BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Korrupsiya ilə mübarizədə ictimai dəstəyin rolu” mövzusunda dəyirmi masa təşkil edilib. 

Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkişaf və İslahatlara Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi çərçivəsində baş tutub. 

Tədbir ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.

ADPU-nun Quba filialının direktoru Yusif Alıyev və “İnkişaf və İslahatlara dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən bəhs etdilər. Yusif Alıyev Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların xalqımız və dünya birliyi tərəfindən yüksək dəyərləndirildiyini vurğulayaraq, neqativ halların aradan qaldırılmasının zamanın və xalqın mənəvi tələbi olduğunu qeyd etdi.
İctimai Birliyin sədri Ramil Əliyev isə layihənin məqsədinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni çatdırmaq və bu mübarizədə geniş ictimaiyyətin dəstəyini qazanmaq olduğunu bildirdi.

Tədbirdə iştirak edən əməkdar mədəniyyət işçisi Elza Orucova, “Xüsusi təyinatlılar və qazilər” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, baş redaktorlar Nahid Canbaxışlı, Vasif Həsənli və Əli Vəliyev, araşdırmaçı-jurnalist Əli İbrahimov layihənin məqsəd və hədəflərindən danışdılar. 
Çıxışlarda qeyd olunub ki, xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan xalqının milli sərvətidir.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə dövlətmizin gücünü, xalqımızın birliyini, ordumuzun yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizi və xalqımız qarşısında əsalı vəzifələr müəyyən edib. Korrupsiya və rüşvətxorluğa qarşı ictimai birlik şəkilində mübarizə aparmaq ümumilikdə cəmiyyətimizin saflaşması strategiyasıdır. Bu baxımdan təqdim olunan layihə təqdirəlayiq qiymətləndirilib.
Layihə çərçivəsində mövzu ətrafında Bakı, Sumqayıt, Quba və Xaçmazda da tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Bütün xəbərlər