BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“İran hərbi təyyarələrinin Azərbaycan dövlət sərhədi üzərində təhlükəli uçuşlar etməsi beynəlxalq hüquq normalarına ziddir. İran dövləti dəfələrlə belə addımlar atıb və layiqli cavabını alıb. Bilirsiniz ki, illər öncə İranın hərbi təyyarələrinin dövlət sərhədlərimizi pozmasına cavab olaraq qardaş Türkiyə və Azərbaycanın hərbi təyyarələri birgə təlimlər keçirmişdi. Bu təlimlər İranı ciddi narahat etmişdi”.

Bunu saytımıza açıqlamasında politoloq Ramiz Alıyev İran hərbi təyyarələrinin dövlət sərhədimiz üzərində təhlükəli uçuşlar etməsini şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, Azərbaycanın müstəqil xarici siyasi kurs yürütməsi, güclənməsi, ərazi bütövlüyünü təmin etməsi bəzi xarici qüvvələri, o cümlədən İranda müəyyən siyasi dairələri qıcıqlandırır: “2020-ci ildə Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi. Bundan sonra İran ölkəmizlə sərhəddə hərbi təlimlərə başladı. Bütün bunlar güc nümayişi etdirməklə Azərbaycanı təxribata sürükləməyə hesablanmış addımlardır. Çalışırlar ki, onlar hərbi cəhətdən çox güclü dövlətdir və Azərbaycana istənilən müstəvidə təsir göstərə bilər. Amma bu belə deyil. Azərbaycan güclü dövlətdir, onun qüdrətli ordusu, müttəfiqləri var. Bizə bu cür təxribat xarakterli addımlarla təsir göstərmək, siyasi kursumuzun istiqamətini dəyişdirmək mümkün deyil”.

Politoloq qeyd etdi ki, İranın Azərbaycanın dövlət sərhədlərini pozmasına təkcə rəsmi Bakı deyil, beynəlxalq təşkilatlar da münasibət bildirməlidir: “Çünki baş vermiş hadisə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. İran qırıcılarının sərhədimiz üzərində hərəkəti mülki aviasiyaya təhdid kimi qiymətləndirilir ki, bu da beynəlxalq hüquq normalarının pozulması deməkdir. Beynəlxalq aləmdə heç bir hörməti, nüfuzu qalmayan İranda insan hüquq və azadlıqları pozulur. Bu ölkədə yaşayan milyonlarla Azərbaycan türkünün ana dilində təhsil almasına imkan verilmir. Bu ölkədə Azərbaycana qarşı çirkin kampaniya aparılır. Bir müddət öncə Tehrandakı səfirliyimizə edilən silahlı hücum bunun pik həddi idi. Video görüntülərdən də aydın olur ki, İran dövlətinin, təhlükəsizlik orqanlarının bu məsələdə əli var. Baş vermiş hadisəyə görə məsuliyyəti İran dövləti daşıyır”.

 

 

R.Alıyev onu da əlavə etdi ki, Azərbaycan vətəndaş cəmiyyəti, gənclər hərəkatları İranın Azərbaycana qarşı təxribatları barədə beynəlxalq qurumları məlumatlandırmalıdır: “Məlumatlandırma kampaniyası daha geniş hal almalıdır. Hər kəs bilməlidir ki, İran hətta müsəlman qonşularına qarşı güc dili ilə danışmağa cəhd edir. Hesab edirəm ki, Azərbaycan hərbi qüvvələri, qırıcıları İranla sərhəddə təlimlərə başlamalıdır”.

Son xəbərlər

Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında Azərbaycan da iştirak edib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

Bütün xəbərlər