BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Son zamanlar ölkəmizin elektrik enerjisi ixracının artırması ilə bağlı həyata keçirilən layihələr Azərbaycanın enerji ixracında gələcək perspektivlərə sürətlə hazırlaşmasından xəbər verir.

"Xeber 7" məlumat verir ki,bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

"Enerji ötürücü infrastruktura investisiyalar, partnyor ölkələrin sayının durmadan artması, Azərbaycanın praqmatik siyasətinə etibarın artması, dövlət başçısının geniş və uğurlu iqtisadi siyasəti Azərbaycan elektrik enerjisi istehsalı və ixracından böyük gəlirlər əldə etməsinə imkan verəcək", - T. Mirkişili bildirib.

Onun sözlərinə görə, enerji müstəqilliyi milli təhlükəsizliyin mühüm tərkib hissəsidir: "Ulu Öndər Heydər Əliyevin səyi və rəhbərliyi ilə Mingəçevirdə 1981-ci ildə istismara verilən “Azərbaycan İstilik Elektrik Stansiyası” o zaman və bu gün üçün də regionun ən böyük elektrik stansiyasıdır. Bu stansiya 1981-ci ildən başlayaraq bu günə qədər ölkəmizin elektrik enerjisi təhcizatında mühüm yerə və rola malikdir. Təsadüfi deyil ki, Vətən Müharibəsi dövründə Ermənistanın hədəf aldığı əsas infrastruktur obyektlərimizdən biri də məhz bu stansiya idi".

T. Mirkişili qeyd edib ki, Mingəçevirdə güclü elektroenergetika infrastrukturu yaradılıb: "2018-ci ildə baş verən qəzadan sonra Prezident İlham Əliyevin tapşırığı ilə stansiyada əsaslı yendənqurma işləri aparılıb. 2022-ci ildə ölkəmizdə istehsal olunan 29 milyard kVt/saat elektrik enerjisinin 93 %-i istilik elektrik stansiyalarında istehsal edilib. Ötən il 3 milyardkVt/saat enerji ixrac edilib".

Komitə sədri bildirib ki, bu gün məhz Heydər Əliyev ilində Mingəçevirdə gücü 1280 mVt olan yeni istilik elektrik stansiyasının təməlinin qoyulması vaxtilə Ulu Öndər tərəfindən başladılan yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi deməkdir: "Eyni zamanda, bu stansiyada tətbiq olunacaq texnologiya az qaz həcmi ilə yüksək iş məhsuldarlığı əldə etməyə imkan yaradacaq. İnvestisiya planına görə bir neçə il ərzində yatırılan vəsaitin geri qayıtması layihənin kifayət qədər uğurlu olacağından xəbər verir".

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər