BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə ADA Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda panel müzakirəsi keçirilib.

"Xeber 7"nin məlumatına  görə, əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin birinci hissəsində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Rafael Hacıbəyli çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, dahi şəxsiyyət gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və məişət problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə nailiyyətləri ilə seçilirlər.

Tədbirin ikinci hissəsi panel müzakirələri formatında davam edib. “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda keçirilən müzakirədə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bu sahədə olan araşdırmalarını gənclərlə bölüşüb.

Qeyd olunub ki, ulu öndərin müəyyən etdiyi xarici siyasət hər şeydən əvvəl dünyanın bütün dövlətləri ilə bərabər hüquqlu surətdə faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədini daşıyır. Məhz ümummilli liderin səyləri ilə əsası qoyulan enerji siyasəti Azərbaycanın iqtisadi inkişafının əsasını təşkil etmişdir. Bu uğurlu siyasət müxtəlif sahələrdə effektiv islahatların aparılmasına, o cümlədən ən vacib amil kimi gənclərin timsalında insan kapitalının inkişafına təkan verib.

Panel müzakirələrində bildirilib ki, fiziki və mənəvi cəhətdən sağlam gənclik 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərimizin aparıcı qüvvəsi olub. Otuz il əvvəl dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə dönüşü ilə ölkəmizdə başlanmış yeniləşmə və inkişaf Prezident İlham Əliyevin xalqımıza qazandırdığı tarixi Zəfərin işığında yeni bir mərhələyə yüksəlib.

Son xəbərlər

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

Bütün xəbərlər