BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olmaq əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişafdadır və ölkələrarası münasibətlər etibarlı tərəfdaşlığa söykənir. Beynəlxalq aləmdə reallaşdırdığı layihələrlə körpü rolunu oynayan ölkəmiz tranzit ölkə olaraq beynəlxalq aləmdə uğurlu əməkdaşlığa imza atır.

Azərbaycan enerji ilə bağlı da müasir dövrün tələblərinə uyğun olaraq mühüm əhəmiyyət kəsb edən layihələrin müəllifi olaraq enerji təhlükəsizliyində mühüm rol oynayır. Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışi ölkəmizin həyatında əlamətdar hadisələrdın biridir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji potensialını daha da gücləndirəcəkdir. Bərpaolunan enerji sahəsində sözügedən bu layihə Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında tərəfdaşlığın gücünü və dərinliyini nümayiş etdirir.

Ölkəmiz dinamik və qabaqcıl ölkə olaraq, iqtisadiyyat, cəmiyyətimizin müasirləşdirilməsi və transformasiyası yoluna qədəm qoyub. Azərbaycan birmənalı şəkildə müasir karbohidrogen sənayesinin beşiyidir.

Bu təşəbbüslər güclü tərəfdaşlıq və etibarlı texniki təməl əsasında Azərbaycanı regional təmiz enerji qovşağına çevirməkdə ümumi məqsədlərin ifadəsidir.  “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaqdır. Layihənin baş podratçısı Çinin “Power China Group”un törəmə şirkəti olan “Power China Huadong Engineering Co., Ltd.”dir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxışı zamanı bildirdiyi kimi,  “ Bu stansiyanın tikintisində baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyətini qeyd etməliyəm. Bu şirkət bu layihədə podratçı kimi iştirak edir, ancaq digər layihələrdə, o cümlədən investor kimi iştirak edəcək. Əminəm ki, bu şirkətin nəzərdə tutduğu bütün planları Azərbaycanda həyata keçəcəkdir.”  Bu enerji stansiyasının sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək. Bununla da Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin əldə olunması məqsədinə əhəmiyyətli dərəcədə töhfə veriləcəkdir.

Dövlət başçısının cıxışında  bildirdiyi kimi, son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır:  “Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək”. Dövlət başçımız onu da bildirib ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Demək olar ki, son 20 il ərzində Azərbaycanın enerji sistemi, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Vurğulamaq yerinə düşər ki, ötən il Mingəçevirdə yeni elektrik stansiyası açılmışdı.  Bu ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir.

Bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən də diqqəti  çəkir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası, bu gün isə  240 meqavat gücündə külək elektrik stansiyası istismara verilib. İşğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Sözügedən üç stansiyaların ümumi potensialı 340 meqavatdır. Azərbaycanın bir sra yerlərində də bərpaolunan enerji növləri inkişaf edir. Digər böyük stansiyaların açılışı isə Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur.

Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun dünya ölkələri ilə əlaqələrinə müsbət təsir göstərib. Bildiyimiz kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Bu gün Azərbaycanın Avropa İttifaqı ilə bir çox sahələrdə uğurlu əməkdaşlığı var. Azərbaycan Avropa enerji təminatının şaxələndirilməsində mühüm əhəmiyyətə malik lider ölkə kimi yüksək imicə sahibdir. Müxtəlif layihələr ilə dövlətlər arasında əməkdaşlığın və dialoqun güclənməsinə öz töhfəsini verən Azərbaycan bərpaolunan enerji potensialına malik olan ölkə kimi hədəflənən qabaqcıl yanaşmaların tətbiqinə xüsusi önəm yetirir. Dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlar daha da şaxələndirir. Bütövlükdə, Azərbaycan hökuməti 2030-cu ilə qədər enerji tələbatının 30 faizini bərpa olunan mənbələr hesabına ödəməyi qarşısına məqsəd qoyub. Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır.

         Azərbaycanın dünyada beynəlxalq və genişmiqyaslı tədbirlərin uğurlu təşkilatçısı, eləcə də nüfuzlu tərəfdaş ölkə olması ölkəmizin gücünü, nail olduğu uğurlarını bir daha təsdiqləyir.

 

Əbilfəz Mahmudov,

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, energetik

Son xəbərlər

Azərbaycanda sağlamlıq turizminin inkişafı istiqamətində mühüm addım

Uşaq yazıçısı Solmaz Amanovanın yubileyi qeyd olundu

Beynəlxalq Forum çərçivəsində müxtəlif panel müzakirələri təşkil olundu

YAP Səbail rayon təşkilatının ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib -FOTOLAR

Səbaildə “Qərbi Azərbaycanın Memarlıq İrsi” mövzusunda tədbir keçirilib

Kitablar səltənətinin incisi: “Pərvanə” romanı

“Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” Beynəlxalq Forumu öz işinə başladı

Dövlətimizin başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək

Yazıçı-publisist Zöhrə Əsgərovanın 75 illik yubileyi qeyd olundu

Masallıda iki qardaşın qəhrəmanlıq dastanı: “Şəhid Qardaşları” ev muzeyinin açılışı olub

Lefke Avropa Universiteti AİEF 2026 sərgisində Bakı nümayəndəliyi ilə təmsil olundu

Avropa çempionu Nicat Hüseynovdan tarixiqələbə

Hava limanlarında sərhəd nəzarətinin rəqəmsallaşdırılması: təhlükəsizlik və sərnişin mobilliyi arasında balans

Özbəkistanda Maqsud İbrahimbəyovun “Qora libosli ayol tashrifi” kitabının təqdimatı keçirilib

Gələcək nəsillərə ötürüləcək irsi təhlükə altına qoyan vandalizm

Azərbaycan nümayəndə heyəti Özəl Imperial Xəstəxanasını ziyarət ediblər

İzləyicilərə Xalq yazıçısının növbəti hekayəsi təqdim olundu

Beynəlxalq Mədəni İrs Ustad Məktəbindətematik qruplar üzrə ustad dərsləri davam edir

Polşada oxuyan tələbələrə Zərifə Əliyeva adına təqaüd veriləcək

Azərbaycanın sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən nümayəndə heyəti Türkiyədə səfərdədir

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsi aldı

"Məni dinləyin..." adlı monotamaşa nümayiş olunub

Kitablar səltənətinin inciləri: Məmməd Araz

Aprel döyüşləri:Yeni reallıqların başlanğıcı və tarixi dönüş nöqtəsi

31 Mart-Azərbaycan xalqının tarixi yaddaş günü

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür

1918-ci il mart soyqırımı

Özbəkistanda Xalid Səid Xocayevə həsr edilmiş kitabın təqdimatı və Azərbaycanşünaslıq auditoriyasının açılışı olacaq

31 Mart – Tarixi faciə və milli kimlik

Maqadanda Novruz bayramı qeyd olunub

Bütün xəbərlər