BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Laçına dəfələrlə səfər edib

 Bu gün Azərbaycan gəncləri vətənpərvər, Vətənə, millətinə bağlı bir nəsil kimi yetişirlər. Biz onlarda vətənpərvərlik hissini daha da gücləndirməliyik. Hazırda laçınlılar arasında da vətənpərvər gənc nəsli böyüyür. Onlar elə Laçında böya-başa çatr və doğma torpaqlarının tarixini öyrənirlər. Artıq onlar bilirlər ki, 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. 1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Lakin bu cənnət məkanın üzərini də 1992-ci ildə qara buludlar almışdır. Həmin ilin mayın 18-də erməni işğalçılarının rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan etmişlər. Qeyd edək ki, Şuşa və Laçının işğalına ermənilər ciddi hazırlaşmışdılar. Təəssüf ki, Şuşaya, daha sonra Laçına hücum edəcəyi barədə kəşfiyyat məlumatları ola-ola Laçın Özünümüdafiə Alayı buraxılmışdır. Yüzlərlə döyüşçü öz evinə yola salınmışdır. Şuşaya 8 mayda edilən hücuma qədər Şuşada və Laçında olan hərbi birləşmələrin döyüş qabiliyyətini sarsıdan, əməlli-başlı pərakəndəlik yaradan xeyli proseslər baş vermişdi. O vaxt respublikaya rəhbərlik edən şəxslər həlledici vəzifələri olaraq Laçının müdafiəsini yox, Laçının əhalisini qısa müddətdə köçürərək oranı düşmənə təslim etməyi görmüşdülər. Bir sözlə, həmin dövrdə aşkar xəyanət, bəzilərinin isə bilərəkdən və ya bilməyərəkdən həmin xəyanətə verdiyi dəstək Şuşa və Laçının itirilməsi ilə yekunlaşdı. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Lakin bu işğalın qarşısını almaq olardı. Sözsüz ki, Şuşanı və Laçını ordu müdafiə etməli idi. Özü də bu ordu elə təşkil edilməli idi ki, onun hər hansı qayğısı, problemi olmasın. Təəssüf ki, belə edilmədi. Ordunun mülki əhali ilə möhkəm bağlılığı saxlanıldı. Çünki həmin ərazilərdə döyüşənlərin əksəriyyəti yerli əhali idi. Ən böyük yanlışlıq isə onda oldu ki, düşmən hücuma keçən vaxtı mülki əhalinin kütləvi surətdə köçürülməsi başladı. Nəticədə əlində silah olanların xeylisinin başı öz ailə-uşağına qarışdı. Bu isə ümumi döyüş hazırlığına, xüsusən əsgərlərin əhval-ruhiyyəsinə çox pis təsir etdi. Amma ən azından 100 il bundan əvvəlki kimi edilməli idi. O vaxt yalnız döyüş gedən ərazidə olan kəndlərin mülki əhalisi qonşu kəndlərə köçürülmüşdü. Hamı da bilirdi ki, qabaqda düşməndir, azacıq arxada isə onun ailə üzvləridir. Bunun nəticəsində Sultan bəyin və Xosrov bəyin rəhbərliyi ilə laçınlılar o vaxt düşmənə layiqli cavab vermişdilər. Digər tərəfdən, Laçına və Şuşaya kömək adı ilə gələrək yarı yoldan qayıdanlar, yaxud da heç bir səbəb olmadan döyüş mövqeyini tərk edərək qaçanlar ciddi çaşqınlığa və xaosa səbəb olmuşdular. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş o qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü.

Bu gün işğaldan azad olunan rayonlarla bağlı xarici auditoriya üçün filmlər çəkilməlidir. Bu filmlərdə həmin rayonların işğaldan əvvəlki və işğal dövründəki vəziyyəti, eləcə də hazırki dövrü müqayisəli şəkildə işıqlandırılmalıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın terrorçu, işğalaçı simasını görməlidir. Ermənilərin Azərbaycan xalqının başına gətirdikləri faciələr beynəlxalq ictimaiyyətə daha geniş çatdırılmalıdır.

 Artıq ölkənin ərazi bütövlüyünü Müzəffər Ordumuz təmin edib. Vətənin ərazi bütövlüyünü bərpa etmək üçün ordumuz sarsılmaz iradə göstərdi. Biz tarixi ədalətin təntənəsinin şahid olduq. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Hər bir laçınlı, ümumiyyətlə azərbaycanlı  mübarizlik iradəsini ortaya qoya bildi. Məhz bunun nəticəsdir ki, Laçın işğaldan azad olunub. Hazırda Laçında dövlətimiz tərəfindən quruculuq və abadlıq işləri aparılır. Bütövlükdə Laçında 700-dən artıq bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Laçına dəfələrlə səfər edib. “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”, - deyə Prezident İlham Əliyev Laçına səfərlərinin birində vurğulayıb. Artıq laçınlılar öz evlərinə dönürlər. Bu yerlərin sakinləri 26 avqust - Laçın şəhəri gününü elə məhz Laçında şəhidləri anaraq qeyd edirlər.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Son xəbərlər

ARMQTİB 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edib

Ərəb mediasında azərbaycanlı tədqiqatçı-alimin geniş müsahibəsi dərc olunub

Gəncə terroru– Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qanlı təxribat - ŞƏRH

Zəfər yolu: Füzulinin azad edilməsi

“Ohrid – Vodici, 2026” XIV Beynəlxalq Elmi Konfrans

Füzuli şəhərinin azad olunmasının tarixi-siyasi və sosial əhəmiyyəti

15 oktyabr xalqın inamının Zəfər taxtına yüksəldiyi gündür

Yaddaş institutlarının nümayəndələri Beynəlxalq konfransda iştirak etdilər

Daşkənddə Mahirə Nağıqızının özbək dilində çap olunan şeirlər toplusunun təqdimatı olub

MDB məkanında dostluq, əməkdaşlıq və inkişafın yeni mərhələsi

Şair, publisist Nəsibə İsrafilqızının “TÜRKSOY” şeiri oxuculara təqdim olunur

Seriallar cəmiyyətin şüuruna təsir edən silaha çevrilib

Türk Dünyasının nəqliyyat körpüsü

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

S.Yeseninin yubileyinə həsr olunmuş musiqili-poetik gecə

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Tarixi Qələbədən Böyük Qayıdışa

Gələcək nəsillərə vətənpərvərlik nümunəsi

Milli qurtuluş yolunun başlanğıcı

11-ci Bakı beynəlxalq kitab sərgisində “Masal Masal Türkiyə, Türk dünyası Azərbaycan” çap və digital formatda təqdimatı olub

27 Sentyabr – Zəfərə aparan yol və şəhid Ziya Ağayevin ölməz xatirəsi

Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda təqdimatı olub

ADPU-da gənclərin zərərli vərdişlərdən qorunmasına həsr olunmuş tədbir keçirilib

Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: siyasi, iqtisadi və humanitar müddəalar

Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Ədalətin bərpası və yeni dövr

Dövlət Gömrük Komitəsində Anım Gününə həsr edilən dəyirmi masa keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Daşkənddə tədbir keçirilib

QHT Anım Günü ilə bağlı bəyanat yaydı

Yasamal rayon ictimaiyyəti 27 sentyabr – Anım günündə şəhidləri yad edib

“Qəhrəmanlıq və igidlik günü” adlı tədbir keçirildi

Bütün xəbərlər