BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2020-ci ildən etibarən, fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, ölkəmizin bütün nümayəndələrinin əsas məqsədləri arasında əsas yerlərdən birini Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması, eləcə də sözügedən ərazilərdə dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə vermək təşkil edir.

Ölkənin aparıcı holdiqlərindən olaraq PAŞA Holding ilk gündən bu sahədə fəaliyyətləri ilə fərqlənir və hazırda bu fəaliyyətini davam etdirir. Belə ki, hazırda PAŞA Holding və onun maliyyə törəmə şirkətləri Heydər Əliyev Fondu tərəfindən icra olunan 3 layihənin icrasına dəstək göstərir. Bu layihələr çərçivəsində Zəngilan rayonunda yerləşən infrastruktur nümunələrinin də bərpası və konservasiyası nəzərdə tutulub ki, burada ilk növbədə Zəngilan məscidinin bərpası yer alır.

“Zəngilan məscidinin bərpası istiqamətində artıq bir sıra əhəmiyyətli işlər görülüb. Belə ki, minarələrdə təməl işləri yekunlaşıb; Köməkçi binalarda təməl beton işləri yerinə yetirilib. Ümumilikdə Zəngilan rayonunda aparılan bərpa proseslərinin 2023-ci ilin fevral ayında tamamlanması planlaşdırılır. Qeyd edim ki, Qarabağın dirçəlməsinə yönəlmiş layihələrin icrası və bu kimi layihələrə dəstəyin göstərilməsi birbaşa olaraq PAŞA Holding-in strategiyasında öz əksini tapır” - PAŞA Holding-in Korporativ kommunikasiyalar üzrə baş mütəxəssisi Aytac Muxtarzadə bildirib.

Xatırladaq ki, PAŞA Holding-in dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən icra olunan birinci layihə çərçivəsində Ağdam Cümə məscidi, Yuxarı Gövhər Ağa və Aşağı Gövhər Ağa məscidləri, eləcə də Zəngilan və Saatlı məscidlərinin bərpası həyata keçirilir; ikinci layihə çərçivəsində Ağdam rayonu, Qiyaslı kənd məscidinin bərpası və konservasiyası, eləcə də yeni tikililərin tikilməsi və ətraf ərazinin abadlaşdırılması nəzərdə tutulub; üçüncü layihə çərçivəsində isə Şuşa şəhərində Zəfər parkı və yeni məsçidin layihələndirilməsi, eləcə də digər mühəndislik işlərinin təşkili planlaşdırılır.

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər