BAKU Azərbaycan
5.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Polşada yaşayan azərbaycanlıların birliyi və mədəniyyətinin təşviqi məqsədilə, Polşa Azərbaycanlıları Şurası (PAŞ) yeni bir addım ataraq Media Departamentini təsis etdi. Bu yeni departamentin yaradılmasında məqsəd, azərbaycanlı icmasının Polşadakı fəaliyyətlərini, mədəniyyətini və dəyərlərini daha geniş kütlələrə tanıtmaq, həmçinin Azərbaycanla Polşa arasında əlaqələri gücləndirməkdir. Bu haqda saytımıza Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli məlumat verib.

Media Departamentinin rəhbəri seçilən Fidan Həsənzadə Philip Morris International şirkətinin İnsan Resursları (HR) departamentində mütəxəssis olaraq fəaliyyət göstərir, eyni zamanda Instagram sosial şəbəkəsində geniş kütləyə xitab edərək xaricdə təhsil, karyera mövzuları üzərində gənclərə fayda verir. O, həmçinin Polşada yaratmış olduğu “Tələbə Qızlar İcması” qrupu ilə 200 nəfərdən çox xanımın birliyinə səbəb olaraq müxtəlif layihələr həyata keçirir. Fidan xanım Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun İşçi Qrupunun katibi olaraq da fəaliyyət göstərir.

Media Departamentin idarə heyətinə  isə Mirsəid Mirzəzadə və Ərfan Möhsünov seçilmişdir.

Mirsəid Mirzəzadə - “Instagram” sosial şəbəkəsində geniş izləyici kütləsinə sahib olan  Trilogy News səhifəsi ilə  kontentlər yaradır və eyni zamanda “Bakcell”, “Samsung”, “Pasha Malls” kimi şirkətlərlə  korperativ əməkdaşlıqlar həyata keçirir.

Ərfan Möhsünov - Azərbaycanda və Polşada müxtəlif tanınmış brendlərin, dövlət tədbirlərinin videoçəkiliş proseslərini və sosial medya platformalarının peşəkar idarəsini uğurla ərsəyə gətirir. Hazırda Polşanın Varşava şəhərində də bu fəaliyyətini icra edir.

Media Departamentinin təsis edilməsi, Azərbaycan icmasının Polşada daha görünür olmasını və müasir dövrün tələblərinə uyğun olaraq informasiya sahəsində daha fəal rol oynamasını təmin edəcək.  Bu təşəbbüsün, yalnız yerli icma ilə məhdudlaşmayacağı, həm də Polşadakı geniş cəmiyyətin müxtəlif sahələrində qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edəcəyi vurğulanıb.

Son xəbərlər

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Bütün xəbərlər