BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xəbər verildiyi kimi, Eko Aləm ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2025-ci il tarixindən “Səhralaşma ilə mübarizə” layihəsinin icra edir. Layihə çərçivəsində görülən işlər barədə  Eko Aləm İctimai Birliyinin sədri Sevil Yüzbaşeva saytımıza məlumat verib: “Səhralaşmanın yaranmasının əsas səbəbi antropogen faktor və iqlim dəyişkənliyidir. Səhralaşma ilə mübarizənin ən təsirli üsullarından biri fitomeliorasiyadır. Bu üsulun tətbiqi  bir tərəfdən səhralaşmanın genişlənməsini dayandırmağa, digər tərəfdən isə deqradasiyaya uğramış torpaq sahəsinin azalmasına səbəb ola bilər. Fitomeliorasiya, bitki qruplarından istifadə edərək, ətraf mühitin yaxşılaşdırılması, torpaqların, su mənbələrinin və havanın təmizlənməsi məqsədi daşıyan tədbirlər kompleksidir. Bu, həmçinin meşə zolaqlarının salınması, ot örtüyünün yaradılması və s. kimi tədbirləri də əhatə edir.

Səhralaşma isə torpağın və bitki örtüyünün deqradasiyası, onların bioloji və iqtisadi məhsuldarlığının azalması və ya tamamilə itirilməsi deməkdir. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir. İl ərzində isə bu rəqəm 6 milyon hektara çatır. Planetimizdə 3,6 milyard hektar sahə səhralaşmaya məruz qalmışdır.

Dayanıqlı torpaq idarəçiliyi təcrübələrinin tətbiqi, meşələrin bərpası və meşəsalma təşəbbüslərinin artırılması, effektiv su mühafizəsi, idarəetmə strategiyalarının həyata keçirilməsi torpağın deqradasiyasının qarşısını ala bilər. Səhralaşma ilə mübarizə aparılmasında ən vacib və əhəmiyyətli üsul yaşıllıq ərazilərin artırılmasıdır.  Meşələrin, su və torpaq qoruyucu funksiyalarını və iqlimin formalaşmasına təsirini nəzərə alsaq, bu potensialın qorunması və səmərəli istifadəsi üçün meşə ehtiyatlarının bərpa edilməsi və genişləndirilməsi, yeni meşə zolaqlarının salınmasının əhəmiyyəti böyükdür.

Bütün dünyada olduğu kimi Azərbaycanda da qlobal ekoloji problemlərdən biri torpaqların deqradasiya problemidir. Buna torpaqların eroziyası, şoranlaşma və son nəticə olaraq səhralaşma problemi daxildir. ETSN-yi illərdir ki, ölkəmizdə səhralaşmanın qarşısını almaq üçün yaşıllaşdırma işləri aparır.

Layihə işində məqsədimiz magistral asfalt yolkənarı yaşıllaşdırma işlərinin bu günki vəziyyətini araşdırmaq, vizual ictimai monitorinqlər həyata keçirtməkdir. Monitorinqlərin nəticəsini ictimaiyyətin diqqətinə çatdırmaqla insanları marifləndirmək və yaşıllıqların qorunması işinə cəlb etməklə, qlobal ekoloji problemlərdən olam səhralaşma ilə mübarizəyə  diqqəti artırmaqdır”.

 Ələt-Hacıqabul mağistral asfalt yol kənarının yaşıllaşdırılması

Sevil Yüzbaşeva deyib ki, layihə işi cədvəlinə uyğun olaraq Eko Aləm ictimai birliyi ilk olaraq Hacıqabul rayonu mağistral asfalt yolu kənarının yaşıllaşdırılması tədbirlərini, ikinci tədbirini isə Salyan rayonunda 4 saylı Yaşıllaşdırma İdarəsində  ictimai ekoloji monitorinq həyata keçirtmişdir: “Açıq mənbələrdən aldığımız məlumatlara görə AR NK-nin  qərarı ilə 2021-ci ildə ASC-nin 1 saylı Yaşıllaşdırma İdarəsinin mağistral asfalt yolu kənarının yaşıllaşdırmış Hacıqabul hissəsi, Hacıqabul RİH-nə verilib. Həmin ərazilərin bu günki, vəziyyəti təşkilatımız tərəfindən araşdırılıb. Bunun üçün Eko Aləm ib 15 iyul 2025-ci il tarixində Hacıqabul rayonuna səfər edib və ərazidə ictimai ekoloji vizual monitorinq həyata keçirtmişdir. Monitorinq zamanı  məlum olmuşdur ki, Hacıqabul RİH-ti bu işə ciddi yanaşmış, hətda mövcud  yaşıllıqları qorumaq, yeni səpinlərlə inkişaf etdirmək üçün qurum “Yaşıllaşdırma  və Abadlıq İşləri İdarəsi” yaratmışdır. Rayona gəldikdən sonra həmin idarəyə nüraciət etdik. Bizi idarənin müdiri Vüsal Əliyev və İdarənin  baş mütəxəssisi Lazım Kərimov qəbul etdi. Bizi maraqlandıran suallara cavab verməklə yanaşı, görülən işlərlə tanış olmamız üçün bəzi sənədlərin surətini də təqdim etdilər. Sonra ərazilərə baxış və vizual monitorinq də keçirtdik. Gördükərimiz valeh etdi. Həm rayon ərazisində, həm də asfalt yolun kənarlarında hər iki tərəfdəki yaşıllıqları, yoldan keçən hər kəs belə, ərazidə necə ciddi yaşıllaşdırma işlərinin aparıldığını görə bilir.

Vüsal Əliyev qürurla bildirdi ki, Hacıqabul rayonu ərazisindən keçən  Bakı-Qazax mağistral avtomobil yolunun ətrafı 481 ha ərazisi və eləcədə Hacıqabul şəhəri ərazisində çox geniş yaşıllaşdırma aparılmış, iki yerdə həm enliyarpaq ağaclardan, həm də qarışıq ağaclardan ibarət meşə ərazisi salınmışdır. Ərazidəki yaşıllıqlara vaxtında aqrotexniki qulluq edilir, yaşıllıqlar ərazidən aşılı olaraq müxtəlif metodlarla vaxtında suvarılır. Həmin ərazilərə də gedərək, görülən işləri də müşahidə etdik və ərazidə işçilərlə də görüşdük”.

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma İdarəsi

  Sevil Yüzbaşeva bildirib ki, Eko Aləm ib-yi ikinci tədbirini Salyan rayonunun Xıdırlı qəsəbəsində yerləşən ETSN-nin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma İdarəsinin ərazisində həyata keçirtmişdir: “Məqsədimiz 4 saylı  Yaşıllaşdırma İdarəsinin fəalliyyəti ilə tanış olmaq idi. ərazidə bizi İdarənin müdiri və məsul işçiləri qarşıladı. Monitorinqin həyata keçirilməsi üçün rəhbər şəxslərdən icazə aldıqdan sonra bizi əraziyə dəvət etdilər. 4 saylı Yaşıllaşdırma İdarəsinin müdiri Zahir bəy öncə idarə haqqında geniş məlumat verdi sonra birlikdə əraziyə baxış keçirdik. idarənin tinglik sahələrində, sexlərində xüsusi qayğı ilə yetişdirilən müxtəlif cins əkin materiallarını müşahidə etdik. Zahir bəy bildirdi ki, idarənin işçiləri təbiəti qorumaq üçün, şəxsi təşəbbüsləri ilə meşələrə gedərək toxumlar toplayır, ərazidə yetişdirib qulluq edərək ting halına saldıqdan sonra əkmək üçün hazırlayırlar. Məqsədiniz də insanların bu fədakarlıqları barədə məlumatları, görülən işləri  ictimaiyyətin diqqətinə çatdırmaqla ekoloji problemlərin həllinə yardım etmək idi.

Yekun olaraq, monitorinq qrupu tərəfindən həm Hacıqabul rayonu mağistral asfalt yol kənarı yaşıllaşdırılması fəaliyyətləri, həm də 4 saylı Yaşıllaşdırma İdarəsinin fəaliyyəti yüksək qiymətləndirildi”.

      

Son xəbərlər

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Azərbaycanın qlobal sülh, inkişaf və ədalət yolunda yeni siyasi çağırışları

Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI:

Bakıda “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib

27 Sentyabr – Anım Günü: Şəhidlərimizin xatirəsinə ehtiram

Bütün xəbərlər