BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Martın 29-da Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında “Etik həyat: nəzakət, rəsmiyyət və sosial uğurun açarı” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri kitabın müəllifi, Azərbaycan Motivasiya və Kouçinq Əməkdaşlığı MMC-nin direktoru Ziya Allahverdiyev açaraq bütün qonaqları salamlayıb.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ardınca Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev kitabın əhəmiyyəti haqqında danışaraq öz fikir və rəyini bildirib: “Bu kitab hamıya aiddir. Bütün cəmiyyətə bunun faydası var. Çünki cəmiyyət üçün etik qaydalar ən vacib qaydalardır. Hüquqi normalarımız var. Buna görə hər kəs məsuliyyət daşıyır. Amma etik normalara görə biz məsuliyyət daşımırıq. Mənəvi dəyərlər, sevgi, xeyirxahlıq, pislik və s. bunlar hamısı etikanın kateqoriyalarıdır. Bu gün bir sıra sahələrdə, xüsusən jurnalstika, tibb, pedaqogikada etikanın tədris olunması mütləqdir”.

Professor Məmməd Əliyev çıxışında müəllifə belə bir önəmli kitabı ərsəyə gətirdiyi üçün təşəkkür edib: “Bu kitab, xüsusən ali və orta məktəblərdə oxunmalı, tədris edilməlidir. Çünki gənclərə etik qaydalar aşılanmalıdır. Uşaqlara etik normaları təbliğ etmək üçün bu kitab hər bir ananın stolüstü kitabı olmalıdır. Ziya Allahverdiyev çox sağ olsun ki, Azərbaycan cəmiyyətinə belə bir kitab təqdim etdi”.

Daha sonra Azərbaycan Motivasiya və Kouçinq Əməkdaşlığı MMC-nin direktoru Ziya Allahverdiyev müəllifi olduğu “Etik həyat: nəzakət rəsmiyyət və sosial uğurun açarı” kitabının hazırlanması ideyası, məqsədi və gələcək gözləntiləri haqqında tədbir iştirakçılarına məlumat verib: “Etika və nəzakət qaydalarının kökü insanlığın tarixi ilə əlaqəlidir. Hazırda cəmiyyətimizdə keçid dövrü adlandırdığımız, lakin orta yaşlara gəlib çatsaq da bitmədiyini gördüyümüz, əslində isə bu dövrün bitməyən bir proses olub, keçid dediyimiz dəyişimin sürətlənərək daim dəyişdiyi dövrü yaşayırıq və bu belə də sürətlənərək davam edəcək, bitməyəcək. Bu sürətli keçidlər prosesində pozulmuş cəmiyyət dəyərlərinin tarazlığının bərpa olunması üçün uzun zaman lazım olacaq. Bizim isə buna zamanımız yoxdur. “Etik həyat: nəzakət, rəsmiyyət və sosial uğurun açarı” kitabı bu zərurətdən yaranmışdır”.

Ziya Allahverdiyev bildirib ki, tanışlıq zamanı, iş görüşündə, tədbirlərdə iştirak edərkən zamanında və düzgün formada yerinə yetirilmiş etika və nəzakət qaydası bizi çox uğurlu edə bilər, bizi gözəl münasibətlərə və karyerada  yüksəlişə apara bilər: “Bu səbəblə kitabda izah edilmiş, öyrədilmiş yüzlərlə nümunədən sadəcə bir neçəsi həyatımızın mərhələsini müsbətə doğru dəyişə bilər.

Ölkələr də bizlər, insanlar kimi ərdəmləmləşmək, yəni aliliyə doğru inkişaf etmək mərhələlərini keçirlər. Biz və ata-babalarımız bu coğrafı ərazidə doğulanlar! Yüz illərdir məğlubiyyətin, torpaq və insan itikisinin əzabları, alçaldılması ilə “özünə dəyəri” yaratmağa çalışılanlar. Artıq bu böyük ərdəm bitdi, biz itirdiklərimizi geri aldıq, biz qalibik. Vəsilə olan cənab Ali Baş Komandanımıza, xalqımıza, bu yolda canından və sağlamlığından keçən insanlarımıza təşəkkür edirik. Biz xalq olaraq bu böyük yüklü mərhələni mənfilərdən gətirib müsbətlərə, yəni inkişafa keçirdik.

Artıq bundan sonra inkişafın mərhələlərini keçməyə başlamalıyıq. “Etik həyat: nəzakət, rəsmiyyət və sosial uğurun açarı” kitabı sosial inkişafın mərhələlərindən biridir, bu kitab “Etik Həyat” adlandırdığım Sosial İnkişaf Proqramının vəsaitidir. Xeyirlərə vəsilə olsun”.

Çıxışının sonunda Ziya Allahverdiyev bu kitabın ərsəyə gəlməsində ona dəstək göstərənlərin hər birinə təşəkkür edib.

Təqdimat mərasimində kitabın ön sözünün müəllifi, şəxsi inkişaf üzrə mütəxəssis İlahə Allahverdiyeva da çıxış edərək deyib ki, əgər övladlarımıza, əzizlərimizə, gənclərə öncə hansı məlumatların lazım olduğunu soruşsaydılar “Etik həyat: nəzakət, rəsmiyyət və sosial uğurun açarı” kitabını tövsiyə edərdi: “Kitabda beş yaşdan başlamış bütün həyat boyu, həyatın hər saniyəsində qarşılaşdığımız, həyatın əsasına çevrilmiş münasibətlər və davranış qaydalarından bəhs edilir. Bu qaydaları bilmək bəzilərimizə yüz, əlli, otuz, on illər həyat təcrübəsini qısa müddətdə qazandıra bilər. Bu baxımdan “Etik həyat: nəzakət, rəsmiyyət və sosial uğurun açarı” kitabını qiymətsiz hesab etmək olar”.

Xatırladaq ki, “Etik həyat: nəzakət, rəsmiyyət və sosial uğurun açarı” kitabı həyatın bütün sahələrində etika və nəzakət qaydaları, süfrə mədəniyyətindən bəhs edir. Kitabda tanışlıq, təqdim etmə, salamlaşma, ünsiyyət, dinləmək, sağollaşma zamanı etika qaydaları, ziyafətlərdə nəzakət qaydaları, gündəlik, iş, tədbir və mövsümə uyğun düzgün geyim, xanım və bəylərin gəzintidə, masada əyləşərkən yerləri, süfrə mədəniyyəti, ziyafətlərə dəvət və dəvətnamələrin növləri, hədiyyə vermək və qəbul etmək, masaların təşkili, süfrədə yemək ləvazimatlarının yeri və onlardan düzgün istifadə etmək qaydaları, səhər yeməyi, “tabldot service”, “a la carte service”, xüsusi xidmət tələb edən yeməklərin servis forması, süfrədə tanışlıq, protokol (rəsmi) qaydalara əsasən masaların və tədbirlərin təşkili, restoranda davranış qaydaları, sosial media mədəniyyəti və başqa, hər biri ayrı-ayrı mövzu olaraq, çox geniş və ətraflı izah olunub. Həmçinin öyrənilənlərin möhkəmləndirilməsi üçün kitabın sonunda test sualları da təqdim edilib.

Kitab gündəlik həyatımızın bütün sahələrində: ailə, təhsil, münasibətlər, iş, karyera və s. qarşılaşdığımız etika və nəzakət qaydaları, süfrə mədəniyyətini əhatə etdiyi üçün hər kəs üçün, xüsusən gənclər və məktəblilər üçün çox faydalıdır.

Maraqlananlar kitabı “Etikhayat.az” saytından sifariş edərək əldə edə bilərlər.

  

 

Son xəbərlər

Misir mətbuatı COP29-un Azərbaycan iqtisadiyyatına töhfələrindən yazıb

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Füzuli, Şuşa və Laçında olub

“Pain and Joy of My Soul” kitab almanaxı çapdan çıxıb

  “Ermənistan Qərbin yalan vədlərinə inanmamalıdır”

Sizi nə narahat edir?!

Azərbaycan-Belarus əlaqələrinin tarixində daha bir səhifə yazılmaqdadır

“NAĞILÇI NƏNƏ" YAŞIL DÜNYAMIZI QORUMAĞA SƏSLƏDİ VƏ...

Gələcəyə yönəlmiş əməkdaşlıq

"Gücümüz birliyimizdə, həmrəyliyimizdədir"

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin ümumrespublika seminarı keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Mən Göyçəyə dönəcəm!

Gəmi-muzeydə Beynəlxalq Muzeylər Günü qeyd olunub

"Dövlət maraqlarımıza hörmət edən bütün siyasi qüvvələrlə əməkdaşlıq ediləcək" - Deputatdan AÇIQLAMA

BDU-DA CƏFƏR CABBARLININ 125 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏRGİ-KONFRANS KEÇİRİLİB

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub

BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

“Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Bakı Dövlət Universitetində “Küveyt dərsi” keçirilib

Azərbaycanın tanınmış eksperti BMT-nin nüfuzlu qurumuna sədr seçilib

TƏBİƏTLƏ BAĞLI ƏFSANƏ- BU DƏFƏ SEVİNC XƏLİLQIZINDAN

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Bütün xəbərlər