BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüsü ilə şairə Nigar Həsənzadənin müəllifi olduğu “İgidlərin Sözü” layihəsi çərçivəsində Böyük Qələbənin üçüncü ildönümünə həsr olunmuş “Qayıdışın mübarək” adlı musiqili gecə keçirilib. Gecə iştirakçıları Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xəzərnews.az xəbər verir ki, gecədə çıxış edən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibi, Ukrayna Ali Radası sədrinin müşaviri, hüquq elmləri doktoru Hikmət Cavadov qeyd edib ki, üç il bundan əvvəl 44 gün davam edən Vətən Müharibəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın qəhrəman oğullarının yüksək döyüş hazırlığı nəticəsində zəfərlə başa çadıb: “Şəhidlərimiz və qazilərimiz bütün Azərbaycanın, eyni zamanda ölkəmizdən kənarda yaşayan soydaşlarımızın başını uca etdilər. Biz Sizə təşəkkür edirik”.



Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimizin xalqımızın milli qürurunu, qələbə ruhunu özünə qaytardığını bildirib. Əlavə edib ki, bu kimi tədbirləri təşkil etməkdə məqsəd onların qəhrəmanlıqlarının hər zaman xatırlanması üçündür: “Şəhidlərimiz və qazilərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Sizə minnətdarıq”.

Gecədə sözləri şair Arif Abdullazadəyə, musiqisi isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus “Şəhidlər andı” mahnısı ilk dəfə səslənib.



2022-ci il Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Həzrət Əzizli isə gözəl müsiqi nömrəsi ilə çıxış edib.

“İgidlərin sözü” layhəsinin qəhrəman şairləri - 44 günlük Vətən müharibəsindəki qələbənin memarları, qazilərimiz - Oguz Alparslan, Miri Abdullayev, Vusal Hətəmov, Eyvaz Əyyub, Emin Piri, Tamerlan Əsədov, Elvin İntiqam, Nicat Ağayev, Kərəm Aydın, Həsən Kür, Cavid Qasımov və Səbuhi Qurbanov tamaşaçılar qarşısında öz şeirlərini səsləndiriblər.



Qazi Məbud Əhmədov, Qazi Fərid Atazadə və Qazi İdris Huseynov musiqi nömrələri ilə çıxış ediblər.

Respublikanın Əməkdar artistı Lalə Məmmədova sözləri şairə Nigar Həsənzadəyə (tərcümə: şair Salam Sarvan, aranjiman Mahir Ordubadi) musiqisi isə Xanım İsmayılqızına məxsus “Qayıdışın mübarək” adlı mahnını ifa edib. Qeyd edək ki, bu mahnı ilk dəfə ifa olunub.



Sonda səhnəyə çıxan “Söz” və “İqidlərin sözü” layihələrinin müəllifi, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Mədəniyyət, Təhsil və Humanitar Komitəsinin sədri, şairə Nigar Həsənzadə gecədə iştirak edən hər kəsə, xüsusən də şəhid və qazi analarına təşəkkürünü bildirib.

Xatırladaq ki, musiqli gecədən əvvəl Muğam Mərkəzinin foyesində “Accent Group”un dəstəyi ilə Azərbaycan Dövlət Televiziyasının "Döyüşən rəssamlar" (ideya müəllifi Rövşən Niat, rəssamlar Tərlan Eyvazov, İntiqam Ağayev, heykəltaraş-rəssamlar Cavid Rəhmətov, Fərid Məmmədov) layihəsi çərçivəsində Qazi rəssamların əsərləri nümayiş etdirilib.





















Son xəbərlər

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Bütün xəbərlər