BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Q.Musabəyov adına 3№-li kitabxana filialının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərimiz əbədidir!” adlı tədbir keçirildi.
Tədbirdə millət vəkili Aydın Hüseynov, Yasamal rayon MKS-inin direktoru, Fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, Lətifə Məmmədova, tanınmış yazıçı, publisist, "Yazıçı Qadınlar Cəmiyyəti"nin sədri, "Yazıçı qadınlar" jurnalının təsisçisi və baş redaktoru, Q.R.Derjavin ordeni, bir çox ədəbi mükafatların laureatı Nüşabə Məmmədli, şəhid Xəqani Aslanovun oğlu Sadiq Aslanov, Qarabağ qazisi, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai birliyinin sədri Bəhruz Məmmədzadə, Cəfər Cabbarlı ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı, gənc rəssam Aytən Əliyeva, Vətən müharibəsi şəhidi Elşən Müslümovun anası Şövqiyyə Müslümova, şəhid Nicat Qarazadənin anası Nuridə Qarayevaya, ictimai fəallar Sahil Qarayev, Ravin Həsənov, E.Əliyev adına 93№-li tam orta məktəbin şagirdi Nuray Səlimova, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri kitabxana filialının müdiri Arzu Xudayarova açaraq 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanı haqqında məlumat verdi.
Millət vəkili Aydın Hüseynov çıxış edərək, sentyabrın 27-dən başlayan və 44 gün davam edən, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirdi. O, Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini qeyd etdi.
Yasamal rayon MKS-nin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova öz çıxışında 44 günlük Vətən müharibəsindən, Qələbə və Zəfərimizə gedən yoldan, 23 saat 43 dəqiqə davam edən qısamüddətli lokal xarakterli antiterror əməliyyatlarından, Qarabağ münaqişəsinə, erməni separatizminə birdəfəlik son qoyulmasından, şəhidlərimizin və qazilərimizin igidlik və qəhrəmanlıqlarından, Vətən naminə fədakarlıqlarından danışdı.
Tanınmış yazıçı Nüşabə Məmmədli öz çıxışında bildirdi ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. O həmçinin qeyd etdi ki, bu qəhrəmanlar haqqında əsərlər yazılmalı, filmlər çəkilməlidir. Çıxışının sonunda N.Məmmədli qeyd etdi ki, biz azərbaycanlı olduğumuz üçün fəxr edirik, bu gün xalqımızın oğul və qızları hamı başı papaqlıdır, Azərbaycanda yaşayan digər millətlərin oğulları da bizim haqq savaşımıza qoşulmuşdur.
Vətən müharibəsi şəhidi Elşən Müslümovun anası Şövqiyyə Müslümova, qisas əməliyyatı şəhidi Nicat Qarazadənin anası Nuridə Qarayeva bildirdilər ki, övlad dərdi nə qədər ağır və çətin olsa da, onlar qəhrəman, Zəfər dastanı yazan oğulları ilə fəxr edirlər, qürur duyurlar. Şəhid Xəqani Aslanovun oğlu Sadiq Aslanov öz çıxışında atası haqqında xatirələrini bölüşdü. Qazi, ”Xüsusi Təyinatlıların, Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə döyüş xatirələrindən danışdı. O qeyd etdi ki, belə igid, qəhrəman oğullar hər zaman fəxrimizdir. Onlar Vətən sevgisinin, qəhrəmanlığın bariz nümunəsidir.
Cəfər Cabbarlı ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı bu gün Zəfər Günündə şəhidlərimizə, qazilərimizə və bu gün sinəsini sipər edərək hər an Vətənin keşiyində dayanan əsgər və zabitlərimizə minnətdar olduğumuzu vurğuladı.
Gənc rəssam Aytən Əliyeva şəhidlərin qəhrəmanlıqlarını öz əsərlərində əbədiləşdirəcəyi haqqında danışdı. İctimai fəallar Sahil Qarayev, Ravin Həsənov qəhrəmanlıq dastanı yazan şəhidlərin, qazilərin, igid Vətən övladlarının həyatının, Vətən sevgisinin bütün gənclərə örnək olduğunu bildirdilər.
Balaca vətənpərvər Nuray Səlimova tədbirdə vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlər söylədi.
Tədbirdə Zəfər Gününə və Şuşaya həsr olunmuş videoçarxlar nümayiş etdirildi.

Son xəbərlər

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

Bütün xəbərlər