BAKU Azərbaycan
0.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

2026-cı il 12–15 yanvar tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Türk Dövlətləri Həftəsi keçirilib. Tədbirdə Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın nümayəndələri iştirak ediblər. Yanvarın 13-də Vyananın MuTh salonunda keçirilən qala konsertdən sonra, 14 yanvar 2026-cı il tarixində Vyana Azərbaycan Mədəniyyət Mərkəzi türk dünyasının yaddaşına həkk olunan mühüm və tarixi bir görüşə ev sahibliyi edib. Türk Dövlətləri Həftəsi çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi, Azərbaycanın Avstriyadakı Səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə keçirilən toplantı sadəcə rəsmi tədbir olmaqla kifayətlənməmiş, ortaq kökün, qardaşlığın və birliyin canlı təcəssümünə çevrilib. Burada  Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli, Türkiyənin Avstriyadakı səfiri Gürsel Dönmez, Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Levent Eler, Qırğızıstanın Birləşmiş Millətlər Təşkilatı (Vyana) yanında daimi nümayəndəsi Nurjan Şaildabekova, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və TDT-yə üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə keçirilən bu tədbir  bir daha göstərdi ki, türk xalqları üçün birlik ideyası formal çağırış deyil, qəlbdən gələn inam, milli məsuliyyət və ortaq gələcəyə verilən sözdür.

Tədbirin moderatorluğu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Leyla Həmzəyeva tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib. Türk Dövlətləri Təşkilatının Baş katibi cənab Kubaniçbek Omuraliyev, Azərbaycanın Avstriyadakı səfiri cənab Rövşən Sadıqbəyli və digər rəsmi nümayəndələr çıxış edərək Avropada fəaliyyət göstərən türk diaspor təşkilatlarının daha sıx inteqrasiyasının, birgə fəaliyyətin və ortaq ruhun gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıblar.

Tədbirdə gənc diaspora fəalı olan, azərbaycanlı pianoçu Ayan Məmmədli də çıxış edərək, Avstriyada təhsil aldığı illər ərzində Azərbaycanın milli musiqisini və mədəniyyətini müxtəlif ölkələrdə necə sevdirərək tanıtdığından danışıb. Ayan Məmmədlinin çıxışı sadəcə bir sənət yolunun təqdimatı deyil, bir Azərbaycan gəncinin vətən sevgisinin, türkçülük ideyasının və milli məsuliyyətin səmimi etirafı idi.

O bildirib ki, Avropanın mərkəzində, Avstriyada bu cür mötəbər toplantıda çıxış etmək onun üçün böyük şərəf və qürurdur. Bu platforma yalnız siyasi və iqtisadi məsələlərin deyil, eyni zamanda türk dünyasının mədəniyyətinin, diaspor gücünün və ortaq ruhunun bir araya gəldiyi mühüm məkandır. O, bu tribunada yalnız musiqiçi kimi deyil, uşaqlıqdan türk dünyasının birliyini yaşayaraq böyümüş bir gənc kimi söz aldığını xüsusi vurğulayıb.

Ayan Məmmədli 2008–2019-cu illərdə Türk Dünyası Araşdırmalar Vəqfinın Bakı Atatürk Liseyində təhsil aldığını, bu məktəbin ona təkcə bilik deyil, türk kimliyi, ortaq mənsubiyyət və birlik düşüncəsi aşıladığını qeyd edib. Türkiyəyə tez-tez səfərləri, “23 Nisan Cocuk Şölənləri”ndə iştirakı, müxtəlif ölkələrdən olan türkdilli uşaqlarla qurduğu dostluqlar onun dünyagörüşünü formalaşdırıb. O, türk dünyasının birliyini kitablardan deyil, yaşayaraq öyrəndiyini vurğulayıb.

Musiqinin onun həyatında sadəcə peşə deyil, missiya olduğunu bildirən gənc pianoçu bu günədək dünyanın onlarla ölkəsində keçirilən beynəlxalq müsabiqə və konsertlərdə iştirak etdiyini, Azərbaycan və türk musiqisini böyük qürurla səsləndirdiyini söyləib. Altı ildir Avstriyanın Anton Bruckner Universitetində fortepiano üzrə təhsil alan Ayan Məmmədli Avropanın bir çox ölkələrində, o cümlədən Avstriya, Niderland, Danimarka, Norveç, Macarıstan, Türkiyə, İtaliya, Fransa, eləcə də Argentina kimi uzaq coğrafiyalarda təxminən əlli konsert proqramı ilə çıxış edib. Bu proqramların əksəriyyətində Azərbaycan milli musiqiləri, muğamlar və ümumilikdə türk musiqi irsi xüsusi yer alıb.

O qeyd edib ki, musiqi sərhəd tanımır və Avropada yaşayan türk diasporları üçün mədəniyyət və incəsənət kimliyi qorumağın, birlik yaratmağın ən təsirli yoludur. Bu gün bir çox əcnəbi dinləyici Azərbaycanı və türk dünyasını məhz musiqi vasitəsilə tanıyır və bu, diaspor fəaliyyətinin ən təsirli formalarından biridir.

Çıxışının sonunda Ayan Məmmədli Türk Dövlətləri Təşkilatı çərçivəsində Avropada birgə mədəni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, bir sıra təkliflər irəli sürüb. Türk Dünyası Musiqi Festivalının təşkili, gənclər orkestrinin yaradılması, musiqiçi mübadilə proqramları, ortaq musiqi akademiyası və rəqəmsal musiqi arxivinin formalaşdırılması kimi təşəbbüslərin diaspor birliyini daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Onun fəaliyyəti bir daha sübut edir ki, Ayan Məmmədli təkcə istedadlı musiqiçi deyil, milli ruhu daşıyan, mədəniyyəti ilə vətənini təmsil edən əsl vətənpərvər türk övladıdır.

Vyanada keçirilən bu görüş bir daha göstərdi ki, birlik türk dünyasının ən böyük gücüdür və bu gücün daşıyıcısı gələcəyimiz olan gənclərimizdir!

   

 

Son xəbərlər

Türk dünyasının ürəyi Vyanada döyündü

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

Kitabxanada 2026-cı ilin yubilyarlarına həsr olunmuş kitab sərgiləri

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

YAXŞI ADAM...

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

Kitabxanada akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu

Azərbaycan regional təmiz enerji qovşağına çevrilir

Azərbaycanın dayanıqlı inkişaf modelinin təməli

Şəhid Elməddin Vəkilovun qəhrəmanlığına həsr olunan film - VİDEO

"Azərbaycan regionda prosesləri formalaşdıran əsas subyektlərdən biridir"

İnkişaf yolunun dəqiq konturları

Qubada İmran Ramazanovun 60 illik yubileyi qeyd olunub

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İctimai Şuranın üzvlərini qəbul edib— FOTOLAR

“İrəvan və İrəvanlılar” mövzusunda dəyirmi masa təşkil olundu

“Sosial məsələlərin həllinə kömək" İB “ Cəmiyyət və sosial inteqrasiya “ lahiyəsini təqdim edib

QHT sədri:“2026-cı ildə layihələri daha geniş miqyasda davam etdirəcəyik”

Azərbaycanda idmanın inkişafı: dövlət siyasətinin strateji prioriteti və milli gücün təzahürü

Tanınmış diaspor nümayəndəsi Vətəndə

İdmançılarımız qalib Azərbaycan xalqını uğurla təmsil edirlər

Prezidentin yeni imzası:“Şəhərsalma və Memarlıq İli”

"Dövlətin dəstəyi və beynəlxalq əməkdaşlıq vətəndaş cəmiyyətini gücləndirir" -Ramil Əliyev - FOTO

İçərişəhər “Cümə məscidi” dini icmasının sədri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qazi QHT sədriMüzəffər Ali Baş Komandan İlham Əliyevə məktub yazıb

Abşeron rayonunda şəhid ailələri və qazilər üçün bayram tədbiri keçirilib – FOTOLAR

Müasir Azərbaycanın qızıl dövrü: milli dövlətçilik və tarixi liderlik

Misirdə Azərbaycan dilini öyrənən tələbələrə diplomlar təqdim olunub

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir inkişaf modeli

Akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş videoçarxlar hazırlandı

Bütün xəbərlər