BAKU Azərbaycan
7.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xeber7.az-ın məlumatına görə, Azərbaycan Dövlət Filarmoniyasında “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı, Baku Media Mərkəzi və “Bu gün TV Media Qurumu”nun dəstəyi ilə ilk dəfə “Mərhəmət Gecəsi” adlı xeyriyyə tədbiri baş tutub. Tədbirdə nazirliklərin və dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, QHT sədrləri, özəl şirkət rəhbərləri, incəsənət xadimləri və media nümayəndələri iştirak ediblər.Azərbaycanın hər zaman tarix boyu mərhəmətli insanları, xeyriyyəçilik missiyası həyata keçirən şəxsiyyətləri olub. Onlar öz xoş əməlləri ilə tarix yazıblar –yaşayıblar, qurublar, yaradıblar. Belə insanlar heç zaman unudulmurlar, hər zaman sevgi və ehtiramla anılırlar. Bu gün həssas qrupdan olan uşaqların sevgiyə, qayğıya, mərhəmətə daha çox ehtiyacları var. Bu barədə “Ümid Yeri” Uşaq Sığınacağının rəhbəri Nigar Mənsimli tədbirdə çıxış edərkən danışıb. Mərhəmətin yoluxucu olduğunu, paylaşıldıqca artdığını vurğulayıb.    “Nə yaxşı ki, bu gün dünya mərhəmətli insanlardan xali deyil. Onlar qocaları, ahılları, tənha insanları, xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqları heç zaman tək qoymur, təmənnasız sevgi və qayğıları ilə əhatə edirlər. Bu gün bu tədbirin təşəbbüskarı və təşkilatçısı olan “Ümid yeri” Uşaq sığınacağının sakinləri də belə mərhəmətli insanların qayğısı ilə əhatələniblər”- deyə, Nigar Mənsimli çıxışında bildirib. Sonra Nigar Mənsimli layihənin icraçıları – Əməkdar jurnalist, tədbir təşkilatçısı Elnarə Dərziyeva ilə şair, qiraət ustası, aparıcı Səbuhi Zamanı səhnəyə dəvət edərək, minnətdarlığını bildirib, onlara təşəkkürnamələr təqdim edib.Tədbir çərçivəsində həyata keçirilən konsert proqramında “Ümid Yeri” Uşaq Sığınacağının valideyn himayəsindən məhrum uşaqları, əlilliyi olan, görmə məhdudiyyətli, autizmli yeniyetmələrin iştirakı ilə yoqa, rəqs və musiqi nömrələri ifa olunub, səhnəciklər nümayiş etdirilib.Orkestrin müşayəti ilə H.Əliyev Fondunun vitse-prezidenti, mərhəməti ilə hər zaman örnək olan Leyla xanım Əliyevaya həsr olunan yeni bəstə ictimayyətə təqdim edilib.Layihədə öz benefisiarları və tələbələri ilə iştirak edən DOST İnkluziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzi, Bakı Media Mərkəzi, Azərbaycan Dövlət Musiqili Akademik Teatrı, Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyası, “Theraplay” psixologiya və nitq inkişafı mərkəzi, quruluşçu rejissor Samir Qulamov, telejurnalist, ssenarist Minarə Xəlilova və Mədəniyyət televiziyasının redaktoru, prodüser Vüsalə İsmayılova, bəstəkar Sevinc Tofiqqızı, yoqa təlimçisi İlhamə Şirinova, rəssam Ramal Kazımov və müğənni Dilarə Kazımova təşəkkürnamələrə layiq görülüblər.Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri millət vəkili Əziz Ələkbərli və millət vəkili Vüqar İskəndərli də iştirak ediblər. Türk Ağsaqqaları İctimai Birliyinin Gənclər Şurasının sədr müavini Müşfiq Nəsirliyə tədbirin konüllülərlə təşkilində dəstəyə görə minnətdarlıq ifadə olunub.Gecədə korporativ sosial məsuliyyətini dərk edən, davamlı xeyriyyə missiyaları gerçəkləşdirən “Snerjipro” şirkətinin rəhbəri Ufuk Aydın və “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Osman Karakuş ”Mərhəmət elçisi” mükafatına layiq görülüblər. Bununla yanaşı, gecənin ərsəyə gəlməsindədəstək olan “Ziraat Bank Azərbaycan ”, “GL Group”, “Zenith Group” və xeyriyyəçi xanım Anna Çerkasovaya mərhəməti əks etdirən rəsmlər təqdim olunub.

Tədbirdə gənc və istedadlı rəssam-memar, Azərbaycan Memarlar və Rəssamlar İttifaqının, UNESCO Beynəlxalq Rəssamlar Birliyinin üzvü, Prezident təqaüdçüsü İsmayıl Hacıyevin və digər rəssamların  mərhəmət mövzusunda olan əsərləri sərgilənib.Gecədə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli və millət vəkili Vüqar İskəndərov da iştirak ediblər.

 

 

Xatırladaq ki, tədbirin informasıya dəstəkçilərindən biri də Xeber7.az sytıdır.

Son xəbərlər

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Bütün xəbərlər