BAKU Azərbaycan
6.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 Uzun illərdi dövlət qulluğuna qəbul prosesinin fəal iştirakçısıyam. Yəni dövlət qulluğuna qəbul prosesində baş verənlərdən az-çox məlumatlıyam. Əminliklə deyə bilərəm ki, bu sahədə ciddi islahatlar aparılıb və müsbət dəyişiklər getməkdədir. Əvvəllər Dövlət Qulluğina Qəbul Komissiyasının başladığı, həm dövlətimiz, həm də də vətəndaşlarımız üçün əhəmiyyətli və faydalı olan bu prosesi Dövlət İmtahan Mərkəzi uğurla davam və inkişaf etdirir. Bu fəaliyyətin nəticələrini və səmərəsini ali məktəblərə qəbulda test üsülunun tədbiqi ilə müqahisə etmək də olar. Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycanda dövlət qulluğuna qəbul formatı dünyada ən qabaqcıl təcrübələrdən biridir. Məhz bu fəaliyyətin nəticəsi olaraq son illər dövlət orqanlarına savadlı, bacarıqlı və vənətpərvər gənclər qəbul edilib. Ən vacibi də odur ki, həmin gənclər əvvəlki dönəmlərdən fərqli olaraq "tapşırıqla", " rüşvətlə" deyil, yalnız öz bilk və bacarıqları sayəsində dövlət orqanlarına işə qəbul ediliblər. Bu vətəndaşlarımız, xüsusilə də gənclər arasında həm dövlətimizə, həm dövlət orqanlarına, bu istiqamətdə aparılan fəaliyyətə etimadı artırdı. İnsanlarda ədalətə, obyektivliyə inamı yüksəldi. Amma təəssüf ki, daim bu prosesə əngəl olmağa, ona ləkə salmağa çalışan qüvvələr olub və bu gün də var. Belə ki, bu mütərrəqi prosesdən narazı qalan işbazlar, o cümlədən  bəzi dövlət orqanlarında "işə qəbul" prodesində əlini qızdıran, dövlətin deyil, şəxsi və ya korporativ maraqları üstün tutan bəzi məmurları "keçən  günləri qaytarmaq" arzusu rahat buraxmır. Əlbəttə ki, vaxtilə ən aşağı yardımçı vəzifələrə (texniki işçilərə) belə "kənardan" ("adamı və pulu olmayanın") gəlməyin mümkün olmadığı, hər vəzifənin öz tarifinin hökm sürdüyü dövrlərlərdən fərqli olaraq, artıq bütün prosesin şəffaf, ədalətli aparılması belələrini razı sala bilməzdi. Həmin insanlar bu prosesi ləkələmək, qarşısını almaq üçün hər fürsətdən istifadə etməyə çaışıblar. Əlbəttə hələ ki ciddi uğurlar qazana bilməyiblər. Amma müxtəlif yollarla təsir dairələrini, imkanlarını genişləndirmək uğrunda cəhdlər olub. Yeri gəlmişkən, bu günlərdə öyrəndiyim bir məsələyə diqqəti cəlb etmək istəyirəm. Əlbəttə nəzərinizə çatdıracağım məsələni yuxarıda sadaladığm səbəblərlə müqayisə etmək, eyniləşdirmək fikrindən uzağam, amma hər halda hesab edirəm ki. müzakirəyə və vaxtında  tədbirlərin görülməsinə ehtiyac var. Belə ki, bəzi dövlət orqanları  öz tabeliyində olan  ayrı-ayyı altqurumların (elmi-tədqiqat institutları və s.) əməkdaşlarını  müsahibə komissiyalarına üzv (müstəqil ekspert)  kimi daxil edərək, komissiyanın tərkibində pariteti pozaraq, proseduru öz xeyirlərinə  dəyişdirir, sağlam rəqabət, obyektiv qiymətləndirmə mühitnə kölgə salırlar.  Yəni artıq üç nəfərlik komissiyanın iki üzvünün səsini (dövlət orqanın öz namizədi və onun altqurumunun "müstəqil ekspert" kimi təqdim etdiyi namizəd) əvvəlcədən təmin etmiş olur və özlərinə uyğun (əvvəlcədən müqavilə ilə işə qəbul edilmiş,  ya şəxsi tanışlıq və s. kimi vasitələrlə işə düzəltməyə cəhd edənlərin və s.) namizədlərin xeyrinə qərar qəbul etmək inkanını təmin etmiş olurlar. Hörmətli dövlət orqanları və onların çox hörmətli rəhbərləri, çox xahiş edirik, bu əməllərin qarşısını almaq üçün tədbirlər görün. Axı ən azından sizə,  müxtəlif əyri yollarla gəlmiş savadsızlar, bacarıqsızlar  deyil, şəffaf və obyektiv şəkildə keçirilmiş müsabiqəni qazanmış və halal haqqı olan yüksək intelektə malik gənc  kadrlar lazımdı,  Hesab edirəm ki, bu, düzgün addım deyil və maraqlar toqquşması olmaqla yanaşı, şəffaflığa,  obyektivliyə zərərli, bütövlükdə isə ölkə də uğurlu hesab edilən islahatlara, fəaliyyətlərə, o cümlədən  DİM-in fəaliyyətinə, ümumiiyyətlə, gövlət qulluğuna qəbul prosesinin kifayət qədər yaxşı səviyyəyə çatmasında əziyyəti olan yüzlərlə insanın əməyinə hörmətsizlik kimi qəbul edilməlidir. Ən əsası da bu kimi fəaliyyətlər bu proresdə geriyə doğru atılmış addımdır!

Əhməd Abbasbəyli,

siyasi ekspert

Son xəbərlər

Azərbaycanda yeni əməkdaşlıq PLATFORMASI– Dörd nüfuzlu təşkilat BİR ARADA – FOTO

Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyinin təminatıdır

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Bütün xəbərlər