BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlı Ermənistanın siyasi səhnəsində və erməni cəmiyyətində yaşanan çaxnaşma  bir daha təsdiq edir ki, bu ölkənin rəhbərliyi sülh bəyanatlarında səmimi deyil. Ermənistanın baş naziri N. Paşinyan bir tərəfdən bəyan edir ki, guya onun hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsini imzalamağa hazırdır, digər tərəfdən isə Ermənistanın xarici işlər nazirliyi ölkəmizin ərazisində nəzarət-buraxılış məntəqəsinin qurulmasına etiraz edir. Əgər N.Paşinyan bəyanatında, həqiqətən, səmimi olsaydı, onun ölkəsinin xarici işlər nazirliyi-Ermənistan hökumətinin rəsmi qurumu Azərbaycanın suveren hüquqlarını şübhə altına alan bəyanatı səsləndirməkdən çəkinər, nəzarət-buraxılış məntəqəsinin qurulmasına etiraz etməzdi. Bu bir daha sübut edir ki, Ermənistan hakimiyyəti, həmişə olduğu kimi, imitasiya və siyasi oyunbazlıqla məşğuldur. Onun məqsədi beynəlxalq auditoriyada özü haqda guya sülh tərəfdarı olması ilə bağlı aldadıcı fikir yaratmaq, ikibaşlı söz oyunu ilə vaxtı uzatmaq və bununla da real sülh müqaviləsindən yayınmaqdır. 

 

Belə olmasaydı, Ermənistan rəhbərliyi ölkəmizin ərazi bütövlüyünü və suveren hüquqlarını şübhə altına alan başqa bir bəyanatı səsləndirərək təklif etməzdi ki, Bakı ilə Xankəndi arasında hansısa beynəlxalq missiyanın iştirakı təmin olunmalıdır. Yəni, Xankəndidəki qondarma separatçı rejimə beynəlxalq münasibətlərin müstəqil subyekti statusunu qazandırmağa cəhd etməzdi. Ermənistan hökumətinin qeyri-səmimiliyi özünü onda da göstərir ki, bir tərəfdən, üzvü olduğu KTMT kimi hərbi-siyasi blokdan yardım diləyir, digər tərəfdən isə Rusiya ilə qarşı-qarşıya dayanan Avropa Birliyinin yarımhərbi missiyasını öz ərazisində yerləşdirir. Buna baxmayaraq, 30 il ərzində olduğu kimi, indinin özündə də ABŞ, Rusiya və Fransanın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bağlı bəyanatları, aşağı-yuxarı, üst-üstə düşür. Nə qədər təzadlı görünsə də reallıq bundan ibarətdir. Yenilik ondadır ki, Avropa İttifaqının komissarı da təxminən eyni məzmunlu bəyanatla çıxış etdi. Bu cür bəyanatlar Cənubi Qafqazda sülhün və dinc birgəyaşayışın təmin olunmasına deyil, Ermənistan cəmiyyətində revanş hissinin genişlənməsinə və Xankəndidəki separatçı rejimin daha çox şirniklənməsinə rəvac verir. Görünən odur ki, ötən illər ərzində Azərbaycana qarşı sərgilənən ikili standartlar siyasəti bu gün də davam etməkdədir. Xüsusilə narahatlıq doğuran odur ki, Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutan və Ukrayna ərazisində separatçılığın qəbuledilməz olduğunu bəyan edən ABŞ və Fransa Azərbaycana gəldikdə, nədənsə suveren hüquqlarımızın reallaşması ilə barışmaq istəmir. Üstəlik, ermənipərəst konqresmenlər Qarabağın öz müqəddəratını təyin etməsi və müstəqilliyinin tanınması ilə bağlı beynəlxalq hüquqa  zidd olan hansısa qərar layihəsini müzakirəyə çıxarmağa cəhd edirlər. Maraqlıdır ki, Rusiya ilə az qala düşmən münasibətində olan bu ölkələr şimal qonşumuzun ritorikasına tam uyğun şəkildə tələb edirlər ki, Rusiyanın moderatorluq etdiyi üçtərəfli Bəyanata əməl edək. Amma onlardan heç biri Ermənistandan tələb etmir ki, qanunsuz silahlı birləşmələrini Qarabağdan çıxarsın və Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyinə əməl etsin. Müharibədən sonrakı iki il yarım ərzində onlardan bir dəfə eşitmədik ki, Rusiya sülhməramlılarının müşayiəti altında Laçın yolundan silah-sursat daşınmasına, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin bəslənməsinə etiraz etsinlər. Sanki elə belə də olmalı imiş. 

 

Bu illər ərzində ölkəmizə qarşı istifadə edilən, beynəlxalq hüquqla yanaşı ədalət anlayışına da kölgə salan ikili standartlar nümunəsi o qədərdir ki, artıq bunları dilə gətirməyin özü belə, insanı mənən yorur və cəmiyyətimizdə onların müəlliflərinə inamsızlığın dərinləşməsinə xidmət edir. Bu real mənzərənin dəyərləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin ötən il aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi fikirləri yada salmaq tam yerinə düşür: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”. 

 

Laçın-Xankəndi yolunun başlanğıcında, Azərbaycan ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin məntiqi davamıdır. Suveren hüquqlarımızın reallıqda təsbit edilməsinin arxasında yenə də Azərbaycan Prezidentinin siyasi iradəsi dayanır. Prezident İlham Əliyev, ciddi təzyiq və maneələrə baxmayaraq,  həmin addımı atacağını bu il Münxen Təhlükəsizlik Konfransı kimi nüfuzlu beynəlxalq platformadan açıq mətnlə bəyan etmişdi. Dövlətimizin başçısı dedi və hər zaman olduğu kimi, söylədiyini etdi! Özü də aprel ayının 23-də, qondarma erməni soyqırımının rəsmi şəkildə qeyd edildiyi tarixdən bir gün əvvəl. Ona görə də Ermənistanda ağır hərbi məğlubiyyətdən sonra yaşanan bu cür dərin psixoloji sarsıntının doğurduğu aqoniya əhval-ruhiyyəsinə təəccüblənməməliyik. Görünən odur ki, Azərbaycan öz legitim hüquqlarını hər dəfə reallaşdırdıqca, bu cür mənzərəni istər Ermənistanda, istərsə də ona havadarlıq edən dairələrin siyasi səhnəsində hələ çox görəcəyik. İkili standartların tüğyan etdiyi indiki dövrdə bu cür ədalətsiz reaksiyalara indidən hazır olmalıyıq. Bədxahlarımız unutmamalıdır ki, Azərbaycan hakimiyyətinin  addımları beynəlxalq hüquqa və tarixi ədalətə söykənir, nəticə etibarilə Cənubi Qafqazda dayanıqlı sülhün və dinc birgəyaşayışın təmin olunmasına xidmət edir.

 

Ülvi Quliyev
Milli Məclisin deputatı

Son xəbərlər

Xivədə keçirilən “Xalçaların parıltısı” sərgi-festivalında Azərbaycan da iştirak edib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir

Azərbaycan–Qazaxıstan münasibətləri: strateji müttəfiqliyin yeni mərhələsi

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

Bütün xəbərlər