BAKU Azərbaycan
4.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avstraliyanın Yeni Cənubi Uels (NSW) ştatının Multikulturalizm Məsələləri üzrə Nazirliyi erməni kinofestivalında nümayiş etdirilən filmlərin mövzusu ilə bağlı Azərbaycan icmasının məktubunu cavablandırıb.

Nazirliyin baş icraçı direktoru Cozef La Postanın adından Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Sidneydəki əlaqələndiricisi Mikayıl Oytaya ünvanlanan məktubda bildirilib ki, Azərbaycan icmasının ştatdakı mədəni müxtəlifliyə töhfələri yüksək qiymətləndirilir: “Şübhəsiz, Yeni Cənubi Uelsdə yaşayan Azərbaycan icmasının bu ştatın dünyada ən dinc və harmoniyalı multikultural cəmiyyətlərindən birinə çevrilməsində öz töhfələri var”.

Baş icraçı direktor qeyd edib ki, Qarabağ münaqişəsinin narahatedici və mürəkkəb məsələ olduğunu anlayır və bu məqamın ştatdakı icmalararası münasibətlərə mənfi təsirinin qarşısını almağa çalışılır: “Multikultural NSW nifrət və fikir ayrılığının təsiretmə probleminə çox ciddi yanaşır və biz sizin qaldırdığınız məsələlər üzrə konstruktiv dialoq təklifinizi alqışlayırıq”.

Nəzərə çatdırılıb ki, nazirlik bu məsələlərin ətraflı müzakirəsi və görüş təyin edilməsi məqsədilə yaxın həftələrdə Mikayıl Oyta ilə əlaqə saxlayacaq.

Qeyd edək ki, Mikayıl Oyta 2023-cü ilin sentyabrında Yeni Cənubi Uels və Viktoriya ştatlarında təşkil edilmiş erməni kinofestivalında multikulturalizm dəyərləri ilə bir araya sığmayan, separatçılıq, nifrət, irqçilik, ərazi iddiaları kimi elementlərin daxil olduğu filmlərin nümayişi ilə bağlı narahatlığını multikulturalizm məsələləri üzrə nazir Kolin Bruksa ünvanladığı məktubda ətraflı ifadə edib. Azərbaycanın ayrılmaz parçası olan Qarabağın 30 il ərzində Ermənistan tərəfindən vəhşicəsinə işğala, dinc azərbaycanlıların hərbi cinayətlərə məruz qaldığı, Qarabağ məsələsinin Azərbaycan icması üçün həssas və ağrılı mövzu olduğu vurğulanıb. Bildirilib ki, bu yolverilməz hal millətlər, icmalar, dəyərlər və dinlər arasında münaqişənin başlanması üçün əsas ola, beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yarada, Avstraliya cəmiyyətində disharmoniyaya gətirib çıxara bilər.

Assosiasiya rəhbəri Avstraliya rəsmilərini icmalararası qarşılıqlı dialoqun, belə festivalların narrativlərə yol vermədən, mədəni mübadilə prinsiplərinə əsasən keçirilməsinin təmin olunmasına çağırıb.

image-20231009104523_16 image-20231009104840_17

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər