BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev bir neçə gün öncə bir qrup idmançıya ev hədiyyə etdi. “Qafqazinfo” xəbər verir ki, onların arasında Azərbaycan millisinin sabiq voleybolçusu, hazırda Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova da var idi. 

Ş.Kərimova idmançı karyerasını erkən başa vursa da, qadınlardan ibarət Azərbaycan voleybol millisinin “qızıl heyət”ə sahib olan dönəmində çıxış edib. Bütün bunları nəzərə alıb onunla danışmaq qərarına gəldik. 

Ş.Kərimova “Qafqazinfo”ya müsahibəsində əvvəlcə ona verilən evdən söz açdı: “Çox gözəl hisslərdir. Hər kəsin arzusudur ki, ölkə başçısını canlı görsün. Prezidentdən hər hansı mükafat almaq çox gözəldir. Şükür ki, Allah mənə bu cür gün qismət elədi. Bir gün öncədən mənə məlumat verilmişdi. Özümü hazırlamışdım ki, həmin an kövrəlməyəcəm. Amma həmin an adımı eşitdikdə özümü saxlaya bilmədim. Cənab Prezidentdən də mükafatı alan kimi gəlib yerimə oturdum, çünki bir az da qalsaydım, orada da ağlayacaqdım. Hər kəsə arzum odur ki, öz şəxsi mənzili olsun. Məni ölkə başçısı bu arzuma çatdırdı. İdmana gələn hamının böyük arzuları olur”.

Federasiya rəsmisi voleybola başladığı günləri xatırlayıb: “Mən voleybola Qaxda 1 nömrəli məktəbdə başlamışam. Həmin vaxt dərnəklər var idi. Müəllimə dedi ki, kim istəsə, dərslərdən sonra qalıb 1 saat, 1 saat yarım məşq edə bilər. Bildirdilər ki, əvvəlcə məktəbimizi təmsil edəcəksiniz, sonra rayon komandasına seçilə bilərsiniz və Bakıya yollanmaq şansınız var. Açığı, heç vaxt Bakını görməmişdim və maraqlı idi. “Kürmük” komandasının heyətində Bakıya yollandıq. Biz ailədə 3 bacıyıq və uşaq yaşlarımda atamı itirmişəm. Böyük bacım həmin zamanlarda universitetdə oxuyurdu. Digəri də ali məktəbə qəbul olunmaq üçün hazırlaşırdı. Böyük bacım voleybolla məşğul olmuşdu. Məktəbdə adımı voleybola yazanda bunu ilk anama dedim. O da bildirdi ki, dərslərindən geri qalmamaq şərti ilə olar. Həmin vaxt dərsimi də yaxşı oxuduğum üçün problem olmurdu. Hərdən müəllimlərim anama deyirdi ki, qoyma voleybol oynasın, oxusun, başqa sahəyə getsin. Hamı bilirdi ki, peşəkar şəkildə voleybolla məşğul olsam, dərslərimə o qədər diqqət ayıra bilməyəcəm. Ailəmdən heç vaxt etiraz olmayıb. Bir dəfə 8-ci sinifdə Bakıya gəldik. Natəvan Qasımova, mən və Gəncədən bir qızın oyununu paytaxtda bəyənmişdilər. Dedilər ki, yayda baxışa gəlin. Amma anam qoymadı ki, balacasan. Amma dedi ki, bacın universitetə qəbul olsa, ikinizi də göndərəcəm. Tərslikdən bacım da imtahandan kəsildi. Amma 10-cu sinifdə oxuyanda düşündüm ki, daha dəvət almayacam. Yarışlara isə davam edirdim. Bacım da universitetə girdi və gəldim. Seçimlərdən uğurla keçdim, məktəbimi həll etdilər və mən 11-ci sinifi Bakıda 18 nömrəli məktəbdə oxudum”.

Ətraflı

Ş.Kərimova Azərbaycan yığmasına düşdüyü, ulduz voleybolçularla birlikdə oynadığı illəri xatırlayıb: “Mən Bakıya gələndə rus dilində heç nə bilmirdim. Düşünürdüm ki, yığmadakı qızlar da Azərbaycan dilini bilmir və çox çətin olacaq. Amma sən demə hamısı bizim dilimizi bilirmiş. Onlar da mənə dəstək oldular. Əvvəlcə, gənclər millisində çıxış etdim. Orada çıxış etdiyim son illərdə ekranda gördüyüm Azərbaycan millisinin kapitanı Alla Həsənova mənim məşqçim oldu. O, mənə çox inam verdi, çox dəstək oldu. Əsas komandaya düşəndə isə Valeriya Karatenko, Yelena və Oksana Parxomenkolar, İnnesa Qorxmaz, Natalya Məmmədova kimi idmançılar orada idi.  Elə oldu ki, heyətə 5-6 gənc oyunçu cəlb edildi. Çünki Yelena Şabovta və Alla Həsənova karyerasını başa vurmuşdu. Polina Rəhimova, Dərya Zamanova kimi idmançılar onların mövqeyində çıxış edirdi”.

O, karyerasını erkən başa vurmasının səbəbini də açıqlayıb: “Karyeramı erkən yaşda başa vurdum. Səbəb isə evliliyim idi. Ailə həyatı qurdum və karyeramı bitirdim. Bunu Faiq Qarayeva deyəndə təəccübləndi. Fikrim var idi ki, evlənib Qaxa dönüm. Faiq müəllim bildirdi ki, karyeramı başa vursam da, mətbuat katibi kimi çalışım. Məktəbi yaxşı oxusam da, jurnalistika ilə əlaqəm yox idi. Həmin vaxt oyunlarımızı “İdman TV” göstərirdi. Əvvəlcə, orada ekspert kimi çıxış etdim. Düzdür, əvvəlcə çox çətin gəlirdi. Amma sonradan buna öyrəşdim. Lakin zamanı geri qaytarsaq, karyeramı davam etdirərdim, evliliyimə görə bitirrməzdim”.

Ş.Kərimova övladlarından da danışıb: “2 oğlum var. Birinin 8, digərinin 10 yaşı var. Onlar hələ heç bir idmanla məşğul olmurlar. Amma yayda voleybol seçimlərinə aparacam. Hansı idmanla məşğul olsalar, onlara dəstək olacam”.

Elsevər Məmməd

Video, fotolar: Pərvin Zeynal

Son xəbərlər

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Bütün xəbərlər