BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dekabrın 6-da Küveyt Dövlətinin “Hissa Əl Hanif” orta məktəbində şagirdlər arasında “Dünya dövlətlərinin mədəni irs tarixi” adlı layihə çərçivəsində təqdimat keçirilib. Bu haqda saytımıza Küveytdə fəaliyyət göstərən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə məlumat verib.

Təqdimatda şagirdərin hər biri ayrı-ayrı dövlətlər haqqında hazırladıqları layihələr haqqında ingilis dilində çıxış edib. Məktəbin 9-cu sinif şagirdi Leyla Əl Avadi öz növbəsində ingilis dilində hazırladığı “ edib. Leyla Əl Avadi 1918-ci ildə yaradılan və cəmi 11 ay sürən, yenidən 1991-ci ilin 18 oktyabrında əldə etdiyimiz müstəqilliyimiz haqqında və Azərbaycanın müstəqilliyinin əbədi olacağı, güclü dövləti, güclü ordusu, güclü xalqı olduğu haqqında danışıb.

O, Azərbaycanın milli mədəniyyəti, milli mətbəxi, tarixi, yeraltı və yerüstü sərvətləri, neft qaz ölkəsi olmağı haqqında, 1992-ci ilin  26 fevralında ermənilər tərfindən törədilmiş Xocalı soyqırımı, bu soyqırımıda bir gecənin içində vəhşicəsinə edilən qətliamdan, o zamanlar erməni həkimi Zori Balayanın Xocalıdan əsir apardıqları 7-13 yaşlı qız uşaqlarının diri-diri dərisinin soyularaq vəhşicəsinə qətlə yetirdiklərini və eləcə də hamilə qadınların qarnını yarıb uşaqları öldürdüklərindən, bir sözlə, erməni vəhşiliyindən bəhs edib.

1990-cı ilin 20 yanvar gecə keçmiş sovet ordusunun Azərbaycana tanklarla daxil olaraq öz  müstəqilliyini istəyən Azərbaycan xalqına qarşı törətdikləri qətliam və həmin il avqust ayının 2-də sübh tezdən Səddam Hüseyin tərəfindən Küveytin  işğalından, işğal nəticəsində 650 nəfərin şəhid olmasından, 9 ay neftin yanması və eləcə də Azərbaycanın əslər boyu neft üzrə təcrübəsi olduğundan Küveyt neftinin   söndürülməsində öz köməkliyini əsirgəməyən ölkələrdən biri olduğunu bildirib. Məktəb şagirdi 90-cı illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və hal-hazırda Cənab Prezidentimiz İlham Əliyevin yaratdıqları dostluq münasibətindən danışıb. Həmçinin Küveyt Dövlətindəki Azərbaycan səfirliyinin, o cümlədən Küveytdə yaşayan, çalışan Azərbaycan vətəndaşlarının, diasporun işin nəticəsində iki ölkənin daha da yaxın dostluğundan, ticari və turizimçiliyindən, eləcə də iki ölkənin din qardaşı olmasından bəhs edib.

O cümlədən ermənilərin 1988-ci ildən başlayaraq 30 il işğal altında saxladıqları torpaqlarımızın 2020-ci il 27 sentyabrdan başlayaraq Ali Baş Komandanın əmri və müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı ilə 3 min şəhid verərək  44 gün ərzində  azadlığa qovuşması haqqında danışıb.  Eləcə də Möhtərəm Prezidentimizin sərəncamı ilə gözəl Şuşamızın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında, ermənilərin vəhşicəsinə Qarabağı darmadağın edərək hər tərəfi minalaması və hələ də minalanmış ərazilərin xəritəsini verməməsini məktəb yoldaşlarına, o cümlədən müəllim və müdriyyət qarşısında qeyd edib. Şagird hal-hazırda Qarabağda bərpa-quruculuq işləri aparıldığını və minalanmış ərazilərin təmizlənməsindən bəhs edib.

Qeyd edək ki, məktəbin şagirdi Leyla Əl Avadi layihəni təqdim etdikdə Azərbaycanın milli geyimində şanlı üç rəngli bayrağımıza sarılıb, Xarıbülbül gülü formasında olan nişanın Qarabağın və Zəfərimizin simvolu olmasından danışaraq yaxasında əks etdirib. Sonda Azərbaycan və ingilis dillərində “YAŞASIN AZƏRBAYCAN! YAŞASIN AZƏRBAYCAN PREZİNDENTİ və  ORDUSU !”, “QARABAĞ AZƏRBAYCANDIR” deyərək layihəni tamamlayıb.

Xatırladaq ki, Leyla Əl Avadi “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadənin qızıdır.

image-e5b231bf-8a6a-4c88-afbb-a7eef45dfe59

Video Oynadıcı

00:00

00:00

 

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər