BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Sözün içində yaşayan adam…

Bu gün sizə uşaqlıq məsumiyyətini hələ də üzündə yaşadan, duyğusal, vətənpərvər və milli irsin yaşamasına xidmət edən bir insandan danşacağam.

80-cı illərin əvvəllərində, sakit Bakının küçələrinin birində bir övlad dünyaya gəlir. Ana laylasının həzin melodiyasında böyüyən Sadiq Nəsirov özü də bilmirdi ki, gün gələcək bu layla səsi onu mədəniyyətin sadiq qulluqçusuna çevirəcək. Soyuna, kökünə və millliyətinə bağlılığı onu səhnələrə və poeziyaya götürəcək.

Sadiq Nəsirov 1982-ci ildə Bakı şəhərində anadan olub. Məktəb illərindən mədəniyyətə meyli onun həyatında böyük rol oynayır. Onun yaşamı dərin mənəvi dəyərlər üzərində qurulmuş bir həyat yoluna çevrilir. Mahatma Qandi deyir ki, bir millətin mədəniyyəti onun insanlarının qəlbində və ruhunda yaşayır. Sadiq Nəsirov da böyüdükcə anlayırdı ki, mədəniyyət-xalqın keçmişi, bu günü və gələcəyi arasında qurulan canlı bir körpüdür. Ona görə o, da bu körpünün yolçusu olaraq yola çıxır.

Ümumiyyətlə, həssas insanları araşdırdıqda onların daha çox ədəbiyyata meyilli olduqlarının şahidi olursan. Bu cür insanlar hər şeyin dürüst olmasını istər, bundan kənar bir şey olduqda isə tez inciyər, özlərinə qapılırlar. Sadə, səmimi, dürüstlüyü sevən Sadiq Nəsirov da həyat fəaliyyətini maarifçilik, insanları düşündürmək və cəmiyyətə fayda vermək üzərində qurur, təhsilə böyük önəm verir. Fəlsəfəni dərindən öyrənən gənc Sadiq Nelson Mandelanin -“Təhsil dünyanı dəyişmək üçün istifadə edə biləcəyiniz ən güclü silahdır” ifadəsini həyat prioritetinə çevirir. Və o bu yolun yolşusuna çevrilir. Sadiq Nəsirov vətəndaş təəssübkeşliyi ilə Vətənə layiqli övlad olmağa çalışır. O, inanırdı ki, mədəniyyət insanları bir araya gətirən ən güclü vasitələrdən biridir. Viktor Huqonun dediyi kimi insanları birləşdirən ən böyük qüvvənin fikir olduğunu gənclərə aşılayır, cəmiyyətdə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəmir. Bu gün də onun fəaliyyəti məhz bu birləşdirici gücü gücləndirməyə xidmət edir. Onun üçün yaradıcılıq həm də yenilik, cəmiyyətə yeni nəfəs gətirmək deməkdir.

Artıq gənc yaşlarından incəsənətə böyük maraq göstərən Sadiq Nəsirov 2001-ci ildən etibarən bu sahədə aktiv fəaliyyətə başlayır. Yaradıcılıq y

olunda qazandığı təcrübə onu həm səhnədə, həm də media mühitində tanınan simalardan birinə çevirir. Onun bas, bariton, tenoru birləşdirən səs diapazonu, qaməti və gözəl çöhrəsi rejissorların diqqətindən yayınmır. Və o, Azərbaycanda bir sıra teleseriallarda əsas qəhrəman və baş rollarının ifaçısına çevrilir. Uzun illər ərzində aktyorluq və səhnə sənətinə töhfə verən Sadiq Nəsirov 2007–2017-ci illərdə “Nasiroff Company” Aktyorluq Tədris Mərkəzinin rəhbəri kimi fəaliyyətini genişləndirir, çoxsaylı gənc aktyorların yetişməsində mühüm rol oynayır. Coşğun və çılğın ruhlu gənc 2019–2022-ci illərdə fəaliyyətini beynəlxalq müstəviyə daşıyaraq Türkiyənin İstanbul şəhərində “DramOyun Academy Ajans”, eyni zamanda Azərbaycanda “Dramaturq” Aktyorluq Tədris Mərkəzinin təsisçisi və məşqçi-rejissoru kimi fəaliyyət göstərir. Bütün bunların fonunda yenə də yaradıcılıq axtarışında olan gənc özünü informasiya cəbhəsində də sınayır. 2007-ci ildə Azərbaycan Nəşriyyatında fəaliyyətə başlayan Sadiq Nəsirov burada xüsusi müxbir kimi çalışmış, daha sonra qəzetin məsul katibi vəzifəsinə yüksəlmişdir. Media sahəsində qazandığı təcrübəni daha da genişləndirərək 2010-cu ildə “Ofis” qəzetini təsis edir. 2024-cü ildən etibarən isə www.mebelfabrika.az platformasının qurucusu və rəhbəri kimi fəaliyyətini davam etdirir.

Hal-hazırda Sadiq Nəsirov bədii qiraətçi, səs aktyoru, rejissor və aktyor kimi fəaliyyətini uğurla davam etdirir.

Sadiq Nəsirov haqqında danışanda mən sadəcə çılğınlığını boğan səssiz bir ruhla üz-üzə dururam. Onun şeirlərində, qiraətində, sözlərində elə bir ağırlıq var ki, bəzən bir cümlə belə insanın içində uzun müddət səssizcə yaşayır. Mənim üçün o, yazan adamdan çox, hiss etdirən adamdır. Onu oxuduqca anlamaq olur ki, bəzən sözlər yazılmır, rəsm əsəri kimi çəkilir. Sanki ürəyin içindən qoparılıb kağıza köçürülür. Sadiq Nəsirovun yazılarında da, diksiyasında da məhz bu var: saxta pafos yox, bəzəkli cümlələr yox, amma dərin bir səmimiyyət var. Elə bir səmimiyyət ki, adamı düşündürür, hətta bəzən özündən utanmağa vadar edir.

Bu gün biz çox danışırıq, amma az hiss edirik. Çox yazırıq, amma az yaşayırıq. Onun publisistikası isə bunun əksidir. Az sözlə çox şey demək bacarığı. Məncə, elə buna görə də oxucu, dinləyici onun yazılarında, şeirlərində özünü tapır. Çünki o, başqasından yox, elə bizim içimizdən danışır. Bəzən düşünürəm ki, niyə belə yazılar azdır? Niyə hər kəs bu qədər səthi, bu qədər tələsikdir? Cavab bəlkə də sadədir: hər kəs hiss etməyə cəsarət etmir. Çünki hiss etmək ağrıdır. Sadiq Nəsirov isə o ağrını gizlətmir, əksinə, onu sözə çevirir. Mən onu oxuyanda bir şeyi daha yaxşı anlayıram. Qiraət, yazı sadəcə fikir bildirmək deyil, insanın iç dünyasını açmaqdır. Və bunu isə Sadiq Nəsirov kimi peşəkar, duyğulu, həssas insanlar bacarır. Bu cür insanlar isə unudulmurlar. Müsahib olduqları hər bir insanın yaddaşında iz buraxırlar. Danışığı, qiraəti, yazısı ilə insanın daxili aləminə səyahət edirlər. Çünki onlar yazmır, hiss etdirir və yaşadırlar.

Dahilər incəsənət insanını sadəcə yaradan yox, həm də hiss edən, dünyanı fərqli görən bir varlıq kimi təsvir ediblər. Mən Sadiq Nəsirovu həyatını maraqla oxuduğum məşhur hind yazarı, filosof, şair, musiqiçi və rəssam, ədəbiyyat üzrə ilk Nobel mükafatını qazanan Rabindranat Taqora bənzədirəm. İkisi də eyni ruhludur. R. Taqor deyir ki, sənət insanın daxilindəki sonsuzluğun səsidir. Sadiq Nəsirov da bu sonsuzluğun səsində gözəl aorası ilə cəmiyyətə yararlı olmağa çalışır. Gənclərə örnək olmağa, onları peşəkarlığa alışdırmağa, bütün çirkinliklər içində bir gözəllik yaratmağa çalışır.

Bir də mən Sadiq Nəsirovu xarakterinə görə nilufər gülünə bənzədirəm. Deyirlər, dünyanın ən gözəl çiçəyi nilufərdir. Təmizliyin, saflığın, sakitliyin, harmoniyanın və bir də hər gün yenilənməyin simvoludur. O, bataqlıqda bitməsinə baxmayaraq hər zaman təmiz, ləkəsiz qalır. Palçıqlı suda açaraq xəfif titrəyişi ilə sakitliyin simfoniyasını yazır. Hər gün yumulub, təzədən açılır və həyata yenidən başlayır. Ona görə də şərq mədəniyyətində bu gül ruhun aşınması və mənəvi yüksəlişi ifadə edərək müqəddəs sayılır. Sadiq Nəsirov kimi insanlar da belədirlər. Çirkinləşməyə meyilli cəmiyyətin içində insana ümid verir, ruhun təmizliyini ehtiva edərək örnək olmağa çalışır, çıxışları ilə insanı təmiz, müqəddəs bir dünyaya götürürlər.

Bəli, gec tanıyıb, tez oxuduğum kitabdı Sadiq Nəsirov. O, hər gün sosial şəbəkələrdə canlı yayımda bədii qiraəti ilə insanların ruhunu oxşayır, ədəbiyyatın gözəlliklərini, sözün meyarını, kəlmələrin abidəsini ucaldaraq qəlblərdə öz taxtını qurur.

Bu dəfəki bu kiçik yazımla sizə incəsənətin müxtəlif istiqamətlərində öz sözünü demiş, yaradıcılığı ilə seçilən və daim inkişaf edən sənət adamı Sadiq Nəsirovun dünyasını kəşf etməyə çıxdım. Bu gün də onun fəaliyyəti həm sənət, həm də media sahəsində özünəməxsus iz buraxmaqdadır.

O, həm gözəl vətəndaş, həm gözəl ata, həm də gözəl dostdur!

Gözəl dostumuza bol-bol uğurlar arzusuyla….

Şərafət Şəfa

Son xəbərlər

ADU-da professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Şərafət Şəfa: "Gec tapıb tez oxuduğum kitab – Sadiq Nəsirov”

"Qəhrəmanlıq salnaməsi”: Aprel döyüşlərinin10 illik yubileyi

Beynəlxalq Forum Bəyannamə qəbulu ilə işini başa vurdu

"FHN İdman Sağlamlıq mərkəzi" karate klubunun yetirməsi “Grand Prix”in birincisi olub

Azərbaycanda sağlamlıq turizminin inkişafı istiqamətində mühüm addım

Uşaq yazıçısı Solmaz Amanovanın yubileyi qeyd olundu

Beynəlxalq Forum çərçivəsində müxtəlif panel müzakirələri təşkil olundu

YAP Səbail rayon təşkilatının ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib -FOTOLAR

Səbaildə “Qərbi Azərbaycanın Memarlıq İrsi” mövzusunda tədbir keçirilib

Kitablar səltənətinin incisi: “Pərvanə” romanı

“Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” Beynəlxalq Forumu öz işinə başladı

Dövlətimizin başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək

Yazıçı-publisist Zöhrə Əsgərovanın 75 illik yubileyi qeyd olundu

Masallıda iki qardaşın qəhrəmanlıq dastanı: “Şəhid Qardaşları” ev muzeyinin açılışı olub

Lefke Avropa Universiteti AİEF 2026 sərgisində Bakı nümayəndəliyi ilə təmsil olundu

Avropa çempionu Nicat Hüseynovdan tarixiqələbə

Hava limanlarında sərhəd nəzarətinin rəqəmsallaşdırılması: təhlükəsizlik və sərnişin mobilliyi arasında balans

Özbəkistanda Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” kitabının təqdimatı keçirilib

Gələcək nəsillərə ötürüləcək irsi təhlükə altına qoyan vandalizm

Azərbaycan nümayəndə heyəti Özəl Imperial Xəstəxanasını ziyarət ediblər

İzləyicilərə Xalq yazıçısının növbəti hekayəsi təqdim olundu

Beynəlxalq Mədəni İrs Ustad Məktəbindətematik qruplar üzrə ustad dərsləri davam edir

Polşada oxuyan tələbələrə Zərifə Əliyeva adına təqaüd veriləcək

Azərbaycanın sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən nümayəndə heyəti Türkiyədə səfərdədir

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsi aldı

"Məni dinləyin..." adlı monotamaşa nümayiş olunub

Kitablar səltənətinin inciləri: Məmməd Araz

Aprel döyüşləri:Yeni reallıqların başlanğıcı və tarixi dönüş nöqtəsi

31 Mart-Azərbaycan xalqının tarixi yaddaş günü

Bütün xəbərlər