BAKU Azərbaycan
8.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Səbail Rayon İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qərbi Azərbaycan həqiqətlərinə həsr olunmuş “Tarixi yaddaşdan gələcəyə: Qərbi Azərbaycanın Memarlıq İrsi” mövzusunda tədbir keçirilmişdir. Tədbirin məqsədi Qərbi Azərbaycanın zəngin memarlıq irsinin təbliği, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olmuşdur.

Zefer.media xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov, RİHBA-nın məsul əməkdaşları, Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev, YAP Səbail Rayon Təşkilatının nümayəndəsi Əfəndi İbrahimli, AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Səbail rayonu üzrə sektor müdiri Aqşin Hüseynli, Səbail Rayon Ağsaqqallar Şurasının sədri Baba Bayramlı, İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev, AR Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Səbail rayon şöbəsinin sədr müavini İpək İsmayılova və Səbail Rayon Veteranlar Təşkilatının sədri Adilə Yaqubova iştirak etmişlər.

Çıxışlar zamanı vurğulanmışdır ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası nəticəsində Azərbaycan xalqının tarixi-mədəni irsinin qorunması və təbliği daim prioritet istiqamətlərdən biri olmuşdur. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən genişmiqyaslı layihələr, eləcə də azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri milli irsin qorunmasına və inkişafına xidmət edir.

Tədbir zamanı Qərbi Azərbaycan İcmasının müvafiq əmrinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi içşisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi təyin olunması ilə əlaqədar rayon ictimaiyyətinə təqdim edilmişdir.

Tədbir çərçivəsində Qərbi Azərbaycanın memarlıq nümunələrinin tarixi əhəmiyyəti, onların qorunması zərurəti və bu istiqamətdə ictimai təşəbbüslərin rolu müzakirə olunmuşdur. Qərbi Azərbaycan İcmasının Səbail rayonu üzrə nümayəndəsi Əpoş Vəliyev qeyd etmişdir ki, nümayəndəliyin fəaliyyəti Qərbi Azərbaycan irsinin təbliği, ictimai maarifləndirmə və bu istiqamətdə əlaqələndirmə işlərinin gücləndirilməsinə xidmət edəcəkdir. Sonda tədbir iştirakçıları bu kimi layihələrin davamlı xarakter daşımasının vacibliyini vurğulamış və gələcəkdə daha genişmiqyaslı tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etmişlər.

 

Son xəbərlər

Səbaildə “Qərbi Azərbaycanın Memarlıq İrsi” mövzusunda tədbir keçirilib

Kitablar səltənətinin incisi: “Pərvanə” romanı

“Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” Beynəlxalq Forumu öz işinə başladı

Dövlətimizin başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək

Yazıçı-publisist Zöhrə Əsgərovanın 75 illik yubileyi qeyd olundu

Masallıda iki qardaşın qəhrəmanlıq dastanı: “Şəhid Qardaşları” ev muzeyinin açılışı olub

Lefke Avropa Universiteti AİEF 2026 sərgisində Bakı nümayəndəliyi ilə təmsil olundu

Avropa çempionu Nicat Hüseynovdan tarixiqələbə

Hava limanlarında sərhəd nəzarətinin rəqəmsallaşdırılması: təhlükəsizlik və sərnişin mobilliyi arasında balans

Özbəkistanda Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” kitabının təqdimatı keçirilib

Gələcək nəsillərə ötürüləcək irsi təhlükə altına qoyan vandalizm

Azərbaycan nümayəndə heyəti Özəl Imperial Xəstəxanasını ziyarət ediblər

İzləyicilərə Xalq yazıçısının növbəti hekayəsi təqdim olundu

Beynəlxalq Mədəni İrs Ustad Məktəbindətematik qruplar üzrə ustad dərsləri davam edir

Polşada oxuyan tələbələrə Zərifə Əliyeva adına təqaüd veriləcək

Azərbaycanın sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən nümayəndə heyəti Türkiyədə səfərdədir

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsi aldı

"Məni dinləyin..." adlı monotamaşa nümayiş olunub

Kitablar səltənətinin inciləri: Məmməd Araz

Aprel döyüşləri:Yeni reallıqların başlanğıcı və tarixi dönüş nöqtəsi

31 Mart-Azərbaycan xalqının tarixi yaddaş günü

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür

1918-ci il mart soyqırımı

Özbəkistanda Xalid Səid Xocayevə həsr edilmiş kitabın təqdimatı və Azərbaycanşünaslıq auditoriyasının açılışı olacaq

31 Mart – Tarixi faciə və milli kimlik

Maqadanda Novruz bayramı qeyd olunub

Gəncədə ilk dəfə Aida İmanquliyeva adına uşaq bağçası istifadəyə verilib

Krasnoyarskda Novruz bayramı qeyd olunub

DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti” üzrə ilk tematik qrupun dərsləri keçirilib

Bütün xəbərlər