BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.
Azərbaycanda meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Bu sıradan ölkədə nəhəng su anbarları, kanallar istismara verilib. Bu su anbarlarının regionların meliorasiya və su təsərrüfatında mühüm rolu var. Bu cür su anbarlarından biri də Masallı rayonu ərazisində yerləşən Viləşçay  Su Anbarıdır. Amma layihəmiz çərçivəsində ərazidə olub, müşahidələr aparanda su anbarının hazırkı vəziyyətinin bir o qədər də ürəkaçan olmadığı qənaətinə gəldik. Qeyd edək ki, su anbarı demək olar ki, tamamilə quruyub. Bunun səbəbini öyrənmək istəsək də, ərazidə yaşayan sakinlər bu barədə yekdil fikir bildirə bilmədilər. Kimsə təsərrüfatlara görə suyun açılıb buraxıldığını, kimsə hər payızda su anbarının bu cür susuz qaldığını bildirdi. Xoşagəlməz məqamlardan biri isə su anbarında brakonyerlərin sintetik torlardan geniş istifadə etməsidir. Bu barədə yerli sakinlər də şikayət edir. Bundan başqa, su anbarının kənarlarında məişət tullantıları, natəmizlik nəzərə çarpır. 
Vəziyyətlə bağlı Viləşçay Su Anbarı İstismar İdarəsinin rəisi Rusif Kərimovla söhbətləşdik. Rusif Kərimova görə, hər il su anbarı vasitəsilə 10 min hektara yaxın əkin sahəsi suvarılır, buna görə də payızda su anbarında su olmur. Hazırda isə Viləşçay su bəndinin ikinci hissəsinin qurulması ilə bağlı işlər gedir, dövlətin dəstəyilə bu layihə reallaşandan sonra su anbarı daha yaxşı səviyyədə fəaliyyət göstərəcək. Onun dediyinə görə, məişət tullantıları digər çaylardan daşqın və axın vasitəsilə anbara töküldüyünə görə yaranır, anbarda su çəkiləndə isə tullantılar yalnız sahil ərazilərində ortaya çıxır. Rusif Kərimov sintetik tor və brakonyer problemini etiraf etdi və onlara qarşı mübarizə aparıldığını bildirdi.    
Su anbarının hazırkı vəziyyəti ilə bağlı foto-faktları olduğu kimi təqdim edirik.     

 

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

Bütün xəbərlər