BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Bu baxımdan qeyd etməliyik ki, dilin milli varlığın mühafizəsindəki roluna dair dünya xalqlarının mütəfəkkirləri çoxsaylı əsərlər yazmış, zəngin elmi-nəzəri irs qoyub getmişlər. Dil hər bir milli mədəniyyətin canı, cövhəri, mənəvi dəyərlərimizin ən mühüm və davamlı daşıyıcısıdır. Fəqət, ana dilini hifz etmədən, onun inkişafı, zənginləşməsi üçün zəruri tədbirlər həyata keçirmədən xalqın milli özünəməxsusluğunu, milli ruhu qorumaq mümkün deyildir. Bu nöqteyi-nəzərdən Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunub-mühafizə olunmasında müstəsna xidmətləri olmuşdur.
Bu fikirləri saytımıza açıqlamasında VI çağırış Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
O, bildirib ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev 1978-ci ildə Azərbaycan dilinin tarixində, bütövlükdə xalqımızın yaddaşında dərin iz qoyacaq tarixi təşəbbüslə çıxış etmişdir. Beləki, O, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdu.
Fikirlərinin davamı olaraq, Tamam Cəfərova bildirib ki, Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində digər həyata keçirilən tədbirlər xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu. Ulu Öndər Heydər Əliyevin dediyi kimi ““Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”. Azərbaycan dili tarix boyu Azərbaycan xalqının mənsub olduğu mədəniyyətin güzgüsü olmaqla yanaşı, xalqımızın müstəqillik və mübarizə əzminin daşıyıcısına çevrilmişdir.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılmışdır. Azərbaycanın ilk Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dili məsələsi ətrafında da geniş diskussiya və müzakirələr aparılmışdır. Məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olunmuşdur. Nəhayət, xalqımız 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar çıxmışdır. Beləliklə, dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırılmış, onun hüquqları qorunmuş, cəmiyyətdəki mövqeləri bərpa edilmişdir.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi olan Heydər Əliyev yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Fərmanda dilimizin tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində mövcud problemlər də geniş təhlil edilmiş, onların həlli yolları göstərilmişdir. 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin reallaşması ulu öndər Heydər Əliyevin dilimizin inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Ümummilli liderin 2001-ci il 9 avqustda imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmana əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və dili günü kimi geniş qeyd edilir.
"Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir" deyən cənab Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.
Sonda millət vəkili T.Cəfərova bildirib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması istiqamətində verdiyi sərəncamlarla dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını Azərbaycan xalqına və dünya azərbaycanlılarına nümayiş etdirmişdir.

 

Son xəbərlər

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Bütün xəbərlər