BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bir neçə gün öncə Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Hələ ötən il Azərbaycan Milli Məclisi İsraildə səfirliyin açılması ilə bağlı layihəni qəbul etmişdi. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən bir il sonra İsrailin Azərbaycanda səfirliyi açılıb. Amma keçən 30 il ərzində Azərbaycanın İsraildə səfirliyi açılmamışdı.

 

“Xeber 7” məlumat verir ki, politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan tarixində ilk dəfə idi ki, belə bir prosses baş verir.

“İsrail-Azərbaycan münasibətləri çox yaxşıdır. Uzun illərdir dostluq, qardaşlıq münasibətləri var. Ancaq, müəyyən məsələlərə görə İsraildə Azərbaycanın səfirliyi yox idi. Bunun da təbii ki, özünəməxsus səbəbləri var idi.

 

Bir müddət əvvəl Azərbaycan Parlamenti ölkəmizin İsraildə səfirliyinin açılması ilə bağlı məsələni təklif elədi və cənab prezident tərəfindən İsrailə yeni səfir təyin olundu. Bu prosedur qaydasıdır. Bütün ölkələrdə olan səfirliklərimiz ilə bağlı Azərbaycan Parlamenti qərarı təsdiq etməlidir. Bu yaxınlarda müvafiq qərar təsdiq olundu. Təbii ki, bu Azərbaycan xalqı və İsrail xalqı tərəfindən alqışlandı. Azərbaycan və İsrail xalqları dost xalqlardır. Azərbaycanda digər xalqlarla yanaşı yəhudi əsilli vətəndaşlarımız da çoxluq təşkil edir. İstər beynəlxalq təşkilatlarda, istər xalqlarımız arasında münasibətlərdə İsrail ilə Azərbaycan arasında anlaşılmayacaq bir məsələ yoxdur. Münasibətlər çox yüksək səviyyədədir. Ölkə başçıları səviyyəsində münasibətlər dostluq, qardaşlıq münasibətləridir. Biz digər ölkələrlə münasibətlərimizi saxlamaqla yanaşı, eyni zamanda qonşu dövlətlərimizlə də münasibətlərimizi yaxşı saxlayırıq. Azərbaycanla İsrail və digər ölkələr arasında münasibətlər həmişə yaxşı olub”.

Politoloqun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı uğurdan sonra daha inamlı səviyyədə, beynəlxalq aləmdə, digər ölkələrlə münasibətlərdə rahat şəkildə addım ata bilir.

“Azərbaycanın ən böyük problemi Qarabağ, ərazi bütövlüyümüzün təmin olunmaması idi. Ermənistan-Azərbaycan münaqişəsi və ərazilərimizin erməni hərbi birləşmələri tərəfindən zəbt olunması illərdir bütün vətəndaşlarımızən ən ağır acısı idi. İranla İsrail arasında münasibətlər düşmənçilik mövqeyindədir. Biz bir tərəfdən də İranla qonşuyuq və İranla münasibətlərimiz yaxşı idi. Eyni zamanda İsrail ilə dostluq, qardaşlıq münasibətləri var. İranda 40 milyona yaxın azərbaycanlı yaşayır. Bütün bu balanslaşdırma siyasətinin nəticəsi idi ki, biz İsraildə uzun illərdir ki, səfirlik açmaqda bir az çətinlik çəkirdik. Bunu da İsrail çox yaxşı başa düşürdü. Çünki Azərbaycanın çox böyük bir problemi var idi. Qarabağ problemi… Torpaqları düşmən tapdağı altında idi və İran da bizlə düşmən olan Ermənistanla açıq şəkildə deyil, qapalı da olsa münasibətlərini və dəstəyini saxlayırdı. Biz əgər həmin vaxt İsraildə səfirlik açsaydıq, açıq-aşkar münasibətlərimizi bu səviyyəyə qaldırsaydıq, təbii ki, onda İran daha kəskin addım atacaqdı, necə ki, indi atır. Artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Buna görə də İsraildə Azərbaycan səfirliyinin indi açılması məqsədəuyğundur".

Politoloq təklif edir ki, İsrailin Azərbaycanda səfirlikdən başqa konsulluğu da açılsın. Eyni zamanda, Azərbaycanın İsraildə diaspor təşkilatlarının sayını artırılsın.

"Bizim bəzi bölgələrimizdə, xüsusən də cənub bölgəsində İsrailin konsulluğu, nümayəndiliyi, İsrail evi açılsın. Lazım olan dairələrə, lazım olan güclərə, qonşularımıza bir növ bizim də bir mesaj verməyimiz lazımdır. Zəngilanda, ya Cəbrayılda bizim işğaldan azad etdiyimiz torpaqlarımızda “ İsrail evi” və ya İsrail konsulluğu açılsa və istifadəyə verilsə bu çox doğru və gözəl bir addım olar".

Ekspert hesab edir ki, gələcəkdə bu da baş tutacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər