BAKU Azərbaycan
1.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Rusiyada Azərbaycan icmasının dəstəyi və sifarişi ilə 44 günlük Vətən Müharibəsinin 5 ci ildönümünə həsr olunmuş qısametrajlı sənədli film istehsal olunub.
Planetinfo.az xəbər verir ki, filmin istehsalı, Rusiyada yaşayan rejissor və ssenarist Elnurə Cəbrayılovanın rəhbərliy etdiyi "Xurşidfilm" kino prodakşnın təşəbbüsü ilə həyata keçirilib.

Film, Rusiyada Azərbaycan icmasının fəal üzvü - "Şuşa 44" şirkətinin direktoru İlqar Əhmədovun vətənpərvərliyini vurgulayaraq ərsəyə gətirilib. Filmin ideya müəllifi, rejissor və ssenaristi Elnurə Cəbrayılova, yaradıcı heyəti olduğu "Xurşidfilm"in komandası ilə "Şuşa 44"adlı qısametrajlı filmi uğurla başa çatdırıblar.

Sənədli film 2020- ci ildə Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi yazdığı 44 günlük Vətən Müharibəsinə, şəhid və qazilərimizin xatirəsinə həsr olunub. Filmdə müharibə dövründə yaşanan real hadisələr, həm cəbhədə, həm də arxa cəbhədə xalqımızın birliyi, həmrəylik ruhu əks olunub.
Həmçinin, filmdə 44 günlük Vətən müharibəsinin şəhidləri və Bakıda Qələbənin beşinci ildönümü münasibətilə keçirilən Hərbi paraddan kadrlarda verilib. Bununla yanaşı, filmdə Rusiyada yaşayan azərbaycanlı icma üzvlərinin Vətən Müharibəsi dövründə gördükləri dəstək işləri, informasiya mübarizəsində göstərdikləri fəallıq və milli həmrəylik nümunələri də xüsusi vurğulanır.

Filmin ssenari müəllifi Elnurə Cəbrayılova izləyiciyə bildirib ki, bu film təkcə Vətən Müharibəsinin qəhrəmanlarını yad etmək məqsədi daşımır,həm də gənc nəsildə milli qürur, vətənpərvərlik və birlik hissini gücləndirməyə xidmət edir.
Filmin rejissoru Elnurə C. Qərib yerdə yaşayan Azərbaycanlı olan İlqar Əhmədovun Vətənə necə bağlı olduğunu Ssenaridə qələmə almaqla izləyiciyə hiss etdirməyi bacarıb.

İlqar Əhmədov: "Biz istədik ki, Rusiyada yaşayan azərbaycanlılar, xüsusilə gənclər, Vətən Müharibəsinin tarixini sənədli kadrlar vasitəsilə bir daha dərk etsinlər. Bu film həm yaddaş, həm də gələcək nəsillər üçün bir dərsdir".

Xatırladaq ki, İlqar Əhmədov Qərbi Azərbaycanın Öksüz kəndində doğulub boya-başa çatıb.Burada orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbidən qayıtdıqdan sonra ailəsi ilə Daşkəsən rayonuna köçüblər. Hazırda Moskvada yaşayır. Biznes sahəsində çalışır. Eyni zamanda Azərbaycan icmasının üzvü olaraq tədbirlərin təşkilinində aktiv iştirak edir. İlqar Əhmədov bildirib ki, 30 ildən artıq bir müddət ərzində ağır sınaqlara məruz qalan Qarabağımızın azadlıq yolunda qarşılaşdığı bütün müsibətlərin sonu, Ulu Yaradanın köməyi və ölkə başçımız, Möhtərəm Prezident Cənab İlham Əliyevin göstərdiyi böyük əzm, inam və atdığı cəsarətli addımlar sayəsində gəldi:"Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.Bu tarixi Zəfərin qazanılmasında misilsiz fədakarlıq göstərən, qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı kimi, mən də xalqımıza və dövlətimizə qarşı aparılan haqsız, kinli və ədavətli işğalçılıq siyasətinə qarşı çıxaraq, millətimizin mənəvi, mədəni və maddi dəyərlərinin qorunması uğrunda fəaliyyət göstərməyi özümə borc bildim.
Gənc yaşlarında canlarından keçərək şəhidlik zirvəsinə ucalan igidlərimizin müqəddəs ruhundan ilham alaraq, Vətənimizin incisi, əbədi və əzəli Şuşamızın adını daim uca tutmaq məqsədilə Rusiyanın paytaxtı Moskva şəhərində "SUŞA 44", şirkətini təsis etdim.
Bu gün böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, şirkətimiz artıq rəsmi qeydiyyatdan keçib.
Bizim məqsədimiz Şuşa adını yalnız yaşatmaq deyil, onu fəaliyyətimiz, əməl və layihələrimizdə daha da əbədikəşdirməkdir.
Bu haqq yolunda, canını fəda edən bütün şəhid qardaş və bacılarımıza Allahdan rəhmət diləyirəm".











Filmi aşağıdakı "Teleqram" kanalında izləmək mümkündür:
//t.me/azerisinemateka/13

Son xəbərlər

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

"Dövlət gənclər siyasəti bu gün cəmiyyətdə gənclərin olduğu bütün sahələrdə özünü göstərir”

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti

АЛЕКСЕЙ ШАТОХИН

Binəqədi RİH-də 2025-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib

Unudulmaz Hacı Ağakərim İbrahimov

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının jurnalı oxucuların sevincinə səbəb oldu

Qobustan gənclər üçün Azərbaycan Konstitusiyası və Ümummilli Lider Heydər Əliyevin irsi mövzusunda maarifləndirici seminar keçirilib

Tanınmış şair Mədinə Gülgünün 100 illiyinə həsr olunmuş videoçarx və kitab sərgisi hazırlandı +VİDEO

Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə onlayn konfrans - görüş Keçirilib

Yeni beynəlxalq münasibətlər erası

Türkiyənin sevilən ifaçısı Orhan Ölməzlə, şair, qiraətçi Səbuhi Zaman bir araya gəlir

Tanınmış tarixçinin “Qafqazda Azərbaycan və erməni məsələsi” adlı kitabı ingilis və rus dilində işıq üzü görüb

Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO

"ArchiCO" rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü Daşkənddə qeyd edilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ölkəmizin tarixində unudulmaz səhifə

Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi -FOTOLAR

Tokat mı, Seri Yumruk mu? ABD–İran Savaşı Gerçekten Mümkün mü?

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev dəfn edilib

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Bütün xəbərlər