BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələri və qazilər üçün hüquqi maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində Qaradağ Rayonunda tədbir keçirib. Şəhid ailələri, qazi və müharibə iştirakçılarının iştirak etdiyi tədbirdə çıxış edən layihə rəhbəri Nəzakət Həsənovanın sözlərinə görə, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər təqdirəlayiqdir. Həyata keçirilən bu kimi fəaliyyətə baxmayaraq hələ də sosial şəbəkələrdə şəhid ailələri və qazilərin üzləşdiyi problemlərlə əlaqədar məlumatlara rast gəlinir. Aparılan araşdırmalar zamanı məlum olur ki, bu sahədə mövcud problemlərin həlli üçün şəhid ailələri və qazilər üçün hüququ maarifləndirmə tədbirlərinin həyata keçirilməsi zərurətə çevrilib: “Müharibə əlilləri və iştirakçıları ilə bağlı həyata keçirilən yeni sosial dəstək tədbirləri ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Birdəfəlik ödəmənin verilməsi üçün təklif olunan mexanizmlər, sənədləşdirmə işlərində şəffaflığın təmin edilməsi və digər məsələlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən aidiyyəti qurumlarla davamlı olaraq müzakirə edilir. Dövlət başçımız yerli televiziya kanallarına müsahibəsində bu kateqoriyadan olanlara sosial dəstəkdən danışarkən bildirdi ki, şəhid ailələri, müharibə əlillərinə dövlətin qayğı və diqqəti və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyub. Prezident dedi: “Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sa¬yıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər”. Bu, danılmaz həqiqətdir. Dövlət başçısının bildirdiyi kimi, təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qazilərindən 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçılarına da 750 mənzil verilib və bu proses davam etdirilir. İnanırıq ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kate¬qoriyadan olan insanlara bəlkə də iki il ərzində mənzillər veriləcək. Prezident xüsusi olaraq vurğuladı ki, bu, sırf bizim təşəbbüsümüzdür və biz bunu heç yerdə görməmişik, bu təcrübəni heç yerdən gətirməmişik. Sadəcə olaraq, həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün bu addımı atırıq. Bir mənzilin qiymətinin neçəyə başa gəldiyini, bunun büdcə üçün böyük bir yük olduğunu hamı bilir. Bu kateqoriyadan olan axırıncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq. Biz QHT rəhbərləri daim həssas qrupların problemlərinə imkan daxilində dəstək olmağa çalışırıq. Görürük ki, ildən ilə şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Çünki dövlət başçısı onları daim diqqət mərkəzində saxlayır. Prezident müsahibəsində bidirdi ki, bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib”.

N.Həsənova bildirib ki, həyata keçirilən layihənin məqsədi Bakı şəhərində (Binəqədi, Qaradağ, Nizami rayonlarında) şəhid ailələri və qazilər üçün hüquqi maarifləndirmə işinin aparılmasıdır.

Layihə çərçivəsində kitabça çap olunub Binəqədi, Qaradağ və Nizami rayonunda paylanacaq-. Çap olunan kitabçada Cənab Prezident tərəfindən şəhid ailələri və qazilərlə bağlı imzalanan sərəncam və fərmanlar barəsində, eyni zamanda Əmək Nazirliyinin gördüyü işlər barəsində məlumat öz əksini tapıb. 

Tədbirdə çıxış edən layihənin hüquqşünası Həbibova Səadət tədbir iştirakçılarının suallarını cavablandırıb.

Son xəbərlər

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

Bütün xəbərlər