BAKU Azərbaycan
22.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Bakıda Gənclərin Töhfəsi İctimai Birliyinin (GTİB) fəaliyyətinin 15 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai fəallar, media təmsilçiləri və könüllü gənclər iştirak ediblər.
Xeber7.az xəbər verir ki, yubiley mərasimində Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev və birliyin icraçı direktoru, Qida Təhlükəsizliyi Hərəkatının həmtəsiçisi və sədri Məhsəti Hüseynova ötən 15 il ərzində gənclər siyasəti, vətəndaş cəmiyyətinin inkişafı, sağlam həyat tərzinin təşviqi, ictimai diplomatiya və sosial təşəbbüslər sahəsində həyata keçirdiyi layihələrə dair geniş təqdimat edib. Qeyd olunub ki, Birlik bu müddət ərzində minlərlə gəncin maariflənməsinə, ictimai fəallığının artırılmasına və sosial təşəbbüslərdə iştirakına töhfə verib.
Tədbirdə çıxış edən rəsmi qonaqlar millət vəkilləri Ceyhun Məmmədov, Vüqar İskəndərov, Peşə Təhsili Agentliyi mətbuat katibi Aytən Səfərəliyeva, MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın inkişafının monitorinqi beynəlxalq institutunun Bakı filialının direktoru Kamil Əliyev, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Vəfa Mollayeva, “Demokratik Azərbaycan Naminə” Gənclər İctimai Birliyinin sədri Elməddin Behbud, “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə, “Peşəkar Qənnadçılar” İctimai Birliyinin Eynur Nağdəliyev, Gənclər Hərəkatının aparıcı simalarından Nihat Allahyarlı, Xüsusi Təyinatlıların Şəhid Ailələri, Qazilər və Veteranları İctimai Birliyinin sədri, qazi Bəhruz Məmmədzadə GTİB-in uzunmüddətli və ardıcıl fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın gənclərlə iş sahəsində nümunəvi təşəbbüslər həyata keçirdiyini vurğulayıblar. Bildirilib ki, Gənclərin Töhfəsi İctimai Birliyi dövlət gənclər siyasətinin icrasında etibarlı tərəfdaşlardan biri kimi tanınır.
Yubiley mərasimi çərçivəsində dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, ictimai xadimlər, QHT rəhbərləri, tərəfdaş təşkilatlar və fəal könüllülər təşəkkürnamə və plaketlərlə təltif olunublar. Rus əsilli Azərbaycan Milli Qəhrəmanı Yuri Kovalyovun qızı Regina Kovalyova, II Qarabağ müharibəsinin qaziləri Denis Quzlayev, Zorin Pavel, “Yeniçağ.az” Media Qrupu, “TİPİK.az” gənclər platforması, İnşaat Kollecinin THİK sədri Əbülfəz Cavadov, Diplomatiya Akademiyasının təsisçisi Fəxrəddin Abdullayev, 1 saylı baza Tibb Kollecinin əməkdaşı Elnur Həsənbəyli, Azərbayacn Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş mütəxsisi Murad Həsənxanlı, GTİB sədr müavini Şahin Əliyev, idarə heyətinin üzvləri Xəqan Qədimov, Mirsirac Siraclı, birliyin fəaliyyətində aktiv gənclər Yubiley mərasimi çərçivəsində təşəkkürnamə və plaketlərlə təltif olunanlar arasındadır. Bu addım GTİB-in fəaliyyətinə göstərilən dəstəyin və birgə əməkdaşlığın rəmzi kimi dəyərləndirilib.
Tədbirin sonunda “Gənclərin Töhfəsi” İctimai Birliyinin rəhbərliyi tərəfindən gələcək dövr üçün strateji hədəflər, yeni layihə və təşəbbüslər barədə məlumat verilib, gənclərlə iş sahəsində fəaliyyətin daha da genişləndirilməsinin prioritet olduğu bildirilib.
Qeyd edək ki, “Gənclərin Töhfəsi” İctimai Birliyi 2009-cu ildən etibarən Azərbaycanda gənclərin sosial, intellektual və vətəndaş cəmiyyəti sahəsində inkişafına yönəlmiş çoxsaylı layihələr həyata keçirir.

 

 

   

 

Son xəbərlər

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru yeni imkanlar

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

Business Diplomacy and the OBS Global Vision for Collaboration with Australia

Elşən Uluxanlıdan Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı mesaj: Bir video tarixi dəyişə bilməz

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Qələbələrdən Böyük Qayıdışa: YAP-ın tarixi missiyası

VIII Qurultaydan yeni strateji hədəflərə doğru

SITA və tərəfdaşları səyahətdə biometrik texnologiyalardan məsuliyyətli istifadə üçün koalisiya yaradıblar

Cəbrayılın yeni şəhər modeli

4 Oktyabr – Cəbrayıl şəhəri günü: Zəfərdən Böyük Qayıdışa uzanan yol

Vətənə sədaqətli xidmət nümunəsi

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

Bakı qlobal investisiya platformasına çevrilir

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

ÖLDÜ VAR, DÖNDÜ YOXDUR…

Naxçıvan şəhər 10 nömrəli məktəbdə şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

“İSLAMDA QİDA MƏDƏNİYYƏTİ” – QİDA, SAĞLAMLIQ VƏ MƏNƏVİ DƏYƏRLƏRİN KƏSİŞMƏSİNDƏ YAZILMIŞ KİTAB

Vətən müharibəsi və şanlı Qələbə

Bir şəhidin anası, min qəhrəmanın doğması – Gülşad anamıza doğum günü təbriki…

Bütün xəbərlər