BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Türk Girişim və İş Dünyası Konfederasiyasının (TÜRKONFED) idarə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli münasibətlərdən, iqtisadi əməkdaşlıqdan söz açıb. O, ölkəmizdə yaradılan əlverişli investisiya mühiti barədə danışaraq bu sahədə formalaşmış qanunvericilik bazasından bəhs edib, xüsusən parlamentin müzakirəsində olan “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi barədə ətraflı məlumat verib.

Komitə sədri 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsindən sonra azad edilmiş ərazilərdə ikitərəfli əməkdaşlığımız üçün açılan yeni imkanlara toxunub. O, Türkiyə şirkətlərinin, o cümlədən TÜRKONFED-in burada aparılan bərpa və yenidənqurma işlərində, yeni istehsal sahələrinin qurulmasında yaxından iştirakında Azərbaycanın maraqlı olduğunu vurğulayıb.

Türk Girişim və İş Dünyası Konfederasiyasının İdarə Heyətinin sədri Süleyman Sönmez Azərbaycan parlamentində olmaqdan məmnun olduqlarını dilə gətirərək təmsil etdiyi qurum barədə məlumat verib. Bildirib ki, inşaat, tekstil, avadanlıq, enerji, kənd təsərrüfatı, maliyyə və digər  sektorların təmsil olunduğu TÜRKONFED Türkiyənin ən böyük iş adamları birliyidir. Birlik 30 federasiyanı, 300 dərnəyi, 50000-ə yaxın şirkəti, iş dünyasının bir çox regional və sahəvi quruluşlarını özündə birləşdirir. TÜRKONFED-in fəaliyyət istiqamətləri barədə danışan Süleyman Sönmez Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə keçirilən bərpa-quruculuq layihələrində, istehsal və digər iqtisadi fəaliyyətlərdə maraqlı olduqlarını bildirib.

Görüşdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Anar Məmmədov, Rüfət Quliyev çıxış ediblər, Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsi və ölkələrimiz arasında ticarət dövriyyəsinin, investisiya qoyuluşlarının artırılması ilə bağlı fikirlərini bölüşüblər.

Sonra görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər