Dünya
15.05.2023 / 15:52
İmran Xanın həyat yoldaşı da sərbəst buraxıldı
Pakistanın Lahor şəhərinin məhkəməsi ölkənin keçmiş Baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibini də azadlığa buraxıb.
"Xeber 7" “Reuters” agentliyinə istinadən xəbər verir ki, Büşra Bibi girov müqabilində mayın 23-nə qədər sərbəst buraxılıb.