BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Mayın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

İclası açan komitənin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə bir məsələ - “Kosmik fəaliyyət haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi  daxil edilib.

Kosmik sahənin tarixindən söz açan komitə sədri müasir dünyada kosmik tədqiqatların və fəaliyyətin dövlətlərin iqtisadi inkişafında mühüm rol oynamasından bəhs edib. O, bildirib ki, kosmik fəaliyyət iqtisadi fəaliyyətin prioritet sahələrindən birinə çevrilib. Komitə sədri bu gün kosmik tədqiqatların və texnologiyaların  bəşəriyyətin bir sıra problemlərinin həllində, ətraf mühitin öyrənilməsində, xammal və enerji ehtiyatlarının axtarışında, informasiya texnologiyalarının təkmilləşdirilməsində, milli təhlükəsizliyin təminatında getdikcə artan rolundan danışıb.

Azərbaycanda kosmik fəaliyyətin tarixinə nəzər salan komitə sədri ölkəmizdə onun əsasının hələ 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb. Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərliyi dövründə kosmik fəaliyyətin iqtisadiyyata inteqrasiya olunması mərhələsinin başladığını deyən Tahir Mirkişili bu istiqamətdə beynəlxalq tədbirlərin keçirilməsindən, alim və mütəxəssislərin yetişdirilməsindən, texnologiyaların tətbiqi və elmi-kosmik cihazqayırma sahəsində əldə edilmiş  nailiyyətlərdən danışıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2009-cu ildə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" qəbul etməsi ilə ölkəmizdə kosmik texnologiyaların mənimsənilməsi tarixində yeni səhifənin açıldığını diqqətə çatdıran  komitə sədri 2013-cü ildən öz süni peyklərini Yerin orbitinə çıxaran ölkəmizin kosmik texnologiyalardan istifadədə əldə etdiyi nailiyyətlərdən söz açıb. O, vurğulayıb ki, sürətli iqtisadi inkişafı, milli təhlükəsizliyi, ümumiyyətlə, müasir həyatı kosmik fəaliyyətsiz təsəvvür etmək mümkün deyil.

Sonra məsələ ilə bağlı çıxış edən Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov ölkəmizdə müasir kosmik sənayenin tarixi, yaradılan infrastruktur, onun komponentləri barədə məlumat verib. Azərbaycanın orbitdəki peykləri, onların göstərdikləri xidmətlər barədə danışan “Azərkosmos”un sədri kosmik fəaliyyətin kommersiya rentabelliyindən bəhs edib. O, bildirib ki, peyklər Azərbaycan iqtisadiyyatının inkişafına, müdafiə və milli təhlükəsizliyin artırılmasına, işğaldan azad edilmiş ərazilərin monitorinqi, bərpası və digər genişmiqyaslı layihələrin həyata keçirilməsinə mühüm töhfələr verir. “Kosmik fəaliyyət haqqında” qanun layihəsinin qəbulu ilə milli kosmik qanunvericiliyin formalaşacağını deyən Saməddin Əsədov layihənin məqsədi, kosmik fəaliyyətin prinsipləri  barədə məlumat verib.

Sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Elmin Məmmədov qanun layihəsinin əsas parametrləri barədə məlumat verib. Bildirib ki,  6 fəsil 24 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik fəzada milli fəaliyyətin həyata keçirilməsi və kosmik sənayedə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.

Elmin Məmmədov layihədə təsbit olunan kosmik fəaliyyətin dövlət tənzimlənməsi, kosmik obyektlərin dövlət qeydiyyatı, kosmik fəaliyyətin iqtisadi xüsusiyyətləri, təhlükəsizliyinin təmin edilməsi kimi məsələləri şərh edib.

Qanun layihəsinin müzakirəsində komitə üzvləri Vahid Əhmədov, Aydın Hüseynov, Məzahir Əfəndiyev çıxış edərək sənədlə bağlı fikirlərini bildiriblər, onun aktuallığını və əhəmiyyətini vurğulayıblar.

Müzakirələrin sonunda “Kosmik fəaliyyət haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Elnur Allahverdiyev, Rüfət Quliyev, İqbal Məmmədov, Məşhur Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

 


“Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi hazırlanıb

“Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi hazırlanıb

“Kosmik fəaliyyət haqqında” yeni qanun layihəsi hazırlanıb

 

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər