və onun xalqı üçün belə bir çətin məqamda Türkiyədən sonra ilk yardım əlini uzadan, kömək və dəstəyini təklif edən ölkələrdən biri məhz Azərbaycan oldu. 

2025-ci il aprelin 11-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub. Görüşdə müxtəlif sahələrlə yanaşı, enerji sektorunda da Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmi qeyd edilib. Daha sonra Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın iyulun 12-də Azərbaycana işgüzar səfəri zamanı əlaqələrin dərinləşməsi üçün danışıqlar aparılıb, ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib və Suriyanın hazırda üzləşdiyi ciddi enerji problemi müzakirə edilib”, - deyə siyasi şərhçi bildirib. 

Əhməd Abbasbəyli, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması Azərbaycan-Türkiyə qardaşlığının nə qədər dərin, sarsılmaz və əhəmiyyətli olduğunu bir daha göstərdi: “Bu möhtəşəm tandemin fəaliyyəti nəticəsində nəinki Cənubi Qafqaz, həmçinin Yaxın Şərqdə sülh və əmin-amanlığın bərqərar olması üçün ciddi addımlar atılır və müsbət nəticələrə nail olunur. Bu unikal tərəfdaşlıq həm ölkələrimizin dinamik inkişafına, həm də regionun tərəqqisinə, sabitliyin möhkəmləndirilməsinə öz töhfəsini verməkdə davam edir. 

Qardaş ölkələrimiz Suriyanın yenidən qurulması və inkişafına dəstək istiqamətində birgə fəaliyyət göstərir, önəmli addımlar atırlar. 

Bu layihənin, eyni zamanda, Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də müsbət təsiri olacağı şübhə doğurmur”.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər