BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bildirdi ki, şəhid ailələrinə xüsusi qayğı göstərilməlidir. Dövlət tərəfindən bu məsələ prioritet istiqamətdir. İkinci Qarabağ müharibəsindən əvvəl və hazırda da şəhid ailələrinə daim həssaslıqla yanaşılır.

Qəbul zamanı şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirdiyini qeyd edən Azərbaycan Prezidenti daha sonra bildirib: “Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar”.

Dövlətimizin başçısının səsləndirdiyi bu fikirlərdən bir daha aydın olur ki, məmurlar, ilk növbədə, şəhid ailələri və qazilərə maksimum diqqət ayırmağa borcludurlar. Çünki tarixi qələbəmizin əldə olunması məhz onların xidmətidir. Bu istiqamətdə dövlət siyasətinin doğru olduğu və vətəndaşlarımızı məmnun etdiyi hamıya bəllidir. Ancaq idarəetmədə az da olsa, belə məsələlərdə laqeydliyə rast gəlinir. Ona görə də dövlətimizin başçısı qəbul zamanı icra hakimiyyətləri başçılarına şəhid ailələrinə, qazilərə xüsusi diqqət göstərilməsinin vacibliyini bir daha xatırlatdı.

Qeyd edim ki, istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən savaşında şəhid olmuş qəhrəmanlarımızın ailələri, onların valideynləri, eləcə də əlil olmuş şəxslər, veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Onlara mənzillər və avtomobillər verilir, işlə təmin edilir, digər problemlərinin aradan qaldırılmasi istiqamətində ardıcıl və planlı iş aparılır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq uğurlu sosial siyasət həyata keçirilir. Həmin siyasətin əsas prioritet istiqamətlərindən biri də həssas qrupdan olan vətəndaşlarımıza, o cümlədən də şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə və müharibə iştirakçılarına olan diqqətdir. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin kateqoriyadan olanları daim diqqət mərkəzində saxlayırlar. Həmin qəbildən olanlara qayğının göstərilməsi üçün ölkə Prezidenti dövlət orqanları qarşısında vəzifələr müəyyənləşdirir, lazımi tapşırıqlar verir, normativ hüquqi aktlar imzalayır.

Bu məqamda fikrimin təsdiqi üçün diqqəti görülən işlərin bir qisminə yönəltmək istərdim. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək tədbirləri çərçivəsində həmin savaşda şəhid olanların ailə üzvləri, Vətən müharibəsinin veteranları, o cümlədən Vətən müharibəsi əlillərindən ibarət 94 min şəxsə 104 min sosial ödəniş təyin olunub. Həmin ödənişlərin mühüm hissəsini Prezidentin aylıq təqaüdləri təşkil edib.

Dövlətimizin başçısı tərəfindən 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyənləşdirilən şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalanıb. Həmin sənədə əsasən birinci dərəcə əlilliyə görə 8800, ikinci dərəcə əlilliyə görə 6600, üçüncü dərəcə əlilliyə görə 4400 manat birdəfəlik yardımlar müəyyən olunub. “YAŞAT” Fondu tərəfindən də həmin kateqoriyadan olan ailələr daim diqqətdə saxlanılıb.

Bütün bunlarla bərabər, şəhid ailəsi üzvləri və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb. Prezidentin tapşırığına əsasən mənzil təminatı 5 dəfə artırılıb. Bununla bağlı 2021-2025-ci illərə dair dövlət proqramı da təsdiq olunub.

Vətən müharibəsindən sonra 3 min 600, ümumilikdə isə ötən dövr ərzində 12 min 500-dən çox mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Bu il üçün 1500-dən çox mənzil və fərdi evlərin bu kateqoriyadan olan insanlara verilməsi nəzərdə tutulub ki, artıq altı ay ərzində onlara 600 mənzil təqdim olunub.

Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində isə son dörd ildə 1500-dən çox, ümumilikdə isə ötən dövr ərzində 7400 müharibə əlilinə avtomobil verilib.

Şəhid ailələri, qazilər, bütün müharibə iştirakçıları cəmiyyətimizdə böyük nüfuza malikdirlər. Onlar ölkə Prezidentinin müvafiq sərəncamları ilə medallarla təltif olunublar, layiq olduqları statusu qazanıblar. Bir sözlə, dövlətimiz onları unutmur, bütün problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirilir.

 

Ruslan AĞAMALIYEV,

Vətən müharibəsi veteranı

Son xəbərlər

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Bütün xəbərlər