BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Oktyabrın 19-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutda “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırladığı “Sən Vətənə bənzəyirsən” kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə 44 günlük Zəfər Savaşında tarix yazaraq şəhadətə yüksəlmiş igidlərimizin, cəmi-şəhidlərin xatirəsi bir dəqiqıəlik sükutla yad edilib.

Tədbirin aparıcı şair Vasif Süleyman giriş sözü ilə çıxış edərək bildirib ki, 2020-ci ilin sentyabr ayının 27-də başlayan və və 44 gün davam edən Zəfər Savaşında  Azərbaycan əsgəri şərəfli bir tarix yazdı. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız sahibinə qayıtdı, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Həmin günlər bütün Azərbaycan Ali Baş Komandanın bir çağırışı ilə səfərbər olmuşdu.

 

İlk söz Layihənin rəhbəri, tanınmış şair, “DSD“ İB-nin sədri, AXDG QSC XDND-nin gəmi kapitanı Faiq Balabəyliyə verildi. O, bildirdi ki, “DSD” İB bundan əvvəl, bu təmayüldə bir neçə kitab hazırlayıb.  Növbəti kitab  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  nəşr olunan “Sən Vətənə bənzəyirsən” kitabıdır ki, “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində təqdim olunur. Kitabın tərtibçiləri Faiq Balabəyli, Kəmalə Səfərli, Vasif Süleyman, redaktoru Hüseyn Sözlü, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir.

“Sən Vətənə bənzəyirsən” kitabında Azərbaycanın tanınmış qələm adamlarının vətənpərvərlik ruhunda yazılan şeirləri toplanıb. Şeirlərin məzmununun, ideyasının gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bu ruhda yaşamasında, böyüməsində müstəsna rolu var.

Bugünkü təqdimat mərasimində Kitabda şeirləri çap olunan hörmətli şairlərdən bir neçəsi iştirak edir. Çünki müəlliflər də bölünüb, bir neçə belə tədbir olacaq və o biri qələm adamları həmin tədbirlərdə iştirak edəcəklər.

Sonra tədbirdə iştirak edən şairlər Şahin Musaoğlu, Dayandur Sevgin, Damət Salmanoğlu, Aləm Kəngərli çıxış edərək vətənpərvər ruhlu şeirlərini oxudular.

Tədbirin sonunda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutun rektor müavini, Vətən müharibəsinin qəhrəmanı, polkovnik Nizami Mövlamov çıxış edərək təqdimat mərasiminə gələn şairlərə minnətdarlıq etdi və bildirdi ki, belə tədbirlər gənclərin vətənpərvərlik ruhunun artırılmasında böyük rol oynayır.

 

Son xəbərlər

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Bütün xəbərlər