BAKU Azərbaycan
10.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında böyük kimyaçı-alim, akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Yusuf Məmmədəliyev: Odlar yurdunun fəxri” adlı yubiley tədbir keçirildi.

Yasamal rayon MKS-inin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova Azərbaycanda neft kimyasının memarı olan kimyaçı-alim, akademik Yusuf Məmmədəliyevin tədqiqatlarının SSRİ məkanında və dünyada böyük əks-səda doğurduğunu bildirdi. Yusuf Məmmədəliyevin tarixə qızıl hərflərlə yazılan ixtiralarından, onun rəhbərliyi ilə Azərbaycanda güclü neft kimya məktəbinin formalaşmasından, onun əldə etdiyi elmi nailiyyətlərin müasir kimya sənayesinin inkişafına təkan verməsindən geniş məlumat verdi. L.Məmmədova qeyd etdi ki, dahi alim Azərbaycan elminin böyük təşkilatçısı olmuşdur. Onun təşəbbüsü ilə Elmlər Akademiyasının yeni binası inşa edilmiş, Şərqşünaslıq İnstitutu, Əlyazmalar Fondu, Şamaxı Rəsədxanası yaradılmışdır. Ədəbiyyatda nizamişünaslıq istiqaməti inkişaf etməyə başlamış, “Kitabi-Dədə Qorqud” dastanının ölkəmizdə dərindən öyrənilməsi və Qobustanda arxeoloji qazıntılar aparılması haqqında təşəbbüslər irəli sürmüşdür.

Tədbirdə çıxış edən 225№-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı, şair, məktəbin nəzdində Kiçik Akademiyanın rəhbəri Zenfira Nusalova tədbirin təşkilinə görə Lətifə Məmmədovaya təşəkkürün bildirdi və qeyd etdi ki, bəzi insanların adı daşlara bəzilərinin adı isə tarixə yazılır Yusuf Məmmədəliyev məhz adı tarixə qızıl hərflərlə yazılan şəxsiyyətlərdəndir.

158№-li tam orta məktəbin kimya müəllimi Gülçin Şıxməmmədova qeyd etdi ki, kimyaçı-alim Yusuf Məmmədəliyevin böyük ixtiraları Azərbaycanın neft kimyası sənayesində inqilab etmişdir. Onun xidmətləri unudulmur və bu gün də, gələcəkdə də gənc nəsillərə aşılanacaq.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucu, Dünya Azərbaycanlı Yazarlar Qurumunun üzvü, yazıçı Şahzadə İldırım tədbirdə iştirakından böyük məmnunluq duyduğunu bildirdi və Yusuf Məmmədəliyev haqqında heç yerdə olmayan məlumatlar əldə etdiyi üçün tədbir təşkilatçılarına təşəkkürünü bildirdi.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, tərcüməçi, şair, publisist Zeynəb Cəmaləddin çıxışında belə tədbirlərin əhəmiyyətindən, uşaqların daha çox maarifləndirilməsində və kimya elminə marağının artırılmasında böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.

Azərbaycandakı Rus İcmasının sədr müavini Lyubov Yakunina bu maraqlı tədbirdə iştirak edənlərə təşəkkür etdi və bildirdi ki, istedadlı alim və tədqiqatçının həyatı gənclərin bu sahəyə marağını artırır.

Tədbirin bədii hissəsində 225№-li tam orta məktəbin nəzdində fəaliyyət göstərən Kiçik Akademiyanın üzvləri 7-ci, 8-ci və 10-cu sinif şagirdləri Nazlı Xasiyeva, Leyla Cəfərova, Murad Məmmədli, Mədinə Mirzəzadə, Mövlan Əlizadə, Zəhra Fərəcova, Aylin Səfərli, Mədinə Məmmədəliyeva, Elena Əbdürrəhmanova akademik Yusuf Məmmədəliyevə həsr olunmuş şeirlər səsləndirdilər. 7-ci sinif şagirdi Mikayıl Qasımlı dəm qazından qorunmaq üçün ixtira etdiyi “Ağıllı ev sistemi”ni tədbir iştirakçılarına təqdim etdi. Layihə tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbirdə Mərkəzi Kitabxananın hazırladığı akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Elmə həsr olunmuş ömür”, “Tarixə yazılan ömür” habelə 158№-li tam orta məktəbin 9-cu sinif şagirdləri Zəhra Rəcəbova, Zəhra Tağıyeva, Ayan Kərimli və Məryəm Hüseynova hazırladıqları “Akademik Yusuf Məmmədəliyev – 120” adlı videoçarxlar nümayiş olundu.

Son xəbərlər

Həqiqəti söyləməyi bacarmayanlara tövsiyə…

Azərbaycanın Milli Qəhrəmanının xatirəsi Sızranda ehtiramla yad edilib

QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb

“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin təqdimatı keçirilib -FOTOLAR

Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir

“Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir”

Qeyri-maddi mədəni irs üzrə layihə əsaslı dərs proqramları hazırlanıb

Daşkənddə mədəniyyət sahəsində media tərəfdaşlığına dair görüş keçirilib

Kitablar səltənətinin növbəti incisi: “Sığmazam”

Xocalıda ədalətin təntənəsi

Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı

Tatarıstanda gənc pianoçu Sura Firdovsili Yana Sezon Beynəlxalq Müsabiqə və Festivalında birinci dərəcəli mükafat qazanıb

YAP Səbail rayon təşkilatının 33 illiyi qeyd olunub

"Zəfərdən Suverenliyə: Qanla yazılan tarix" Forumu Naxçıvanda keçirildi

Məlhəm Beynəlxalq Hospital beynəlxalq tibbi turizm ekspertlərini qəbul edib

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Kitablar səltənətinin növbəti incisi

Dövlət-vətəndaş münasibətlərində yeni model

Yasamal Rayon İcra Hakimiyyətnin Başçısı növəti səyyar qəbul keçirib

“Amerika yəhudi təşkilatlarının ölkəmizə artan marağı Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”

Yeni mərhələnin başlanğıcı: Azərbaycan–ABŞ münasibətləri

“Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir”

UÇUŞ ƏMƏLİYYATLARINI GECİKMƏLƏR YAYILMAZDAN ƏVVƏL QORUMAQ ÜÇÜN ERKƏN XƏBƏRDARLIQ BİLDİRİŞLƏRİ

Gənclərin Töhfəsi İctimai Birliyinin 15 illik yubiley tədbiri keçirilib

Almaniyalı həkimlər Diaspor Komitəsində olub

Beynəlxalq etimadın göstəricisi olan mükafat

DİN vətəndaşlara qarşı kiber-cinayətlərin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir

Tanınmış rəssam Mirzə Qədim İrəvaninin yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Özbəkistanda Azərbaycanın Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Oxuculara növbəti ədəbi inci təqdim edilir - VİDEO/FOTO

Bütün xəbərlər