BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan gəncləri milli maraqların daim keşiyində dayanmalı, vətəndaşlığın əxlaqi yükünü daim çiyinlərində hiss etməli, dövlətçilik ideyalarını üstün tutmalıdır

 Sağlam gənclik hər bir dövlətin inkişafı, hər bir millətin yaşaması üçün əsasdır. Çünki müstəqilliyin, dövlətçiliyin daha da möhkəmləndirilməsinin, millətin gələcək taleyinin həll olunmasının etibarlı təminatı intellektual səviyyəli, potensiallı kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Məhz buna görə də gənc nəslin düzgün yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu günədək ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlərin, Azərbaycan gəncliyinin inkişafına verilmiş təkanın nəticəsidir ki, cənclər cəmiyyətdə özlərini təsdiq edə bilir və bütün sahələrdə özlərini doğruldurlar. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başıçısının “Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir” fikri dövlətin gənclərə olan inam və etimadının göstəricisidir.

Bu gün Azərbaycan gənclərinin fəaliyyəti hər bir sahədə diqqəti çəkir. Azərbaycan gəncləri öz intellektini, potensialını üzə çıxararaq vətəndaş cəmiyyəti işində aktivlik göstərirlər. Gənclərin dövlətin və cəmiyyətin inkişafın üçün bu addımları müsbət amildir. Bütün bunlar Azərbaycan gənclərinin mənəvi inkişafının hansı səviyyədə olduğunu bir daha nümayiş etdirir. Gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. İndiki dövrümüzdə gənclərin arzularının reallaşması üçün daha əlverişli şərait yaranıb. Bütün bunlara görə indiki gənclik daha şanslıdır. Çünki onların arzuları sadəcə arzu olaraq qalmır, arzu olmaqdan çıxaraq nəticə ilə əvəzlənir. Prezident İlham Əliyev özü də dəfələrlə bildirib ki, neft kapitalını insan kapitalına çevirmək lazımdır. Bu fikirlər özünü dövlətin gənclər siyasətində də göstərir. Odur ki, gənclərin bu siyasətə dəstək verməsi üçün intellektual gənclərin bir araya gəlməsi və onların fikir mübadiləsi nəticəsində ortaq yeni ideyalar tapması vacib amildir. Prezident İlham Əliyev Azərbaycanın bugünkü inkişafında gənclərin rolunu yüksək qiymətləndirərək demişdir: “Mən gənclərin rolunu həmişə çox yüksək qiymətləndirmişəm. Bu gün də Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar. Deyə bilərəm ki, gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə”.

 Gənclərimiz könüllülər hərəkatının aparıcı gücüdür. Konüllülük prinsipi gənclərə sosial məsuliyyət anlayışı aşılayır, onların gələcək fəaliyyətlərində lazımi bilik və bacarıqların əldə olunmasında əvəzsiz imkanlar yaradır . Beynəlxalq təcrübəyə əsaslansaq görərik ki, gənclər öz metodik bilik və bacarıqlarını könüllülük proqramlarında praktik inkişaf etdirir və yeni təcrübə imkanları əldə edirlər. Hal-hazırda ölkəmizdə bir neçə maraqlı könüllülük proqramları həyata keçirilir. Xüsusi ilə Bakıda keçirilmiş Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər beynəlxaq tədbirlərlə əlaqədar aparılan könüllülük proqramları gənclər üçün yeni təcrübə imkanları əldə etmələrinə şərait yaradıb. Bununla yanaşı, gənclərin sosial aktivliyinin artırılması istiqamətində və iş təcrübələrini əldə etmələrində ASAN Könüllüləri Gənclər Təşkilatının fəaliyyəti əvəzsizdir. Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir.

Son dövrlərdə erməni lobbisi tərəfindən ölkəmizə qarşı düşünülmüş qərəzli kampaniyalar aparılır. Azərbaycan gənclərinin informasiya müharibəsində fəallığı birbaşa ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Bu nüfuzun qorunması, yüksəlişi naminə ölkədəki və xaricdəki gənclər də bütün səy və bacarıqları, şəxsi təşəbbüsləri ilə həmrəylik nümayiş etdirməlidirlər. Həmçinin gənclərimiz xaricdə iştirak etdikləri müxtəlif tədbirlərdə Azərbaycanın dünyada tanıdılması, erməni yalanlarının ifşa olunması istiqamətində əllərindən gələni etməlidirlər. Gənclərimzin bu fəallığı, həm ölkəmizin tanıdılmasına, həm də diasporumuzun inkişafına təkan verəcək. Azərbaycan gəncləri milli maraqların daim keşiyində dayanmalı, vətəndaşlığın əxlaqi yükünü daim çiyinlərində hiss etməli, dövlətçilik ideyalarını üstün tutmalıdır. Bununla gənclərimiz öz vətənpərvərliklərini göstəmiş olarlar. Necə 44 günlük Vətən müharibəsində biz bunu gördük...

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

Son xəbərlər

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

Bütün xəbərlər