BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2023-cü ildə Azərbaycan-Özbəkistan arasında Şuşa və Səmərqəndin Türk mədəniyyətinə töhfələri və Heydər Əliyevə həsr olunmuş beynəlxalq layihələr həyata keçiriləcək

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi və Türk Tarixi və Mədəniyyəti Fondu arasında əldə edilən razılığa əsasən 2023-cü ildə Azərbaycan-Özbəkistan arasında Şuşa və Səmərqəndin Türk mədəniyyətinə töhfələri, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş beynəlxalq layihələr həyata keçiriləcəkdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurtla  görüş keçirib.

Görüşdə  Türk tarixi və mədəniyyətinin təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi, təşkilatlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Samir Abbasov cari ilin 10-11 noyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk dövlətləri başçılarının Sammitinin əməkdaşlıqda yeni imkanlar açdığını və bu tədbir çərçivəsində bir sıra mədəniyyət tədbirlərinin keçirildiyini, gələcəkdə isə yeni əməkdaşlıq platformasının yarandığını qeyd edib.

Diplomat 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən «Şuşa ili» elan olunması, bu istiqamətdə keçirilən tədbirlər, layihələr barədə danışıb, Azərbaycanın Türk dünyası ilə, Özbəkistanla mədəni əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib.

Görüş üçün öz təşəkkürünü bildirən Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurt rəhbərlik etdiyi Fondun geniş coğrafi əraziyə yayılaraq böyük sivilizasiya yaradan Türk xalqlarının mədəni irsinin beynəlxalq aləmdə təbliği, qorunması və gələcək nəsillərə çatdırılması olduğunu qeyd edib. O, Türk Dövlətləri Təşkilatının Səmərqənd Sammiti çərçivəsində Fond tərəfindən “Türküstan” sərgisinin Özbəkistanın Turizm və mədəni irs Nazirliyi ilə birgə  təşkil edildiyini vurğulayıb.

Sərgidə Türk Tarixi və Mədəniyyəti Fondunun kolleksiyasından nümayiş etdirilən Türküstan xəritələrinin məşhur coğrafiyaşünaslar tərəfindən tərtib edildiyini və Türk xalqlarının tarixini, onların  müxtəlif coğrafiyalara yayılmasını göstərdiyini bildirib.

Samir Abbasov xəritələr sahəsində xüsusi həssaslıq nümayiş etdirilməsinin vacib olduğunu qeyd edərək, dünyada bir sıra muzeylərdə yanlış xəritələrin sərgiləndiyini bildirib. O, sözügedən tarixi xəritələrin Azərbaycan və Özbəkistan muzeylərinə təqdim olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib və tərəflər bu mövzuda birgə əməkdaşlığı razılaşdırıblar.

Görüşdə Samir Abbasov ilin sonunadək Özbəkistanda istiqlal şairlərimiz Əhməd Cavad, Abdulla Aripov və Mehmet Akif Ersoya həsr olunmuş beynəlxalq konfrans, sözügedən şairlərin əsərləri əsasında Özbəkistan xalq çalğı alətləri Ansamblının hazırladığı  konsert proqramı və Əhməd Cavadın Özbək dilinə tərcümə olunmuş şerlər kitabının təqdimatının keçiriləcəyini bildirib və sözügedən layihəyə Türk Tarixi və Mədəniyyəti Fondunun qoşulmasını təklif edib.

Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Qarabağda XIX əsrdə fəaliyyət göstərmiş «Məclisi Fəramuşan» şairlər görüşünün iki əsrdən sonra Azərbaycan və Özbəkistan arasında bərpa olunduğunu qeyd edib. Diplomat 2023-cü ilin TÜRKSOY təşkilatı tərəfindən «Şuşa ili» elan olunmasını nəzərə alaraq, gələn il sözügedən şairlər məclisinin Şuşada bütün Türk dövlətlərini təmsil edən şairlərin, musiqi sənətçilərinin  iştirakı ilə beynəlxalq tədbirin keçirilməsinə dəstək xahiş edib.

Bundan başqa, «Səmərqənd Türk sivilizasiyasının paytaxtı», habelə 2023-cü il «Heydər Əliyev ili» elan olunması ilə əlaqədar birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Nizamettin Aykurt Türk Tarixi və Mədəniyyəti Fondu tərəfindən yaradılan Türk rəqəmsal kitabxanası barədə məlumat verərək, layihənin nəinki Türk dövlətlərini, Türk toplumları yaşayan digər ölkələrin də əhatə etdiyini bildirib. Samir Abbasov sözügedən layihənin əhəmiyyətini qeyd edərək, Azərbaycan kitabxanalarının layihəyə qoşulması ilə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyi ilə məsləhətləşmələrin aparıldığını və bu istiqamətdə birgə görüş, müzakirələrin vacib olduğunu söyləyib.

Nizamettin Aykurt 1872-ci ildə hazırlanmış, Avropa, Kiçik Asiya yarımadası, habelə Qafqaz ərazilərini özündə əks etdirən «Yustinian hakimiyyətinin sonlarına doğru Avropa» (eramızın 560-cı ilini əhatə edən) tarixi xəritənin surətini  Samir Abbasova hədiyyə edib. Qeyd edək ki, xəritədə Qafqaz Albaniyası və Atropatena kimi Azərbaycan dövlətləri yer alıb.

Sonda Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycanın Qarabağ  şairəsi Xurşidbanu Natəvanın və istiqlal şairimiz Əhməd Cavadın Azərbaycan-Özbək dillərində nəşr olunan kitablarını Nizamettin Aykurta  hədiyyə edib.

image-d4154a86-0658-497d-8e8d-5123fec9574a

image-fc7949c3-7aa1-42e6-b90d-048f66e87bd1

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər