BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Yasamal rayon MKS-nin A.Şaiq adına 2 №-li kitabxana filialında “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” adlı tədbir keçirildi.
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri A.Şaiq adına kitabxana filialının  müdiri v.m.i.e. İradə Hüseynova açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən Şuşa şəhərinin 2024-cü il "İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması haqqında məlumat verdi. Qısa müddət ərzində şəhərin yenidən qurulması, tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində aparılan işlərin hamını sevindirdiyini vurğuladı.
Tədbirdə Yasamal rayonu Qadınlar Cəmiyyətinin sədri, “Carçı” jurnalının təsisçi və baş redaktoru Gülnarə Əmirquliyeva, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti, politoloq Tofiq Əlizadə və üzvləri Xatirə Kərimova, Səmayə Baxşəliyeva, şair, yazar Məhərrəm Məhərrəmov və şair, publisist Nəzakət Əhmədova iştirak etdilər.
Çıxış edənlər Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin ölkəmiz üçün tarixi hadisə olduğunu, bu əlamətdar hadisənin islam aləminin Şuşa mədəniyyətinə verdiyi yüksək qiymət kimi dəyərləndirilməsindən danışdılar. 
Yasamal rayonu Qadınlar Cəmiyyətinin sədri, “Carçı” jurnalının təsisçi və baş redaktoru Gülnarə Əmirquliyeva çıxışında Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsini, Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günləri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlərin keçirildiyini, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edildiyini qeyd etdi.
Kitabxana filialının  müdiri v.m.i.e. İradə Hüseynova şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü  Şövkət Zərin Horovlunun “Qarabağ Azərbaycandır!” şeirini və şair Məhərrəm Məhərrəmov yazdığı “Azərbaycan Ordusu” şeirini səsləndirdi.
Sonda Xatirə Kərimova sözləri Abdulla     Şaiqə, musiqisi Şəfiqə Axundovaya aid “Zəfər bizimdir” mahnısını ifa etdi.

Son xəbərlər

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Bütün xəbərlər