BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın Rusiyadakı səfirliyində Zəfər Günü ilə əlaqədar qəbul təşkil olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə Moskvada akkreditə olunmuş çox sayda diplomatik korpusun yüksək vəzifəli diplomatları, o cümlədən səfirlər, müşavir-elçilər və hərbi attaşelər, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Səfərov, 44 günlük Vətən müharibəsinin iştirakçısı, torpaqlarımızın işğalçılardan azad olunması naminə döyüşən, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən sıravi Kamal Quluzadə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları, politoloqlar, Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin görkəmli təmsilçiləri iştirak ediblər.Tədbir zalında Zəfər Gününə həsr edilmiş banerlər, eləcə də 44 günlük Vətən müharibəsindən bəhs edən fotostendlər quraşdırılıb.

Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu qeyd edib ki, illər əvvəl ölkəmizin ümummilli lideri Heydər Əliyev deyib: “Biz Qarabağ məsələsini həll edəcəyik. Bizə vaxt lazımdır. Heç kəs Azərbaycanın torpağını əlindən ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olursa-olsun”. Ulu Öndərin sözləri gerçəkləşib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz yüksək döyüş məharəti nümayiş etdirərək uzun müddət ərzində işğal altında olan torpaqlarımızı azad edib.

Diplomat vurğulayıb ki, 8 Noyabr təkcə milli qürur günü kimi deyil, həm də tarixi ədalətin, beynəlxalq hüququn təntənəsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası günü kimi mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan xalqı üçün böyük mənəvi dəyərə və rəmzi mənaya malik olan Şuşa şəhərinin işğaldan azad olunduğu elan edilib.

Səfir vurğulayıb ki, Qarabağın tacı olan doğma şəhərinin azad edilməsi dünya hərb tarixində nadir əməliyyatlardan biridir. Bu qələbə Azərbaycanın igid oğul və qızlarının həyatları bahasına əldə edilib. Azərbaycan xalqı qəhrəmanlarını heç vaxt unutmayacaq və onların xatirəsi qəlblərdə əbədi yaşadacaq.

Polad Bülbüloğlu qeyd edib ki, 28 illik fəaliyyəti ərzində ATƏT-in Minsk Qrupu ikili standartlar göstərib, bu münaqişənin həllində özünün tam acizliyini nümayiş etdirib. Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatına başlayıb, öz suveren ərazisində beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və beynəlxalq humanitar hüquqa uyğun olaraq hərəkət edib və Ermənistan hərbi əməliyyat sahəsindən uzaqda yerləşən dinc şəhərlərimizi bombalamasına baxmayaraq, Azərbaycan mərdlik nümayiş etdirərək, Ermənistanın yaşayış məntəqələrini atəşə tutmayıb.

Səfir bildirib ki, işğalın ağır nəticələrinə baxmayaraq, Azərbaycan suverenliyinin və ərazi bütövlüyünün, habelə beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmə edilməsi əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin təşəbbüskarıdır və ölkələrimiz arasında sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır. Eyni zamanda, iki ölkə arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılması üçün səylər göstərilir.

Polad Bülbüloğlu vurğulayıb ki, müharibənin başa çatmasından iki il sonra Azərbaycan bir daha Ermənistanın sülh istəməməsinə, yenidən revanşist ideyalarla yaşamasına, danışıqların imitasiya praktikasından istifadə edərək, üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək əvəzinə, onlardan boyun qaçırdığına əmin oldu. Azərbaycan hələ də öz torpaqlarına iddialı qüvvələrə bütün mümkün vasitələrlə cavab verməyə hazırdır. Diplomat bildirib ki, bu bayram günündə Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşa şəhərində hərbçilərlə görüşdə bir sıra ciddi bəyanatlar verib. Bu bəyanatlar həm Ermənistana, həm digər beynəlxalq oyunçulara bizim qırmızı xətlərimizi aydın göstərib, Azərbaycanın sülh istədiyi, lakin dəmir yumruğun da yerində olduğu və lazım gələrsə, ərazi bütövlüyümüzə qarşı təhdidlərə cavab olaraq istifadə olunacağı barədə mesajlar göndərilib.

Səfir tədbir iştirakçılarına münaqişədən zərər çəkmiş ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası ilə bağlı görülən genişmiqyaslı işlər barədə məlumat verib. Həmçinin müharibə zamanı dağılmış dini və tarixi memarlıq abidələrinin bərpası və yenidən qurulması istiqamətində işlərin sürətlə davam etdirildiyini bildirib.

Həmçinin diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında müasir şəhərsalma metodlarından istifadə olunmaqla yeni şəhər və kəndlər salınır, Zəngilan rayonunun yer üzündən silinmiş yeni salınan Ağalı kəndinə artıq onlarla ailələr qayıdıb.

Polad Bülbüloğlu Azərbaycanın böyük Qələbəsinin xalqımızın tarixinin ən şanlı səhifələrindən birinə çevrildiyini bildirib və çıxışını Azərbaycan Prezidenti İlham Əliyevin “Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq” sitatı və “Qarabağ -Azərbaycandır!” şüarı ilə bitirib.

Sonra çıxış edən deputat Nizami Səfərov çıxış edərək vurğulayıb ki, 44 günlük müharibədə Qələbə Azərbaycan Silahlı Qüvvələrinin, ölkə rəhbərliyinin və şəxsən Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi-siyasi strategiyasının parlaq şəkildə həyata keçirilməsinin nəticəsidir. Deputat onu da bildirib ki, bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələr sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, ərazilərin minalardan təmizlənməsi və Qarabağda dinc həyatın bərqərar olmasıdır ki, bunun üçün də lazım olan bütün işlər görülür.

Daha sonra çıxış edən Vətən müharibəsinin iştirakçısı Kamal Quluzadə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi dövründə göstərdiyi qəhrəmanlıqlardan bəhs edib.

Qəbulda qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edilib.Tədbirdə iştirak edən bir çox ölkələrin səfirləri Azərbaycan xalqını böyük Qələbə münasibətilə təbrik edib, hərbi əməliyyatların nadirliyini vurğulayaraq Azərbaycan Prezidentinə və xalqına yeni uğurlar arzulayıblar.

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər