BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev: “Tacikistan bizə yaxın ölkədir və sabitlik hökm sürən ölkədir”

Azərbaycan təbii ehtiyatlarının zənginliyi baxımdan istər regionda, isərsə də qlobal aləmdə seçilir. Məhz buna görə də bir çox ölkələr Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Bu baxımdan Mərkəzi Asiya ölkəsi olan Tacikistan da Azərbaycanla əməkdaşlığı gücləndirmək, mövcud imkanlardan yararlanmaq üçün təkliflərlə çıxış edir. Prezident İlham Əliyevin aprelin 5-də Tacikistan Respublikasına dövlət səfəri zamanı qarşılıqlı əlaqələrin vəziyyəti və perspektivləri, habelə beynəlxalq və regional məsələlər müzakirə edilib. Prezident İlham Əliyev Tacikistanda mətbuata bəyanatına bildirib ki, bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir: “Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı”.

 Artıq Azərbaycan Cənubi Qafqazda lider ölkə olaraq qəbul edilir. Bir sıra layihələrdə Azərbaycan açar rolunu oynayır. Bu baxımdan Azərbaycanın qonşu Mərkəzi Asiyada, eləcə də Tacikistanda fəallaşması üçün geniş imkanlar var. İki ölkə arasında müxtəlif sahələr üzrə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın qurulması üçün intensiv addımlar atmaq mümkündür. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur: “Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Ona görə ki, Tacikistan bizə yaxın ölkədir və sabitlik hökm sürən ölkədir”. Bu gün mütəxəssislərin fikrincə, karbohidrogenlərdən təmiz “yaşıl enerji”yə keçid dövründə Azərbaycanın Tacikistanda su elektrik stansiyalarının tikintisinə yatırdığı investisiyalar hər iki tərəfin maraqlarına cavab verir. Həmçinin Azərbaycanın qlobal karbohidrogen bazarının aparıcı iştirakçılarından biri kimi həm Tacikistanda, həm də bütün Mərkəzi Asiyada su və enerji sektorlarının inkişafında mühüm rol oynaya biləcəyi qeyd olunur. Tacikistan maraqlıdır ki, elektrik enerjisinin Azərbaycan vasitəsilə avropalı alıcılara çatdırsın. Bununla yanaşı, Tacikistan Azərbaycanın neft emalı sektoruna aid təcrübəsindən də yarlmaq istəyir.

 Bu gün Azərbaycanla Tacikistanın humanitar sahədə də əməkdaşlığının çox böyük perspektivi var. Bu mövzuya Prezident İlham Əliyev toxunaraq mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməlinin mövcud olduğunu vurğulayıb: “Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır”. Belə olan halda hər iki ölkənin keçmiş poeziya dostluğunu da bu gün inkişaf etdirib möhkəmləndirmək faydalıdır. Eyni zamanda keçmiş dahi mütəfəkkirlərimizin yaradıcılıq tarixinin öyrənilməsi humanitar əməkdaşlığı daha da gücləndirər. Qardaş ölkələrimizin alimləri arasında əməkdaşlıq üçün Böyük İpək yolunun tədqiqi də perspektivli sahədir.

Xatırladaq ki, Prezident İlham Əliyevin Tacikistana səfəri çərçivəsində dövlətlər arasında 14 sənəd imzalanıb. Prezident İlham Əliyevin aprelin 6-da başa çatan bu səfəri iki ölkə arasında çox yaxşı gələcəyin olacağından xəbər verir. Bu səfər istər beynəlxalq məkanlarda, istərsə də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq üçün imkanlar yaradacaq. Çünki səfərin uğurlu nəticəsi olaraq Azərbaycanla Tacikistanın birgə fəaliyyətinin sonrakı proqramı müəyyən ediləcək.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

Son xəbərlər

Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında Azərbaycan da iştirak edib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

Bütün xəbərlər