BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

02 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “POEZİYADA ƏBƏDİLƏŞƏN ÖMÜR” adlı tədbir həyata keçirildi.

Tədbirdə görkəmli nasir, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, orta ümumtəhsil müəssilərinin rəhbərləri, müəllimlər, gənclər və rayon ictimaiyyəti iştirak edirdilər.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüldü.

Tədbir Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.

Tədbiri giriş nitqi ilə açan Vüsar İsmayılov bildirdi ki, tarix uzaqlaşdıqca biz ümummilli lider Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur.  Ümummilli Liderin irsi bizim milli sərvətimizdir. Bu qiymətli irsin mühüm bir hissəsini onun mədəniyyət, ədəbiyyat və incəsənətin müxtəlif növ və janrları haqqında nəzəri konsepsiyaları müəyyənləşdirir.

Daha sonra çıxış edən Sevinc Süleymanova xüsusilə qeyd etdi ki,  ümummilli lider Heydər Əliyev ensiklopedik təfəkkürlü, müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olmuşdur. Ümummilli lider Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi olmuşdur.

Tədbiri müşayiət edən tanınmış aparıcı Azər Süleymanlı iştirarakçılara Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalqın sevimli şairi Baba Vəziroğlu yaradıcılığı haqqında ətraflı məlumat verdi. Ulu Öndər Heydər Əliyev haqqında xatirələrindən və ümumilli lidərə həsr etdiyi əsərlərindən və şeirlərindən geniş bəhs edən Baba Vəziroğlu  vurğuladı ki,  Ümummilli Liderin mədəniyyət sahəsində gördüyü xidmətləri, bizlərə olan diqqəti və qayğısı əvəzolunmazdır. Dahi şəxsiyyətin gördüyü xeyirxah işlərdən danışmaq üçün insana həftələr, aylar, bəlkə illər lazımdır ki,  Ümummilli Liderin fəaliyyətini hərtərəfli əhatə eləyə biləsən. Heydər Əliyevin zamanında təhsil almışam və  onun sayəsində vətəndən kənarda təhsilimi davam etdirmişəm. Dahi şəxsiyyətin vaxtında SSRİ Yazıçılar İttifaqının üzvü olmuşam. Bir  şair kimi də formalaşmağımda Ümummilli Liderin böyük xidmətləri olub. Təsadüfi deyil ki, dahi şəxsiyyət haqqında "Sən elə bir Zirvəsən" şeirinə mahnı bəstələnərkən bu sadəcə konnektura üçün, bizim ölkənin rəhbəri üçün yazılan sıradan bir mahnı kimi düşünülməmişdi. Bütün varlığımla düşüncələrimi bu əsərin üzərinə qoymuşdum. Heydər Əliyevdən bir daha olmayacaq. Bu miqyasda, ucalıqda şəxsiyyət birdə heç vaxt dünyaya gəlməyəcək. Baxmayaraq ki, bundan sonra çoxlu dühalar, alimlər olacaq, lakin Ulu Öndərin fenomeni heç kimdə olmayacaq. Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır. Bu memar Azərbaycan evini və sarayını elə ucaldıb ki, hər şey yerli yerindədir.  Nə yaxşı ki, Azərbaycan mədəniyyəti bu təməl üzərində inkişaf edir.

Tədbirdə şairin ifasında şeirlərini dinlənildi, eyni zamanda şair  oxucularla səmimi söhbət edib, fikirlərini bölüşdü, sualları cavablandırdı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin tələbələri-Hüseynov İsmayılın, Əliyeva Zəhranın, Tanrıverdiyev Rizvanın ifasında sözləri Baba Vəziroğluna məxsus “Sən elə bir Zirvəsən” adlı mahnı səsləndirildi.

Sonda Baba Vəziroğlu şəxsi imzası ilə “Qalanı xatirədir...” adlı kitabını iştirakçılara hədiyyə etdi.

 

Son xəbərlər

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Diaspor rəhbəri Şahin Məmmədova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

QHT nümayəndələri sərhədkeçmə prosesləri ilə əyani şəkildə tanış olublar

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

“Artıq beynəlxalq aləm Azərbaycanı regionda sülh ölkəsi kimi tanıyır”

Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu...

Kitabxanada gənc rəssamın fərdi rəsm sərgisi açıldı

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

Beynəlxalq Diaspor Mərkəzi “Azərbaycan-Rusiya münasibətləri – yeni reallıqlar” mövzusunda dəyirmi masa keçirdi

Azərbaycan - Almaniya  münasibətlərinin inkişafinda böyük perspektivlər

Deputat QDİƏT-in iclasında Azərbaycanın enerji sahəsindəki təsirli rolunu diqqətə çatdırıb

Brest qalasının müdafiəsinin qarşıdan gələn 83-cü ildönümünə həsr olunmuş “Sonuncuya qədər dayan!” adlı tədbir keçirilib

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

COP29 həmrəylik və əməkdaşlıq platformasıdır         

Sankt-Peterburq şəhərində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib

Əmmanda turizm sərgisi keçirildi – Fotolar

Afinada beynəlxalq konfransda Ermənistanın dağıtdığı Azərbaycan məzarları barədə məsələ qaldırılıb

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

“Azərbaycan Diaspor Könüllüləri” proqramı çərçivəsində diaspor nümayəndələri ilə görüş keçirilib

“60 çiçək – bir çələng” Zəfər almanaxının təqdimatı keçirildi

Azərbaycanlı gənc Moskva vilayətində keçirilən gözəllik müsabiqəsinin qalibi olub

Şəhid Rəşad Zeynallının mövludu keçrilib

Varşava Azərbaycan Evində şahmat dərsləri keçiriləcək

Regionlarda su təminatı məsələləri həll edilir

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

Şirvan suvarma kanalından minlərlə insan faydalancaq

Fransadakı Azərbaycan diasporu risk altında fəaliyyət göstərir - Fuad Hüseynzadə

“Radikal müxalifətin mötəbər tədbirlər ərəfəsində fəallaşması təsadüfi deyil”

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib

Çində Azərbaycan dili virtual formada tədris olunacaq

Bütün xəbərlər