BAKU Azərbaycan
26.45 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

“Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə birgə (bu il kitabxananın 45 illiyi tamam olur) yazar qadınların əsərlərindən ibarət “60 çiçək – bir çələng” adlı ədəbi almanax nəşr olundu. Kitab Azərbaycanın yazar qadınlarının Zəfər almanaxıdır. Almanax doğma Qarabağımıza, azad olunan torpaqlarımıza, Böyük Zəfərimizə həsr olunmuş himndir.
Axmanaxın ön sözündə qeyd olunur ki, Vətənimizə, ordumuza igidlər verən, ölümün gözünə dik baxan qəhrəmanlar dünyaya gətirən analarımıza, şəhid analarına, qazi ailələrinə övladlarının Qələbəmizə verdiyi tövhələri işıqlandıran əsərlər və Zəfərimizə təkan verən qadın yaradıcılığı bu gün xalqımıza çox gərəkdir! 
Daha sonra vurğulanır ki, Ulu Öndərimiz Heydər Əliyevdən sonra, onun siyasətinin davamçısı İlham Əliyev Azərbaycana rəhbər gəldi və tək gəlmədi. İlham Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da siyasətə qatılması Azərbaycan qadınlarına daha fəal olmaq üçün bir stimul verdi. Ölkəmizin dirçəlişində və tərəqqisində, onun bəşər sivilizasiyası piramidasının zirvələrinə intensiv yüksəlişində respublikanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın da rolu əvəzsizdir.
Bu il Mehriban xanım Əliyevanın 60 illik yubileyidir. Mehriban xanım da bütün Azərbaycan xanımları kimi ömrünün 30 ilini Azərbaycanın sağalmaz, unudulmaz yarasını sarımaqla keçirdi, torpaqlarımızın azad olmasını və Qələbəni gözlədi. Ancaq bu gün şükür edək ki, İlahi özü sevdiyi xanımı BÖYÜK ZƏFƏRİMİZLƏ mükafatlandırdı.
Almanax Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma Şuşamız, o zaman işgal altında olan torpaqlarımız, gözlədiyimiz Qələbə haqqında müdrik kəlamları ilə başlayır. Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, respublikamızın birinci xanımı Mehriban xanım Əliyevanın sitatları verilib.
“60 çiçək – bir çələng” adlı ədəbi almanaxa 60 yazar xanımın hekayə, şeir, esse, əfsanə, mənsur seir, qəzəl, poemadan parça, nağıl, xatirələri və s. daxil edilib. Yazar qadınların hər biri Böyük Qələbəmizə həsr olunmuş əsərləri ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, respublikamızın birinci xanımı Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir.
Almanaxın ideya və ön sozünün müəllifi yazıçı, publisist, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, Q.R.Derjavin ordeninin mükafatçısı Nüşabə Məmmədlidir. Tərtibçi və redaktoru tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır.
 Kitab naşir Akif Dənzizadənin rəhbərliyi ilə "Apostrof-A"  Nəşriyyat Poliqrafiya müəssisəsində nəşr olunub.
Ədəbi almanax geniş oxucu dairəsi üçün nəzərdə tutulub. 

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər