BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dekabrın 14-də Moskva şəhərində Rusiya azərbaycanlıları ictimai birliklərinin II Forumu keçirilib. Forumda 70-dən çox iştirakçı, o cümlədən Rusiya Federasiyasının 40 regionundan olan milli-mədəni muxtariyyətlərin və ictimai birliklərin rəhbərləri iştirak ediblər.

Tədbirin təşkilatçıları “İnkişaf” Azərbaycanlılarının Regionlararası Alyansı (MAAR) və “Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” (“AzerRoss”) İctimai Təşkilat olub.

Tədbirdə təbrik n

itqi ilə çıxış edənlər arasında MAAR-ın sədri, “AzerRoss”ın I vitse-prezidenti Ramil Əliyev, “AzerRoss”ın prezidenti Xanoğlan Əliyev və Federal Şuranın sədri, Prezidentin Millətlərarası Münasibətlər Şurasının üzvü, Rusiya Xalqları Evinin direktorunun müşaviri Mehriban Sədiqova da yer alıb.

Tatarıstandan olan nümayəndələr Forum iştirakçılarına və hörmətli qonaqlara Leninqorod rayonunun Administrasiyasından, Tatarıstan Xalqlar Assambleyasından və Tatarıstan Veteranlar İttifaqından təbrik sözlərini çatdırıblar.

Forumu çərçivəsində “Rusiya azərbaycanlılarının ən yaxşı ictimai təşkilatı — 2024” nominasiyasına uyğun olaraq, uğurlu və fəal ictimai fəaliyyətinə görə xüsusi hazırlanmış Rusiyanın şəhərlərini əks etdirən heykəllərlə təltifetmə mərasimi keçirilib. Eyni zamanda, hədiyyə olaraq səyahət çantaları və sənədlər üçün dəri portfellər təqdim edilib.

Mükafatlandırılanlar arasında Tatarıstan Respublikasının Leninqorod şəhəri və Leninqorod rayonu Azərbaycan Milli-Mədəni Muxtariyyəti “Birlik” də yer alıb.

Mükafatlar həmçinin “AzerRoss”ın, MAAR-ın, Moskva şəhərinin milli-mədəni muxtariyyətlərinin və ictimai birliklərinin rəhbərlərinə, “Şahriyar” Ədəbiyyat və Mədəniyyət Cəmiyyətinə, Astanada, Kalujda, Kurskda, Nijni Novqorodda, Orenburqda, Udmurtdə, Taqanroqda, Maqadanda, Kamçatka və Zabaykalı bölgələrindəki rəhbərlərə təqdim edilib.

 

3410

Son xəbərlər

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Novruz bayramı dünya mədəni irsinin qiymətli nümunələri sırasında yer alır

Uşaqlara “Göy Qurşağı” jurnalının növbəti nömrəsi təqdim olundu

Moskvada Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib

Azərbaycan-Avropa İttifaqi əməkdaşlığı

Yeni dövrdə sülh və sabitlik

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

Xarici və milli QHT-lər Bakıda mədəniyyət vasitəsilə davamlı sülh təşəbbüsləri üçün toplaşacaq

ATMU-da turizm sahəsində karyera planlamasına həsr olunmuş görüş keçirilib -FOTOLAR

Azərbaycan qlobal tədbirlər mərkəzidir

Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Ramazan ayı münasibətilə iftar tədbiri keçirildi

Şou proqramlarıüçün qaydalar müsbət addım kimi qiymətləndirilir

Kitablar səltənətinin inciləri: “Dumanlı Təbriz”

Bakıda qadın sahibkarlığının inkişafı və beynəlxalq biznes əməkdaşlığı müzakirə olunub

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

"Naxçıvana bombalar düşürdü"

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

“Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək iqtidarındadır”

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Bütün xəbərlər