BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində Gəncə Regional Qadın Mərkəzinin təşəbbüsü ilə başladılan “İnklüziv Təhsil Səfirləri” layihəsinin təlim mərhələsi uğurla başa çatdı.

Layihənin məqsədi inklüziv təhsilin inkişafı və təbliğinə dəstək olmaqdır. Təlim mərhələsində Gəncə Dövlət Universitetinin pedaqoji fakültəsində təhsil alan 30 gənc iştirak etdi. Bu gənclərə peşəkar mütəxəssislər tərəfindən “Əlilliyə yanaşma”, “İnklüziv təhsil”, “Fərdi İnkişaf” və digər əhəmiyyətli mövzularda dərin və geniş təlimlər keçirildi. Təlimlər, iştirakçıların bilik və bacarıqlarının artırılması və inklüziv təhsil sahəsində səriştələrinin inkişaf etdirilməsi məqsədilə təşkil olunmuşdur.

Təlim mərhələsi başa çatdıqdan sonra, “İnklüziv Təhsil Səfirləri” adını qazanan gənclər, Gəncə şəhərində yerləşən 10 məktəbin pedaqoji heyəti, şagirdləri və valideynlərini inklüziv təhsil mövzusunda maarifləndirmə işlərinə başlayacaqlar. Bu işlər çərçivəsində müxtəlif təlimlər, seminarlar və görüşlər təşkil ediləcəkdir. Maarifləndirmə fəaliyyətləri ilə aşağıdakı nəticələrin əldə olunması nəzərdə tutulur:

  • Pedaqoji heyət arasında inklüziv təhsilin əhəmiyyəti barədə məlumatlılığın artırılması.
  • Şagirdlərin inklüziv təhsil prinsiplərinə uyğun olaraq bir-birinə qarşı hörmət və anlayışla yanaşmalarının təmin edilməsi.
  • Valideynlərin inklüziv təhsil barədə məlumatlandırılması və bu prosesdə aktiv iştiraka təşviq edilməsi.

“İnklüziv Təhsil Səfirləri” layihəsi, Gəncə Regional Qadın Mərkəzinin inklüziv təhsilin inkişafına verdiyi önəmi əks etdirir. Layihə, həm də cəmiyyətin müxtəlif təbəqələri arasında inklüziv təhsil mövzusunda məlumatlılığın artırılması və bu sahədə geniş anlayışın formalaşdırılmasına əhəmiyyətli töhfə verəcəkdir. Gənc könüllülərin bu layihədə fəal iştirakı, inklüziv təhsilin təbliği və inkişafı üçün vacib bir addımdır.

Son xəbərlər

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Bütün xəbərlər