BAKU Azərbaycan
18.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Özbəkistanın İş Qadınları Assosiasiyası ölkənin Fərqanə, Namandan və Əndican əyalətlərində fəaliyyət göstərən bir qrup fermer qadın və kənd təsərrüfatı mütəxəssislərini Azərbaycana təcrübə səfərinə göndərib. 21-27 Mart Novruz Bayramı tarixlərinə təsadüf edən bu görüş kənd qadınları üçün ikiqat bayram oldu.

Səfərə ev sahibliyi edən, Azərbaycan Kənd Qadınları Assosiasiyası qonaqları ölkəmizdə Qadın Özünə-kömək qrupu modelinin əsasında formalaşan İstehsal-İstehlak Qadın Kooperativlərinin tərəvəzçilik, heyvandarlıq, arıçılıq, fındıqçılıq, istixana, meyvəqurutma və gülçülük təsərrüfatları ilə tanış etdi.

Qonaqların regionlara səfəri zamanı Bərdə rayonunda “FATİMƏ” Qadın Kooperativinin Sədri Zümrüd Hüseynova bir mövsümdə 630 ton tərəvəz istehsal edə bilməsində Kənd Təsərrüfatı Nazirliyi, USAİD Özəl Sektorun İnkişafı Layihəsi və GİZ Alman Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın faydasından və kollektiv aqro-biznesin təşkilində Qadın Qrupu modelinin üstünlüklərindən, Ağdam rayonunda “ŞƏFƏQ” Qadın Kooperativinin Sədri Nərmin Əsədova heyvandarlıqda Semental cinsli inəklərin ət və süd istehsalındakı yüksək məhsuldarlığı, Qax raronunda “YASƏMƏN” Qadın Kooperativinin Sədri Bəsti Aydınova təbii və keyfiyyətli bal istehsalı, arıçılığın inkişafı, arı məhsullarının istehsalı və satışı, api-terapiya müalicəxanasının fəaliyyəti barədə səfər iştirakçılarına məlumat verdi.

Daha sonra qonaqları, Zaqatala rayonunda “NƏRGİZ” Qadın Kooperativinin Sədri Təhminə İsayeva fındıqçılıq sahəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO ilə əməkdaşlığın məhsuldar nəticələri, Balakən rayonunda “NOVRUZ” Qadın Kooperativinin Sədri Meysarat Qaysayeva Kənd Təsərrüfatı Nazirliyi və USAİD Özəl Sektorun İnkişafı Layihəsinin dəstəyi ilə yaratdığı İstixanada tərəvəz becərilməsi və fərdi sahibkar Könül Bazarovanın meyvə emalı sexinin fəaliyyəti, “ASİL” Qadın Kooperativinin Sədri Məlahət Alvasova USAİD Özəl Sektorun İnkişafı Layihəsinin dəstəyi ilə yaranmış, bir mövsümdə 480 ton meyvə qurutma imkanı olan mükəmməl meyvəqurutma sexi və “ANALAR” Qadın İnkişaf və Müəssisə Qrupunun Sədri Ruhəngiz Musayeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO tərəfindən dəstəklənən Gülçülük Təsərrüfatı ilə tanış etdi.

Kənd Təsərrüfatı Nazirliyinin rayonlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regional nümayəndələri və Rayon İcra Hakimiyyətlərinin yüksək səlahiyyətli əməkdaşları öz rayonları ərazisində Özbəkistan qadın fermerlərinin mübadilə görüşləruinin təşkilində Azərbaycan Kənd Qadınları Assosiasiyasına dəstək verdi.

Azərbaycan Kənd Qadınları Assosiasiyasının Sədri Gülbəniz Qənbərova: “Özbəkistan İş Qadınları Assosiasiyası ilə əməkdaşlığımız 2018-ci ildən bəri davam edir. Bizim Beynəlxalq tərəfdaşımız olan bu assosiasiya artıq ikinci dəfədir ki, ölkəmizə mübadilə görüşünə gəlir. Özbəkistanın qadın fermerləri bizim Qadın Kooperativləri ilə görüş zamanı həm də öz ölkələrində kənd təsərrüfatı sahəsində əldə etdikləri təcrübələri bölüşdülər. Görüşlər hər iki tərəf üçün çox əhəmiyyətli idi.”

 

  

Son xəbərlər

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Güney Azərbaycan haqqında kitabın təqdimatı keçirildi

27 Sentyabr – Anım Gününün tarixi və milli irsi

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Bütün xəbərlər