BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dekabrın 15-də Milli Məclisin Elm və təhsil komitəsi ilə Elm və Təhsil Nazirliyinin “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda birgə ictimai dinləməsi keçirilib.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev tədbir iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb. O, elm və təhsil naziri Emin Əmrullayevin də iştirakı ilə keçirilən ictimai dinləmədə parlamentin bir sıra komitə sədrlərinin, digər komitələrin üzvlərinin, parlamentdə təmsil olunan siyasi partiyaların, Təhsil Nazirliyinin nümayəndələrinin, təhsil ekspertlərinin iştirak etdiyini söyləyib.

Komitə sədri bildirib ki, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələsi hər zaman dövlətin diqqət mərkəzində olub. Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə təsdiq edilmiş bu sahəyə aid dövlət proqramları uğurla icra edilir. Bunun nəticəsi olaraq müəllim peşəsinə olan maraq daha da çoxalıb.

Diqqətə çatdırılıb ki, ölkədə həyata keçirilən təhsil sektorunun inkişafı layihəsinə uyğun olaraq təhsil sahəsində yüksək peşəkarlığa malik pedaqoji kadrların müəyyən edilməsi və təhsilin keyfiyyətinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti 25 iyun 2007-ci il tarixli Qərarı ilə “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası” təsdiq edilib. Sənəddə müəllim peşəsi üçün standartların, təhsil proqramının və müəllimlərin attestasiyası və sertifikatlaşdırılması üçün mexanizmin hazırlanması ilə bağlı məsələlər öz əksini tapıb. Qeyd edilib ki, bununla əlaqədar olaraq 2018-ci ildə “Təhsil haqqında” qanuna “sertifikatlaşdırma” anlayışı və dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı yeni 36-2-ci maddə əlavə olunub. Həmin maddəyə əsasən, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)  işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir. Buna uyğun olaraq, Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib.

Bəxtiyar Əliyev bildirib ki, eyni zamanda, peşə və kvalifikasiya standartlarının hazırlanması qaydaları ilə bağlı Nazirlər Kabinetinin 474 və 475 nömrəli qərarlarına dair izahda deyilir ki, peşə standartı müvafiq peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri, işçinin bilik, bacarıq və vərdişləri nəzərə alınmaqla, əmək funksiyalarını yerinə yetirməsinə imkan verəcək vəzifə öhdəliklərini və fəaliyyətləri özündə əks etdirəcək. Standartın qüvvədə olma müddəti 5 il müəyyən edilir və hər 5 ildən bir standartın yenidən hazırlanması tələb olunur.

O, deyib ki, bununla yanaşı, Nazirlər Kabinetinin 2019-cu il 12 dekabr tarixli 474 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nda peşə standartına 3 nömrəli, kvalifikasiya standartına 4 nömrəli əlavələrdə standartların Azərbaycan Respublikasının Ömürboyu Təhsil üzrə Kvalifikasiyalar Çərçivəsində hazırlanması müəyyən edilir. Komitə sədri peşə standartında mühüm 3 bəndin - işçinin kompetensiyaları, peşə standartı üzrə qiymətləndirmə və onun məqsədlərinin əks olunduğunu qsöyləyib. O, qeyd edib ki, peşə standartı üzrə qiymətləndirmənin məqsədi fərdin müvafiq peşə standartını fəaliyyətlər, vəzifələr və ya tapşırıqlar üzrə həyata keçirə bilməsini müəyyən etməkdir. Sözügedən tapşırıqlar peşə standartında müəyyən edilən texniki bacarıqları, planlaşdırma və problemləri həlletmə biliklərini, gözlənilməz vəziyyətlərdə hərəkət etmək bacarığını, digər şəxslərlə işləmək bacarığını və ünsiyyət bacarıqlarını əhatə etməlidir. Peşə standartı üzrə qiymətləndirmənin məqsədlərinin işəgötürmə,  karyera yüksəlişi, bilik və bacarıqlarda olan boşluqların və təlim ehtiyaclarının müəyyən edilməsi, işçi heyətin qiymətləndirilməsindən ibarət olduğunu deyib.

Komitə sədri bildirib ki, müəllim peşəsi milli kvalifikasiyalar çərçivəsinin 5-ci və 6-cı səviyyələrində təhsili tələb edir. Sertifikatlaşdırma müəllimlərin peşə və ixtisas səviyyəsinin pedaqoji fəaliyyət üçün peşə standartları səviyyəsinə cavab verdiyini əks etdirən bir prosedurdur və zəruri bir məsələdir. Bunun üçün müəllimin peşə standartı hazırlanmalı və həmin peşə standartına uyğun olaraq təhsil proqramları hazırlanmalı və həyata keçirilməlidir. O, bununla əlaqədar olaraq peşəkar assosiasiyaların və ekspertlərin cəlb edilməli olduğunu qeyd edib.

Bəxtiyar Əliyev Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi sertifikatlaşdırma prosedurunun  vacibliyini qeyd edərək, bunun müəllimlərin peşə hazırlığının artırılmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini söyləyib.

Sonra tədbirdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edib. O, təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı həyata keçirilən islahatın əhəmiyyətli olduğunu deyib. Müəllimlərin  peşəkar olmasının vacibliyini, onlara dövləti tərəfindən göstərilən diqqət və qayğını, təhsil sahəsində əməkhaqqının daim artırıldığını qeyd edib. Nazir slaydlarla müşayiət olunan çıxışında sertifikatlaşdırmanın nəticələri barədə məlumat verib.

Emin Əmrullayev sertifikatlaşdırmaya ibtidai sinif müəllimlərinin cəlb olunduğunu, verilən suallar və alınan cavablar əsasında onlara müvafiq balların müəyyən edildiyini deyib. Sertifikatlaşdırmada iştirak edənlər arasında uğur qazananlar, uğur qazanmayanlar, yüksən nəticə əldə edənlər, qənaətbəxş nəticə əldə edənlərlə bağlı say və faiz göstəricilərini diqqətə çatdırıb. O, habelə rayonlar üzrə iştirak edən müəllimlər arasında sertifikatlaşdırmanın nəticələri barədə danışıb. Eyni zamanda, prosesə cəlb olunan müəllimlər arasında yaş qrupları üzrə əldə edilən nəticələrdən bəhs edib. Nazir öz çıxışında sertifikatlaşdırmanın nəticələrini müqayisəli şəkildə təhlil edib.

Nazir hazırda təhsillə bağlı aparılan islahatları, bu sahədə mövcud olan bəzi  çətinlikləri tədbir  iştirakçılarının nəzərinə çatdırıb. Təhsilin səviyyəsinə təsir göstərən amilləri qeyd edib. Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

İctimai dinləmədə Milli Məclisin komitə sədrləri Tahir Mirkişili, Siyavuş Novruzov, Hicran Hüseynova, Musa Quliyev, Sadiq Qurbanov, Qənirə Paşayeva çıxış edərək təhsilverənlərin sertifikatlaşdırılması məsələsinin önəmli olduğunu bildiriblər. Müəllimlərin peşəkarlıq səviyyəsinin  yoxlanılmasının aktuallığını qeyd ediblər. Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən  sertifikatlaşdırma prosedurunun müəllimlərin peşə uyğunluğunun müəyyən edilməsi, onların bilik və bacarıqlarının daha da artırılması baxımından əhəmiyyətindən danışıblar.

Mövzu ətrafında gedən müzakirələrdə deputatlardan Qüdrət Həsənquliyev, Musa Qasımlı, Sabir Rüstəmxanlı, Fəzail Ağamalı, Tahir Kərimli, Məlahət İbrahimqızı, Elşən Musayev, Razi Nurullayev, Etibar Əliyev, Şahin İsmayılov, Ceyhun Məmmədov, təhsil ekspertləri Şahlar Əsgərov, Elçin Əfəndi öz fikirlərini açıqlayıblar, bir sıra qeyd və təkliflərini səsləndiriblər. Çıxışlarda təhsil sahəsində aparılan islahatların təqdirəlayiq olduğu qeyd edilib. Müəllimlərin sertifikatlaşdırılmasının təhsilin səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcəyi bildirilib.

Müzakirələrin sonunda elm və təhsil naziri Emin Əmrullayeva çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətirib, verilən sualları ətraflı cavablandırıb.

Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev ictimai dinləmənin səmərəli keçdiyini söyləyib.

Tədbirdə Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və digər rəsmi şəxslər iştirak ediblər.


Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin  sertifikatlaşdırılması” mövzusunda  ictimai dinləmə keçirilib

Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin  sertifikatlaşdırılması” mövzusunda  ictimai dinləmə keçirilib

Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin  sertifikatlaşdırılması” mövzusunda  ictimai dinləmə keçirilib

 

Son xəbərlər

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

Bütün xəbərlər