BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Fire Land Production” hər zaman vətənpərvərlik mövzularına xüsusi önəm verib, 44 günlük müharibə dövründən sonra isə şəhid yaxınlarını diqqətdə saxlayıb, onlara xüsusi qayğı ilə yanaşıb.  

Son 2 il “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri çərçivəsində 20-ə yaxın tədbir keçirilib, 1000-ə yaxın şəhid əmanətini bu silsilədən olan tədbirlərə dəvət edilib.

Bütün tədbirlər şəhid yaxınlarının, ictimai, siyasi xadimlərin, mədəniyyət nümayəndələrinin iştirakı ilə Şuşa Şəhər Dövlət Qoruğu, DreamLand Golf Club, Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Heydər Əliyev Mərkəzi kimi önəmli məkanlarda təşkil olunub. Bütün tədbrilər Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən  şəhid yaxınlarının təhlükəsizliyinə diqqət edilib, onlara ehtiram göstərilib. Bu səfər isə şəhid əmanətlərinin 1 gününün maraqlı, əyləncəli keçməsi, istirahətlərinin təmin olunması üçün “Hyatt Regency” hoteli onları “Yayın son günü”nü qeyd etməyə dəvət etdi. “Fire Land Production” və “Hyatt Regency” hotelinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün bu gün unudulmaz oldu.

Qeyd edək ki, avqustun 31—ində baş tutan tədbirə 150-ə yaxın şəhid övladı, 50-yə yaxın şəhid xanımının dəvət olunub. “Fire Land Production” tərəfindən musiqili proqram, tanınmış səhnə ulduzlarının dəvət olunması, uşaqların əyləncəsi üçün animatorların iştirakı təmin olunub. Günün birinci yarısında şəhid övladları hotelin hovuzunda üzərək əsl yay həyəcanını yaşadıblar. Sonra onlar üçün təşkil olunmuş süfrəyə əyləşiblər. Tanınmış aparıcı, gənclərin sevimlisi Elvin Mərdanov və onun xanım həmkarı Mədinə Abdullayeva şəhid övladlarının yaddaqalan və unudulmaz bir gün keçirmələri üçün tədbirin idarə edilməsini öz öhdələrinə götürüblər.   

Uşaqların əyləncəsinə “Mister White” adı ilə tanınmış şoumen Oleq Silkov da qoşulub.

Tədbirə animator kimi dəvət olunmuş super qəhrəman “Hörümçək adam”ın şəhid övladlarına “Əsl qəhrəmanlar sizin atalarınızdır” deməsi isə şəhid yaxınları arasında kövrək anlara səbəb olub.

Musiqili qonaqlardan Murad Arif, Hiss, Günay İbrahimli, Çinarə Məlikzadə, Turanə Səfərli şəhid əmanətləri qarşısında şövq ilə çıxış ediblər. Kikboksinq üzrə dəfələrlə dünya çempionu olmuş Zabit Səmədov qəhrəman övladlarına həyatın bütün sahələrində dəstəyini ifadə edib. Dünya və Avropa çempionu Rəsul Çunayev şəhid övladlarının yanından bir an olsa belə ayrılmayıb. Tanınmış aparıcı Hacı Nuran da hər zamankı kimi  şəhid yaxınlarına diqqətini əsirgəməyib.

“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin rəhbəri,  Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanov çıxışında  fikirlərini bu cür ifadə edib:

“Super qəhrəmanları əsl qəhrəmanların övladları ilə tanış etməyin vaxtı idi. Yayın sonu bunun üçün yaxşı fürsət oldu. Uşaqlar həm əyləndirlər, həm də bizim onların qəhrəman atalarına nə qədər minnnətdar olduğumuzu bir daha hiss etmiş oldular. Hər zaman dediyim kimi, nə qədər çalışsaq da şəhidlərimizin haqqı ödənməz, biz onlara həmişə borclu qalacağıq. Hər zaman bu cür layihələrə dəstək olan və daim şəhid ailələrinin yanında olan Heydər Əliyev Fonduna dərin təşəkkürümüzü bildiririk. Şəhid əmanətlərinin və yaxınlarının ən böyük dəstəkçiləri məhz Heydər Əliyev Fondunun rəhbərliyidir. Məhz buna görə şəhid Telman Kəlbiyevin övladı Səid balamız öz ad günündə şəhid övladlarına hədiyyələr edən vitse prezident Mehriban xanım Əliyevaya balaca ürəyindən keçən sözləri, təbrikləri çatdırmaq istədi. Və şəhid övladlarının alqışlarını ona hədiyyə etmək sitədiyini bildirdi. Uşaqlar həqiqəti daha yaxşı hiss edib, daha ədalətli  ifadə edə bilirlər. Şəhid övladları həm də polis əmilərinin onlara olan münasibətlərindən qürur duyurlar. Daxili İşlər Nazirliyinin əməkdaşları onları hər gördükləri yerdə hərbi salamla salamlayırlar. Şəhid əmanətləri “Yayın son günü”ndə onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını sevinc hissləri ilə biruzə veriblər. Əminik ki, “Hyatt Regensy”nin açıq hava tədbirləri üçün nəzərdə tutulmuş məkanında hovuz əyləncəsi, animatorlarla yarışlar, ulduzlarla bir səhnədə rəqs etmələri uşaqlıq xatirəsi kimi onların hafizəsində qalacaq”.
//youtube.com/watch?v=HHmt00l4RR8&feature=share

 

Son xəbərlər

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

Bütün xəbərlər