BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bəşəriyyətin ən qədim xalqlarından biri olan Azərbaycan xalqı müdrikliyi, müstəqil olmaq istəyi, dövlətçilik ənənələri, qurub-yaratmaq təşəbbüsü, sivil yaşam tərzi, həmçinin zəngin mədəniyyəti, ədəbiyyatı ilə dünya tarixində özünəməxsus yer tutur. Tarixin bəlli dövrlərindən bu günə kimi, mənbəyindən asılı olmayaraq xalqımız haqqında rast gəlinən bütün məlumatlarda yalnız onun qəhrəmanlığından, azadlıq mübarizəsindən, sahib olduğu dövlətlərin qüdrətindən söz açılır. Xalqımızın müdrikliyi də məhz ondadır ki, tarixdə hər zaman müsbət izlər qoyub. Ucaltdığı bayrağın ətrafında birləşən insanlar ədalətli, humanist, güclü bir dövlətin nümayəndələri olublar. Müəyyən dövrlərdə işğala, təcavüzə məruz qalsalar da, şərəfli mübarizə aparıblar, azadlıqları uğrunda mücadilədən geri çəkilməyiblər. Xalqımızın yetirdiyi övladlar müstəqillik uğrunda yorulmadan mübarizə aparıblar. Bu mübarizə bütün sahələrdə - meydanlardan tutmuş ədəbiyyatımıza qədər özünü göstərirdi. Ənənəsinə sadiq qalan ata-babalarımız 1918-ci ildə min bir əziyyətlə müstəqil, demokratik dövlət quraraq üç rəngli, ay-ulduzlu bayrağımızı Vətənin göylərinə ucaltdılar. Və bu bayraq bizim dövlətimizin varlığının, milli kimliyimizin, tutduğumuz yolun carçısı oldu”.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.

Milli Məclisin deputatı bildirib: “Xalqımızı öz ətrafına toplayan bayrağımız sovet hakimiyyəti illərində onun istiqlal mübarizəsinin, azadlıq məfkurəsinin simvoluna çevrildi. Göstərilən təzyiqlərə, represiyalara baxmayaraq, xalqımız dövlətçiliyinin, varlığının rəmzini unutmadı, qəlbinin dərinliklərində ən ali sevgi ilə yaşatdı. Azərbaycanı müstəqil, azad görmək arzusu ilə yaşayan, gördüyü işlərlə xalqımıza istiqlal cığırı açan, hər zaman bu müqəddəs yola işıq saçan Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağını 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilməsinə nail oldu. Bu, o dövr üçün nə qədər çətin qərar olsa da, xalqına, Vətəninə olan sevgisi, onu azad görmək arzusu Ulu Öndəri heç nədən çəkindirə bilmədi. Heydər Əliyevin daha bir tarixi təşəbbüsü ilə Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı və bu vəsatət əsasında üçrəngli bayrağımız Dövlət Bayrağı elan edildi. Həmin vaxtdan başlayaraq müstəqil dövlətimizin müqəddəs rəmzi olan bayrağımız beynəlxalq və regional təşkilatların önündə milli varlığımızı, dövlətimizin mövcudluğunu, suverenliyimizi əzəmətlə dalğalanaraq bütün dünyaya nümayiş etdirir”.“Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən Azərbaycanın Konstitusiyasında da üç rəngli bayrağımız təsdiqləndi. Ümummilli Liderimizin müzəffər davamçısı cənab İlham Əliyev hər zaman gənc nəsilin dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə olunması, onlarda vətənpərvərlik hissinin möhkəmləndirilməsi istiqmətində mühüm işlər görür. Prezidentimiz dövlət rəmzlərinə hörmət və ehtiramını nümayiş etdirərək 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam verdi. Bununla da hər ilin 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi bayram olaraq böyük coşqu ilə qeyd edilir. Şanlı tariximizin qızıl səhifəsi olan 44 günlük Vətən müharibəsində Azərbaycanın qəhrəman oğulları işğaldan qurtardıqları rayon və kəndlərimizin ən uca nöqtələrində ilk olaraq bayrağımızı qaldıraraq bu ərazilərin bizə məxsus olduğunu bəyan edirdilər. Fəxarətlə deyə bilərik ki, bu gün Dövlət Bayrağımız, ölkəmizin hər yer yerində, o cümlədən Şərqi Zəngəzurda və Qarabağda qürurla dalağalanır. Bu mənzərəni seyr etdikcə hər birimizin qəlbi fərəh hissi ilə döyünür. İnanırıq ki, bundan sonra da bayrağımız müstəqil Azərbaycanın dövlət rəmzi olaraq əbədi dalğalanacaq”, - AHİK sədri qeyd edib.

 

 

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər