BAKU Azərbaycan
29.54 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

17 fevral 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin İnnovasiyalar Mərkəzində “Zəfərdən Suverenliyə: Qanla yazılan tarix” adlı forum uğurla təşkil olundu. Savefuture.az xəbər verir ki, forum Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirildi.
Tədbirin əsas məqsədi Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin siyasi, hüquqi və ideoloji nəticələrinin gənclər arasında sistemli şəkildə təbliği, milli suverenlik anlayışının möhkəmləndirilməsi, dövlətçilik düşüncəsinin gücləndirilməsi və gənclərin vətənpərvərlik ruhunda maarifləndirilməsi idi.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə “Gənclərin Töhfəsi” İctimai Birliyinin layihə rəhbəri Məhsəti Hüseynova açaraq forumun konseptual məqsədləri barədə ətraflı məlumat verdi.
Daha sonra “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək bildirdi ki, suverenlik anlayışı təkcə ərazi bütövlüyü ilə məhdudlaşmır, həm də milli kimlik, hüquqi mövqe və ideoloji dayanıqlılıq deməkdir.
Həmçinin rəsmi hissədə Naxçıvan Dövlət Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri Hüseyn İmanov, millət vəkili, şəhid qardaşı Üzeyir Məmmədov, millət vəkili, şəhid anası Gülşad Rüstəmova, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva, Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar, Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva, NDU nəzdində Texniki Kollecin direktoru Asəf Ruşənov, “Gənclərin Töhfəsi” ictimai birliyinin idarə heyətinin üzvü Mirsirac Siraclı çıxış edərək forumun işinə uğurlar arzuladılar.
Forum çərçivəsində vətənpərvərlik və ictimai fəaliyyət sahəsində fərqlənmiş şəxslərə plaketlər təqdim olundu.
Fəal gənc Aydan Hüseynova “Qarabağ Azərbaycandır!” adlı şeiri səsləndirərək tədbirə emosional çalar əlavə etdi.
“Zəfərdən Suverenliyə” adlı I panel çərçivəsində çıxış edən spikerlər Zəfərin yalnız hərbi qələbə olmadığını, eyni zamanda siyasi iradə, hüquqi legitimlik və milli ideologiyanın güclənməsi ilə nəticələnən tarixi mərhələ olduğunu müxtəlif aspektlərdən təhlil etdilər.
I paneldə Naxçıvan Yazıçılar Birliyinin sədri, şair-publisist, Asim Yadigar, Naxçıvan Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru Zamin Əliyev, Naxçıvan Dövlət Universitetinin müəllimi Nazlı Yaqubova çıxış etdi.
“Dəyərlər və Gənclik” adlı II Panel çərçivəsində çıxış edən spikerlər Zəfərdən sonrakı mərhələdə gənclərin üzərinə düşən tarixi məsuliyyət, milli-mənəvi dəyərlərin qorunması və intellektual inkişafın dövlət quruculuğunda rolu barədə geniş fikir mübadiləsi apardılar. Panel müzakirələri göstərdi ki, suverenliyin möhkəmlənməsi yalnız siyasi və hərbi faktorlarla deyil, eyni zamanda düşüncəli, savadlı və milli mövqeyi aydın olan gənc nəslin formalaşması ilə mümkündür.
II paneldə Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Fatimə Yusifli, Bakı Dövlət Universitetinin tələbəsi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin fəalı Aysu Hüseynova, Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Valeh Mahmudov, NDU nəzdində Texniki Kollecin direktoru Asəf Ruşənov çıxış etdi.
II Panel müzakirələri göstərdi ki, dəyərlər üzərində qurulan gənclik modeli Azərbaycanın gələcək inkişafının əsas təminatıdır.
Forum xatirə fotosu və çay-kofe fasiləsi ilə yekunlaşdı. Həmçinin forum iştirakçısı olan gənclərə layihə çrəçivəsində hazırlanmış kitabçalar və sertifikatlar təqdim olundu.

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər