BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2025-ci il noyabrın ayının 13-də Azərbaycan Texniki Universitetində (AzTU) “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən hazırlanmış “İqlim dəyişikliyi və ISO standartları” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində dövlət və özəl qurumların rəhbər və əməkdaşları, iş adamları, mütəxəssislər, təhsil və elmi ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu açılış çıxışı edərək rəhbərlik etdiyi təşkilatın 18 illik fəaliyyətindən, eyni zamanda həyata keçirdiyi layihə və tədbirlərdən danışıb. Assosiasiya sədri tədbirin keçirilmə məqsədini, adıkeçən kitabın hazırlanma zərurətini, onun müəssisələrimiz və mütəxəssislər üçün nəzəri və praktiki vəsait kimi əhəmiyyətini qeyd edib. S. Novruzlu kitabın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyninin maliyyə dəstəyi ilə nəşr olunduğunu bildirib.

Daha sonra çıxış üçün söz AzTU-nun rektoru, professor Vilayət Vəliyevə verilib. Rektor nitqində iqlim dəyişikliyi, qlobal istiləşmə və onunla mübarizənin bəşəriyyət üçün ən aktual problemlərdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu proseslərin qarşısının alınması, ekoloji tarazlığın qorunması və dayanıqlı inkişafın təmin olunması istiqamətində elmi tədqiqatların aparılması, innovativ yanaşmaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi və həmin təsirin azaldılmasında ISO standartları mühüm rol oynayır. Rektorun çıxışında Beynəlxalq Standartlaşdırma Təşkilatı standartlarının iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfə xüsusi vurğulanıb. Bu mübarizədə ISO standartları təkcə məhsul, xidmət və idarəetmənin keyfiyyətinə deyil, həm də qlobal davamlılıq məqsədlərinə nail olmaq üçün praktiki və universal alət kimi çıxış edir və bu standartların məqsədi biznes və sənaye sahəsində çalışanlara qlobal çağırışlara necə cavab verəcəklərini göstərən tətbiqi yanaşmalar təqdim etməsidir. Vilayət Vəliyevun sözlərinə görə “İqlim dəyişikliyi və ISO standartları” kitabı iqlim dəyişikliyi ilə mübarizədə müasir yanaşma və metodları əhatə edir və o, mütəxəssislər, tədqiqatçılar və tələbələr üçün mühüm metodoloji vəsait kimi istifadə oluna bilər.

Daha sonra çıxış üçün söz kitabın hazırlanması üzrə işçi qrupunun rəhbəri Nazim Məmmədova verilib. O, kitabın hazırlanmasını zəruri edən səbəblər, eyni zamanda orada toxunulan mövzular barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov çıxış edib. Baş direktor iqlim dəyişikliyi, ekoloji problemlər, həmçinin metrologiya sahəsində beynəlxalq standartların tətbiqinin vacibliyindən danışıb. O qeyd edib ki, bu sahələrdə elmi yanaşmaların və dəqiq ölçmə sistemlərinin inkişafı qlobal istiləşmənin təsirlərinin azaldılması, təbii resurslardan səmərəli istifadə və ekoloji təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar v ə İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun direktor əvəzi Kəmalə Məmmədzadəyə verilib. İqlim dəyişikliyi və standartlaşdırma mövzusunda Standartlaşdırma İnstitutunun direktor əvəzinin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə SOCAR Downstream Karbamid zavodunun SƏTƏMM meneceri, eyni zamanda “G&I Academy”-in Dayanıqlılıq, ətraf mühit və peşə təhlükəsizliyi üzrə mütəxəssisi Nurlan Axundov və AzTU-nun Enerji və Dayanıqlı İnkişaf İnstitutunun mütəxəssisi Gövhər Vəliyeva çıxışlarında iqlim dəyişikliyi və onun təsirlərinin azaldılması istiqamətində hazırda dünyada tətbiq olunan yanaşma və metodologiyalara toxunublar.

Tədbirdə Keyfiyyət Assosiasiyasının İdarə heyətinin üzvü, “İNCERT” MMC-nin direktoru Şamo Muradovun “İqlim dəyişikliyi və sertifikatlaşdırma” mövzusunda çıxışı maraqla dinlənilib. Ş.Muradov çıxışında iqlim dəyişikliyi fonunda müəssisələrin fəaliyyətində yaranan çətinliklər, bu dəyişikliklərin sənaye və kənd təsərrüfatına təsirləri, həmçinin qeyd olunan sahələrdə auditiorların üzləşdiyi problemlərdən onların həlli yollarından danışıb.

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilib və hər bir iştirakçıya “İqlim dəyişikliyi və ISO standartları” kitabının bir nüsxəsi hədiyyə olaraq təqdim edilib.

Qeyd edək ki, “İqlim dəyişikliyi və ISO standartları” kitabı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyninin maliyyə dəstəyi ilə nəşr olunub.













Son xəbərlər

Ağdam: Tarixi İrsin, Zəfərin və Böyük Qayıdışın rəmzi

Fəxri oxucunun şəhidlərə həsr olunmuş kitabı kitabxanalara hədiyyə olundu

Azərbaycan–Özbəkistan strateji müttəfiqliyinin yeni səviyyəsi

Qubanın Afurca məktəbi şəhid məzununu anıb, diaspor nümayəndəsi ilə görüş keçirib

Vandalizmdən dirçəlişə doğru

Zengezur Özgürlük Harekatı’ndan kutlama mesajı yayınladı

“İqlim dəyişikliyi və ISO standartları” kitabının təqdimatı keçirilib

“VƏTƏN FƏDAİLƏRİ” LAYİHƏSİ XIZIDA TƏQDİM OLUNDU

Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrin idarəçiliyində yeni mərhələ

Belarusda dinamik inkişaf edən “Azerbeltrade” şirkəti 10 illik yubileyini qeyd edir

“Ana qanunumuzun işığında” adlı tədbir keçirilib

“Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” -QHT sədri

Şuşa şəhəri günü: Azərbaycan qürurunun, mədəniyyətinin və zəfərinin simvolu

Məhəbbət İbrahimovanın yaradıcılıq gecəsi – Ziyalılıq, vətənpərvərlik və qadın qüdrətinin təntənəsi

Orenburq Prezident Kadet Məktəbinin rəhbərinə Azərbaycanın qəhrəmanları haqqında kitab hədiyyə olunub

Qara Brilliant klubunun idmançısı 3-cü dəfə Respublika 1-cisi oldu

Zəfər Gününə həsr olunmuş xeyriyyə konserti

Konstitusiyamızın 30 illiyi – hüquqi dövlət quruculuğunun təntənəsi

Rusiyada Vətən Müharibəsinin 5 ci ildönümünə həsr olunmuş sənədli film çəkilib

Gənc pianoçu Ayan Məmmədli Budapeşt şəhərində möhtəşəm solo konserti ilə çıxış edib

Krasnoyarsk diyarının qubernatoru diaspor rəhbərini təltif edib

Konstitusiyanın tarixi və müasir əhəmiyyəti

T.Abbasov adına 225 nömrəli tam orta məktəbdə Zəfərimizin 5 illiyi qeyd olundu

AYB-nin üzvü Koreya Respublikasının televiziya kanalına müsahibəverib

Zəfərin davamı – güclü sosial dövlət

8 Noyabr – Azərbaycanın Şanlı Zəfər Günü

Müstəqilliyin və qürurun rəmzi

“Qarabağ Azərbaycandır!”

Gəncədə “Zəfər övladlarının mədəniyyətdə bir günü” adlı tədbir keçirilib

Qarabağ Zəfərinin zirvəsi

Bütün xəbərlər